İranlı nazir: “Gələn ay Bakıda Rəşt Astara dəmiryolunun inşa vəziyyəti müzakirə ediləcək“
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Azərbaycan, İran və Rusiya rəsmiləri gələn ay Bakıda Rəşt-Astara dəmir yolu layihəsinin inşa vəziyyətini müzakirə edəcəklər.
Moderator.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq bildirib.
Onun sözlənrə görə, gələn ay Bakıda Azərbaycan, İran və Rusiya rəsmilərinin görüşü olacaq.
Fərzanə Sadeq bu ilin sonuna qədər Rəşt-Astara dəmir yolu üçün müvafiq torpaq sahələrinin alınması işinin həll olunacağını bildirib:
"Prezident Məsud Pezeşkian dəhliz layihələrini şəxsən izləyir. Buna görə də Proqram və Büdcə Təşkilatının köməyi ilə resurs təminatını prioritet olaraq gündəliyimizə daxil etmişik və cari ilin sonuna qədər lazım olan torpaqların alınması işini tamamlayacağıq".
Nazir əlavə edib ki, Rəşt-Astara dəmir yolu tikintisinin yekunlaşması ilə Hindistandan Danimarkaya qədər nəqliyyat əlaqəsi təmin olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 25 Sentyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















