İrem Derici xəstəxanalıq oldu Başına 10 tikiş qoyuldu, konsertləri ləğv edildi
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məşhur türkiyəli müğənni İrem Derici yaşadığı qəza səbəbilə xəstəxanaya yerləşdirilib. Başına 10 tikiş atılan sənətçi, avqustun 29-da Çeşmədə, 30-da isə Kiprdə planlaşdırılan konsertlərini ləğv edib.
Mənzilinin girişindəki pilləkənlərdən yıxılan Derici başını vuraraq huşunu itirib. Xəstəxanaya aparılan sənətçinin başına 10 tikiş qoyulub.
Qəza nəticəsində üzündə göyərmələr yarandığını bildirən İrem Derici, həkimlərin verdiyi rəyə əsasən iki konsertini icra edə bilməyəcəyini pərəstişkarlarına elan edib.
Xatırladaq ki, bu ilin yanvar ayında Adanada verdiyi konsert zamanı da yıxılaraq başından xəsarət alan müğənni, həmin qəzanın səbəbini yuxugəzərliklə əlaqələndirmişdi.
Lalə Qüdrətova
Milli.Az
Baxış sayı:75
Bu xəbər 28 Avqust 2025 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















