Icma.az
close
up
RU
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İRƏLİ” İctimai Birliyi gənclərin asudə vaxtının səmərəli təşkili, onların müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlarla təchiz olunması, eləcə də rəqəmsal dünyanın təqdim etdiyi yeni imkanlardan faydalanmalarını təşviq etmək məqsədilə 1–31 may tarixlərində "Rəqəmsal Ay” (All Digital Month) layihəsinə start verir.

Birliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, rəqəmsal savadlılıq bu gün bütün dünyada ən vacib istiqamətlərdən biridir.

Prezident İlham Əliyevin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişaf konsepsiyası” ölkəmizin bu sahədə strateji baxışını və qətiyyətini əks etdirir. Bu konsepsiya təkcə texnoloji yenilikləri deyil, həm də vətəndaşların, xüsusən gənclərin rəqəmsal savadlılığının artırılmasını və onlayn resurslara bərabər çıxış imkanlarının yaradılmasını hədəfləyir.

Bu kontekstdə, "İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilən "Rəqəmsal Ay” layihəsi ölkəmizin rəqəmsal inkişaf prioritetlərinə töhfə vermək və gənclərin bu sahədə savadlılığının artırılması və gücləndirilməsi məqsədi daşıyır. "Heç kəs kənarda qalmasın” prinsipinə əsaslanan layihənin əsas məqsədi Azərbaycan gəncliyinin, xüsusilə regionlarda və ucqar ərazilərdə yaşayanların resurslara əlçatanlığını təmin etmək, onların rəqəmsal alətlərdən səmərəli və təhlükəsiz istifadə vərdişlərini formalaşdırmaqdır.

Eyni zamanda, layihə çərçivəsində peşəkar mütəxəssislər tərəfindən keçirilən təlimlər, seminarlar və görüşlər vasitəsilə gənclərə müxtəlif sahələr üzrə bilik və bacarıqlar qazandırmaq, onların təhsil və karyera imkanlarını genişləndirmək, internetdə düzgün məlumat axtarışı və mənbələrin qiymətləndirilməsi, kibertəhlükəsizlik və rəqəmsal etika, innovativ yanaşmalar, qlobal rəqəmsal trendlər üzrə təlim və seminarların təşkili nəzərdə tutulmuşdur.

"Rəqəmsal Ay” layihəsi təkcə rəqəmsal savadlılığın artırılması ilə məhdudlaşmır; bu, həm də gənclərin müasir dünyanın tələblərinə uyğunlaşması, innovativ düşüncə tərzini mənimsəməsi və cəmiyyətdə aktiv rol oynaması üçün bir platformadır. Layihənin təhsil yönümlü olması onun əhəmiyyətini daha da artırır – biz gənclərə yeni rəqəmsal alətlərlə tanışlıq, onlayn təhlükəsizlik bilikləri və peşəkar inkişaf üçün praktiki bacarıqlar təklif edirik. Regionlarda yaşayan gənclərin bu prosesə cəlb edilməsi isə ölkə daxilində bərabər imkanların yaradılması və inkilüzivlik baxımından mühüm addımdır.

Eyni zamanda layihənin qalıcı təsirlərinin olması üçün süni intellekt alətlərindən effektiv istifadəni dəstəkləyən "prompt engineering” mövzusunda kitabın dilimizə tərcümə olunması, eləcə də rəqəmsal alətlərdən səmərəli istifaadəni təşfiq edən e-jurnalın hazırlanması planlaşdırılır.

Gəncləri rəqəmsal gələcəyə bir addım daha yaxınlaşdırmağı hədəfləyən bu "ay” çərçivəsində keçiriləcək bütün tədbirlər barədə ətraflı məlumat yaxın günlərdə təşkilatın sosial media hesablarından ictimaiyyətə təqdim olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 May 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri