Icma.az
close
up
RU
PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Icma.az bildirir, Sia Az portalına istinadən.

İctimaiyyətlə əlaqələr – Public Relations (PR) çox zaman reklam və sosial media fəaliyyəti ilə eyniləşdirilir. Halbuki PR bundan daha geniş anlayışdır. PR-ın əsas məqsədi sadəcə bir təşkilat, şirkət və ya brend haqqında danışmaq deyil, təşkilatla onun auditoriyaları arasında qarşılıqlı anlaşma, etimad və uzunmüddətli münasibətlər yaratmaqdır.

Müasir dünyada insanlar hər gün yüzlərlə informasiya ilə qarşılaşırlar. Reklam görmək mümkündür, amma insanın bir təşkilata inanması daha çətindir. Məhz burada PR-ın əhəmiyyəti ortaya çıxır.

PR-ın əsas sualı: “Biz nə deyək?” yox, “İnsanlar nə düşünür?”

Peşəkar PR mütəxəssisi yalnız təşkilatın nə demək istədiyini düşünmür. O, eyni zamanda auditoriyanın nə düşündüyünü, nəyə ehtiyac duyduğunu və hansı məsələlərin onun üçün vacib olduğunu araşdırır. Məsələn, bir xəstəxana yeni tibbi xidmət təqdim edir. Sadə yanaşma belə ola bilər: “Xəstəxanamızda yeni tibbi xidmət fəaliyyətə başlayıb.”

PR yanaşması isə başqa suallardan başlayır:

• İnsanların bu xidmət haqqında məlumatı varmı?

• Pasiyentlər hansı problemlə daha çox qarşılaşırlar?

• Bu xidmət kimlər üçün faydalıdır?

• İnsanlar hansı suallara cavab axtarırlar?

• Həkimlərin bu mövzuda hansı maarifləndirici məlumatları var?

• Xidmət haqqında yanlış təsəvvürlər mövcuddurmu?

Beləliklə, PR sadəcə məlumat yaymır, auditoriyanın ehtiyacını müəyyənləşdirir və həmin ehtiyaca uyğun kommunikasiya qurur.

PR-ın altı mühüm elementi

PR nəzəriyyəsində ictimaiyyətlə əlaqələrin müxtəlif tərifləri mövcuddur. Bu təriflərin ortaq məqamlarından biri PR-ın strateji və idarəetmə funksiyası olmasıdır.

Howard Simonun yanaşmasında PR fəaliyyətinin əsas elementləri arasında:

idarəetmə, münasibətlər, araşdırma, məsləhətvermə, proqramların həyata keçirilməsi və xoş münasibətlərin yaradılması xüsusi yer tutur. Bu elementləri gündəlik iş nümunəsi ilə daha asan başa düşmək mümkündür. Tutaq ki, bir təşkilat haqqında sosial şəbəkələrdə mənfi fikirlər yayılır. PR mütəxəssisi dərhal cavab yazmaq əvəzinə əvvəlcə vəziyyəti araşdırmalıdır:

1. Araşdırma – Problem nədir? İnsanlar niyə narazıdır?

2. Planlaşdırma – Hansı kommunikasiya strategiyası daha uyğun olacaq?

3. Məsləhətvermə – Rəhbərliyə hansı addımlar tövsiyə edilməlidir?

4. İcra – Hazırlanan kommunikasiya planı həyata keçirilir.

5. Münasibətlərin idarə edilməsi – Auditoriya ilə dialoq qurulur.

6. Qiymətləndirmə – Görülən iş nəticəsində münasibət və ictimai rəy dəyişdimi?

Bu yanaşma göstərir ki, PR mütəxəssisi yalnız mətn yazan və paylaşım hazırlayan şəxs deyil. O, eyni zamanda araşdıran, analiz edən, məsləhət verən və nəticələri ölçən strateqdir.

R.A.C.E.: PR fəaliyyətini necə sistemləşdirmək olar?

PR fəaliyyətinin ən tanınmış yanaşmalarından biri dörd mərhələli prosesdir:

R – Research (Araşdırma)

A – Action/Planning (Fəaliyyət və planlaşdırma)

C – Communication (Kommunikasiya)

E – Evaluation (Qiymətləndirmə)

Məsələn, xəstəxana uşaqlarda görmə problemləri ilə bağlı maarifləndirici kampaniya keçirmək istəyir. Əvvəlcə araşdırılır: valideynləri ən çox hansı suallar maraqlandırır? Daha sonra plan hazırlanır: həkim müsahibəsi, maarifləndirici məqalə, video, sosial media paylaşımı və media çıxışları. Növbəti mərhələdə kommunikasiya həyata keçirilir. Sonda isə nəticələr ölçülür:

• neçə nəfər məlumatı gördü?

