Icma.az
close
up
RU
İrəvan forma və məzmunu uzlaşdıra bilmir

İrəvan forma və məzmunu uzlaşdıra bilmir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son həftələrdə Ermənistanda hakimiyyətin Erməni Apostol Kilsəsinə (EAK) qarşı təzyiqləri kəskin şəkildə artıb. Rəsmi şəxslərin bəyanatlarının məzmunu və ardıcıllığı başladılan kampaniyanın əsl motivlərini müəyyən qədər aydınlaşdırır.

Hakimiyyətin arqumentləri

Əgər prosesin əsas məzmununa baxsaq, ilk addım olaraq baş nazir Nikol Paşinyanın təşəbbüsü qeyd olunmalıdır. “Ermənistan Respublikası bütün ermənilərin katolikosunun seçilməsində həlledici söz sahibinə malik olmalıdır. Katolikosluğa namizədlər dürüstlük yoxlamasından keçməlidirlər”, - deyən Nikolun təşəbbüsünün Ermənistan Konstitusiyası, eləcə də 2007-ci ildə qəbul edilmiş “Ermənistan Respublikası və Erməni Apostol Kilsəsi arasındakı münasibətlər haqqında” qanun, EAK-ın kanonik hüquqları və din azadlığına dair beynəlxalq standartlarla ziddiyyət təşkil etdiyi barədə fikirlər bildirilir.

Məsələ ondadır ki, Ermənistanda kilsə dövlətdən ayrıdır və bütün dini təşkilatlar qanun qarşısında bərabərdir. Bu isə o deməkdir ki, dövlət dini təşkilatların daxili işlərinə - idarəetmə strukturu, dini liderlərin seçilməsi və ibadət qaydalarına qarışa bilməz. Paşinyanın təklif etdiyi qaydanın tətbiqi isə EAK-ı digər dini qurumlarla hüquqi baxımdan qeyri-bərabər vəziyyətə sala bilər ki, bunun yolverilməzliyi vurğulanır. Halbuki, qanuna görə, dövlətin katolikosun seçilməsi, daxili iyerarxiya və kanonik prosedurlara müdaxilə hüququ yoxdur. Əksinə, qanun kilsənin müstəqilliyini vurğulayır. Bu səbəbdən dövlətin dini rəhbər seçkilərində iştirak hüququ kilsənin hüquqi müstəqilliyini pozur.

Digər tərəfdən, Paşinyanın təşəbbüsü Ermənistanın beynəlxalq öhdəliklərini də pozur. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dəfələrlə qeyd edib ki, dövlət dini liderlərin seçiminə qarışa bilməz, hətta dolayı təzyiq və ya “uyğunluq” yoxlaması belə dini azadlığın pozulması deməkdir (Avropa Konvensiyasının 9-cu maddəsi).

Paşinyan nə istəyir?

Çində tətbiq olunan və xristian kilsələrinə yönələn bir model var: dövlətə sadiq rəsmi dini strukturlar yaradılır və onlara tabe olmayanlar qeyri-leqal elan olunur. Məsələn, Çində Katoliklərin Vətənpərvər Assosiasiyası var və onu dövlət idarə edir. Təşkilatda dövlətin təsdiqlədiyi keşişlər fəaliyyət göstərirlər. Onlar dövlətin iştirakı ilə seçilir və fəaliyyətləri tam nəzarətdədir. Paşinyanın dedikləri, müəyyən mənada, Çin modelinə bənzəyir. Yəni, dövlət katolikosun seçilməsi və din xadimlərinin fəaliyyət prosesinə nəzarəti prioritet sayır. Başqa sözlə desək, dövlət tərəfindən təsdiqlənmiş kilsə iyerarxiyası formalaşdırılır, hökumətlə razılaşmayan keşişlər isə kənarlaşdırılır və nüfuzdan salınır. Bir sıra ekspertlərin fikrincə, əgər Nikol planını həyata keçirsə, EAK, faktiki olaraq, iki yerə bölünə bilər. Birincisi, rəsmi kilsə, yəni siyasi rejimə inteqrasiya olunmuş struktur, ikincisi isə “alternativ” kilsə, daha doğrusu, rejimə sadiq olmayan ruhani və inanclı toplum.

Nikola dəstək və baş nazirin planı

Baş nazirin mövqeyini heç bir tərəddüd etmədən dəstəkləyənlərdən biri Ermənistan parlamentinin sədri Alen Simonyandır. “Baş nazirin dediyi hər şeylə, hətta vergüllərlə də razıyam və buna görə cavabdehəm”, - deyən spiker məsələ ilə bağlı konstitusiyaya dəyişiklik ehtimalını da istisna etməyib. Bildirib ki, bəzi dini qurumlara xüsusi status verilirsə, dövlətin müəyyən iştirakı da olmalıdır. Çünki mövcud istiqamətdə şəffaflığa ehtiyac var. Simonyanın fikri erməni parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovanisyanın səsləndirdiyi təşəbbüsə - EAK-ın maliyyə hesabatlılığının təmin olunmasına işarədir. Ancaq bu, hələ son deyil. Çünki Ermənistanın ədliyyə naziri Srbui Qalyan jurnalistlərlə söhbətində prosesin hüquqi əsaslandırmasını təqdim edib.“Konstitusiya EAK-ın erməni xalqının həyatında xüsusi rolunu tanıyır. Bu norma kilsə ilə münasibətlərin hüquqi tənzimlənməsinə imkan verir. Kilsəyə və ruhani şəxslərə müəyyən güzəştlər verilir. Deməli, dövlət bu münasibətləri qanunvericiliklə tənzimləyə bilər”, - deyən Qalyan əlavə edib ki, kilsə onsuz da siyasətə qarışır: “Əgər siyasətçilərdən şəffaflıq tələb olunursa, eyni yanaşma keşişlərə də tətbiq oluna bilər”.

Ümumən, Ermənistanda mövzuya dair davam edən müzakirələr xüsusunda belə təəssürat yaranır ki, hakimiyyət cəmiyyətə belə bir seçim təklif edir: Əgər EAK digər dini təşkilatlar kimi adi bir təşkilatdırsa, o zaman bu məsələlər gündəmdən çıxarılmalıdır. Yox əgər EAK-ın xüsusi rolu qəbul edilirsə, xalqın da kilsənin idarəçiliyində müəyyən rolu olmalıdır. Başqa sözlə desək, EAK adi təşkilatdırsa, dövlət onun saxlanılmasını həyata keçirməyəcək. Əksinə, xüsusi imtiyazlı qurumdursa, o zaman iqtidar onun saxlanılması prosesinə nəzarəti həyata keçirəcək. Yəni ki, kilsənin başında hakimiyyətin müəyyənləşdirdiyi şəxs dayanacaq.

Ermənistanda parlamentdə hakim partiya təkbaşına qanun qəbul edə bildiyindən, mövcud təşəbbüs reallaşa bilər. Amma burada bir “əmma” var ki, dəyişikliklər Ermənistanın həm daxili, həm də beynəlxalq hüquqi öhdəliklərinə zidd olmamalıdır. Məsələn, maliyyə hesabatlılığı məsələsi yalnız dövlət maliyyələşməsi və güzəştləri ilə məhdudlaşdırılmalıdır. Yəni, daxili ianələr və kilsə kassası deyil, yalnız dövlətin verdiyi vəsaitlər hesabatlı ola bilər.

Beləliklə, Paşinyanın minimum planı EAK-ın siyasətə qarışdığı arqumenti ilə onun fəaliyyətinə dövlət nəzarəti həyata keçirməkdən ibarətdir. Maksimum plan EAK-ı ictimai fikirdə elə nüfuzdan salmaq ki, konstitusiyadan onun xüsusi rolu çıxarılsın və ya yeni əsas qanunda bu rol ümumiyyətlə yer almasın. Yeri gəlmişkən, bu, Gürcüstan, Ukrayna və Rumıniya kimi ölkələrdə də sınaqdan çıxmış modeldir. Nəzərə alaq ki, EAK hazırda istər daxildə, istərsə də diasporada geniş şəbəkəyə malikdir. Hazırkı hökumət bu nüfuzdan məhrumdur və ona görə də kilsəni siyasi baxımdan təhlükə görür.

Əvəz RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri