İranlı nazir: Rəşt Astara dəmir yolu üçün torpaq sahələrinin alınması yekunlaşır
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rəşt–Astara dəmir yolu üçün torpaq sahələrinin tam alınması işləri yaxın vaxtlarda başa çatacaq.
Teleqraf xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiq bildirib.
Nazir vurğulayıb ki, Gilan əyalətində tikinti işləri iqlim və torpaq şəraiti səbəbindən çətinliklərlə müşayiət olunur və işlərin sürətlə irəliləməsi vacibdir:
"Layihə çərçivəsində Rəşt-Astara dəmir yolu Rusiya və Azərbaycanın dəmir yollarına birləşdiriləcək. Hazırda yalnız Gilan ərazisində qalan çatışmayan hissə ilin sonuna qədər tamamlanacaq. Layihənin 10 km-lik hissəsi artıq tikilib".
Nazir əlavə edib ki, gələn ay Rusiya və Azərbaycanla üçtərəfli görüş keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 25 Sentyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