• neçə nəfər paylaşdı?

• hansı suallar daha çox verildi?

• mediada neçə material yayımlandı?

• auditoriyanın reaksiyası necə oldu?

Beləliklə, PR fəaliyyətinin nəticəsi yalnız “post paylaşdıq” deyil, “nə dəyişdi?” sualı ilə ölçülür.

PR və PESO modeli: Bir mesajı neçə kanalda yaşatmaq olar?

Müasir rəqəmsal kommunikasiya yalnız bir media kanalından istifadə etməklə məhdudlaşmır. PESO modeli kommunikasiya kanallarını dörd istiqamətdə izah edir:

Paid Media – Ödənişli media

Reklam və sponsorlu paylaşımlar.

Earned Media – Qazanılmış media

Jurnalistlərin hazırladığı xəbərlər, müsahibələr və media materialları.

Shared Media – Paylaşılan media

Sosial şəbəkələrdə insanların paylaşdığı və müzakirə etdiyi məzmun.

Owned Media – Təşkilatın öz mediası

Rəsmi sayt, bloq, sosial media hesabları, elektron bülletenlər və digər öz kommunikasiya kanalları.

Məsələn, xəstəxananın həkimi aktual tibbi mövzuda müsahibə verir. Bu bir fəaliyyət müxtəlif formada istifadə oluna bilər:

Müsahibə → xəbər materialı → sosial media videosu → maarifləndirici məqalə → qısa video → sayt xəbəri → auditoriyanın suallarına cavablar. Beləliklə, bir ideya müxtəlif kommunikasiya kanallarında fərqli formatlarda təqdim edilir.

PR-ın təməlində etimad və qarşılıqlı anlaşma dayanır

Reklam insanı məhsul və ya xidmət haqqında məlumatlandıra bilər. Lakin uzunmüddətli münasibət üçün etimad lazımdır. Etimad isə bir gündə yaranmır. Təşkilat daim:

• doğru məlumat verməli;

• auditoriyanın suallarını dinləməli;

• səhvlərə məsuliyyətlə yanaşmalı;

• şəffaf kommunikasiya qurmalı;

• verdiyi vədlərə əməl etməlidir.

Məsələn, bir şirkət sosial mediada yalnız uğurlarından danışır, amma auditoriyanın suallarını və tənqidlərini görməzdən gəlirsə, bu, uzunmüddətli perspektivdə etimadı zəiflədə bilər. Peşəkar PR isə yalnız “yaxşı xəbərləri yaymaq” deyil. Lazım gəldikdə çətin suallara da düzgün, faktlara əsaslanan və məsuliyyətli cavab verməkdir.

PR mütəxəssisi gələcəyi necə düşünməlidir?

Rəqəmsal dövrdə PR və reklam arasındakı sərhədlər müəyyən qədər yaxınlaşır. Sosial media, video kontent, influencer kommunikasiya, media münasibətləri və rəqəmsal reklam bir-biri ilə əlaqəli şəkildə istifadə olunur.

Lakin bütün bu alətlərin mərkəzində bir prinsip qalır: Doğru mesaj + doğru auditoriya + doğru zaman + doğru kanal = effektiv kommunikasiya

PR-ın mahiyyətini yalnız “təşkilatı tanıtmaq” kimi qəbul etmək artıq kifayət deyil.

Müasir PR: araşdırmaqdır, dinləməkdir, strateji düşünməkdir, münasibət qurmaqdır, etimad yaratmaqdır və ən əsası, kommunikasiyanın nəticəsini ölçməkdir.

Buna görə də yaxşı PR mütəxəssisi özünə yalnız “Bu gün nə paylaşaq?” sualını vermir. O, daha vacib bir sual verir: “Bu kommunikasiya insanların təşkilat haqqında düşüncəsini və davranışını necə dəyişəcək?” Məhz bu sual PR-ı sadə məlumat yayımından strateji kommunikasiya fəaliyyətinə çevirir.

Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:421
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Sentyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri