Icma.az
close
up
RU
İrəvan inadından ƏL ÇƏKİR? “Paşinyan hakimiyyətdə qalarsa, Zəngəzur dəhlizi qısa bir zamanda açılacaq”

İrəvan inadından ƏL ÇƏKİR? “Paşinyan hakimiyyətdə qalarsa, Zəngəzur dəhlizi qısa bir zamanda açılacaq”

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Seçki başa çatandan sonra Paşinyan hakimiyyətdə qalarsa, Zəngəzur dəhlizi qısa bir zamanda açılacaq”.

Bunu Yenicag.az-a açıqlamasında Zəngəzur dəhlizinin reallaşma perspektivlərindən danışan Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas hədəfidir:

“Biz hədəfimizə çatana qədər bunu Ermənistandan tələb edəcəyik. Çünki 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb. Zəngəzur dəhlizi həm də qlobal əhəmiyyətli məsələdir. Bu dəhlizin açılması region ölkələri ilə yanaşı, Asiyanı Avropa ilə birləşdirən Orta dəhlizin imkanlarını genişləndirir. Biz bilirik ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi ənənəvi beynəlxalq nəqliyyat-logistika marşrutlarında çətinliklər yaradıb. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması Asiya ilə Avropa arasında nəqliyyat əlaqəsinin uzunluğunu azaldır. Bu da öz növbəsində zamana qənaət deməkdir. Qısacası, beynəlxalq oyunçular da Zəngəzur dəhlizin açılması ilə bağlı Ermənistana təzyiq göstərməlidirlər”.

Millət vəkili söyləyib ki, son vaxtlar Ermənistan hakimiyyətindən də Zəngəzur dəhlizi ilə bağlı müsbət açıqlamaları müşahidə edirik:

“Amma bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün verilən mesajlar da ola bilər. Çünki Ermənistanın həqiqətən də yaxın vaxtlarda Zəngəzur dəhlizini açmaq niyyəti olsaydı, bu istiqamətdə hərəkətliliyini görərdik. Amma heç bir iş görməyib, heç nə isə planlaşdırdığını da görmürük. Düzdür, Zəngəzur dəhlizi açılacaq, amma yaxın zamanda bunun reallaşacağını düşünmürəm. Çünki gələn il Ermənistanda parlament seçkiləri keçirilməlidir. Ona görə də Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament seçkisinə qədər Azərbaycanla razılaşmalarda ciddi addım atacağını hesab etmirəm. Amma seçki başa çatandan sonra Paşinyan hakimiyyətdə qalarsa, Zəngəzur dəhlizi qısa bir zamanda açılacaq. Ona görə ki, Ermənistanın alternativi yoxdur. Əgər Ermənistan parlament seçkisindən sonra da Zəngəzur dəhlizinin açılmasından yayınmaq istəyəcəksə, həmişəlik dalan ölkəsi olaraq qalacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 24 Fevral 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see408

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see295

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see235

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see122

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri