İraqın hər yerində elektrik enerjisi kəsilib
Milli.az saytına istinadən Icma.az xəbər verir.
İraqın bütün vilayətlərində elektrik enerjisinin verilməsi tamamilə dayanıb. Ölkə miqyasında baş verən bu sistem çöküşü həyatı iflic edib. Elektrik Nazirliyi hadisənin səbəblərini araşdırmaq üçün təcili təhqiqata başlayıb.
Milli.Az xəbər verir ki, hazırda bütün şəhərlərdə dövlət elektriki əvəzinə ödənişli məhəllə generatorları işə düşüb.
İraq Elektrik Nazirliyindən verilən rəsmi açıqlamaya görə, genişmiqyaslı kəsilməyə yol açan sistem çöküşünün səbəbləri hələlik müəyyən edilməyib. Ekspertlər şəbəkədəki bu qəfil dayanmanın texniki nasazlıqdan, yoxsa kənar müdaxilədən qaynaqlandığını araşdırırlar.
Milli elektrik sisteminin fəaliyyətsiz qalması ilə elektrik stansiyaları və ötürücü xətlər sıradan çıxıb. Hazırda xalq ehtiyaclarını qarşılamaq üçün aylıq ödəniş müqabilində fəaliyyət göstərən xüsusi generatorlara üz tutub.
Lalə Qüdrətova
Milli.Az
Baxış sayı:189
Bu xəbər 04 Mart 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















