Icma.az
close
up
RU
İrəvan Kremlin gözündən pərdə asır

İrəvan Kremlin gözündən pərdə asır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bir sıra ölkələr Ermənistan Dəmir Yollarını idarə etmək hüququnu Rusiyadan almaqda maraqlıdır”. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib: “Biz bu məsələni, ilk növbədə, Rusiya tərəfi ilə müzakirə edirik və ən qısa müddətdə cavab gözləyirik. Əminəm ki, Ermənistan Dəmir Yollarını idarə etmək hüquqlarını Rusiyadan almaq ölkələr var. Mən özüm müxtəlif ölkələrin səfirləri ilə görüşürəm, təbii ki, bu mövzu ilə bağlı maraq və söhbətlər var. Digər məsələ isə yekun qərarın necə olacağı ilə bağlıdır”.

İrəvanın bu addımları regionda geosiyasi balansı dəyişmək niyyətini açıq şəkildə büruzə verir. Baş nazir Nikol Paşinyan və digər rəsmilərin mütəmadi gündəmə gətirdiyi konsessiya məsələsi sadəcə iqtisadi layihə deyil, strateji maraqların toqquşduğu mühüm müstəvidir.

Xatırladaq ki, 2008-ci ildə imzalanmış müqaviləyə əsasən, Ermənistanın bütün dəmir yolu sistemi 30 illik müddətə “Rusiya Dəmir Yolları” ASC-nin idarəçiliyinə verilib. Bu müqavilə Moskva üçün təkcə iqtisadi dividend deyil, həm də Ermənistanın tranzit potensialı üzərində strateji nəzarət rıçağı rolunu oynayır. Müqavilənin şərtlərinə görə, 20 illik əsas dövrdən sonra tərəflərin razılığı ilə idarəetmə müddəti daha 10 il uzadıla bilər. Bu mexanizm Kremlin Ermənistan infrastrukturuna uzunmüddətli təsir imkanlarını təmin edirdi. Lakin İrəvanın hazırkı manevrləri göstərir ki, Ermənistan bu strateji asılılıqdan qurtulmaq və nəqliyyat qovşaqları üzərində suveren nəzarəti bərpa etmək üçün alternativ tərəfdaşlar axtarışındadır. Bu proses Kremlin regiondakı nəzarət mexanizmləri qarşısında açıq çağırış kimi qiymətləndirilir.

Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamaları da bundan xəbər verir. O, fevral ayında bildirmişdi ki, dəmir yolu konsessiyanın dost sayılan bir ölkəyə satılması mümkündür və bu baxımdan Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi variantlar nəzərdə tutulur. Bu ölkələrin seçimi isə təsadüfi deyil. Qazaxıstan Avrasiya İqtisadi İttifaqının üzvü olaraq inteqrasiya baxımından Rusiya ilə bağlı layihələrdə iştirak edir, BƏƏ və Qətər isə maliyyə baxımından güclü və region siyasətində çevik aktorlar hesab olunurlar. Paşinyanın bu açıqlaması isə göstərir ki, Ermənistan alternativ investor axtarışını da açıq şəkildə gündəmə gətirir.

Daha maraqlısı isə, Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepanın açıqlamalarıdır. O, Ermənistan dəmir yollarının maliyyələşdirilməsində Türkiyə və ABŞ-ın maraqlı ola biləcəyini deyib. Qeyd edib ki, bu proses həm kommersiya, həm də siyasi xarakter daşıyır. Kommersiya baxımından əsas meyar kimin daha çox vəsait təklif edəcəyi və hansı şərtləri irəli sürəcəyidir, siyasətçilər isə prosesə müdaxilə edərək müəyyən dairələrin və ölkələrin maraqlarını lobbiləşdirməyə çalışacaqlar. Bu isə artıq yalnız iqtisadi layihədən çıxaraq geosiyasi rəqabət sahəsinə çevrilir. Türkiyə bu vasitə ilə Orta Asiya–Qafqaz–Avropa xəttində təsirini artırmaq imkanı əldə edə bilər. Çünki Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə sərhədlərinə aparan xətləri, eləcə də Naxçıvan istiqamətini əhatə edir. Əgər Türkiyə və ABŞ maliyyə dəstəyi ilə bu layihələrə cəlb olunarsa, Moskvanın Cənubi Qafqazdakı mövqeyi zəifləyər. ABŞ regionda Rusiyanın infrastruktur rıçaqlarını zəiflətmək üçün yeni alət qazanmış olar.

Ermənistan üçün isə bu addım Rusiyadan asılılığı azaltmaq və həmçinin tranzit və maliyyə imkanlarını diversifikasiya etmək baxımından strateji üstünlük deməkdir. Bir tərəfdən Rusiyadan olan onilliklərlə davam edən birtərəfli asılılıq azalır, digər tərəfdən isə ölkənin tranzit və maliyyə imkanları diversifikasiya olunur.

Rusiya tərəfi Ermənistanın bu təşəbbüsünü narahatlıqla izləyir. Moskva İrəvanın Rusiyanın konsessiyasını üçüncü tərəfə ötürmək istəməsini yetərincə işlənməmiş qərar adlandırıb və mövcud sistemin birdən dağıla biləcəyini bildirib. Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski isə qeyd edib ki, Ermənistanın Rusiyanı dəmir yollarının idarəçiliyində əvəz etmək istəyi mənfi nəticələrə səbəb olacaq. Bu açıqlamalar, əslində, diplomatik xəbərdarlıq xarakteri daşıyır və Moskvanın bu məsələdə hələ də təsirini qorumaq niyyətində olduğunu göstərir. Əslində, Rusiya üçün bu, yalnız iqtisadi maraq deyil, həm də Avrasiya məkanında nəqliyyat dəhlizləri və strateji təsir imkanlarını qorumaqla bağlıdır. Ermənistanın konsessiya üzərində alternativ variantlar axtarması Moskvanın mövqeyini zəiflədə biləcək ciddi risklər yaradır.

Əslində, Ermənistanın manevrləri yalnız konsessiyanın satışı və maliyyələşdirmə ilə bağlı deyil. Bu, həm də İrəvanın xarici siyasətdə balansı dəyişdirməyə çalışdığı bir dövrdə baş verir. Ermənistan KTMT-də passiv mövqe sərgiləyir, Avropa İttifaqı ilə yaxınlaşır, Fransa və digər Qərb ölkələri ilə müdafiə sahəsində əməkdaşlıq edir. Dəmir yolu məsələsi isə Rusiya ilə münasibətlərdə əsas rıçaq olduğu üçün İrəvan üçün strateji üstünlük vasitəsi rolunu oynayır. Ermənistan açıq qarşıdurmaya getmədən, alternativlər üzərində işləyir, danışıqlar aparır və beynəlxalq maliyyə və siyasi aktorlarla əlaqələrini genişləndirir.

Bununla bağlı iqtisadçı-ekspert Kamran Abdullayev XQ-yə bildirdi ki, indiki mərhələdə İrəvan Kremlin arxasından iş çevirərək, regional təsir dairələrində balansı öz xeyrinə dəyişməyə çalışır: “Ermənistanın son dövrlər regionun nəqliyyat-kommunikasiya xəritəsi, xüsusilə dəmir yolları üzərindəki aktivliyi İrəvanın xarici siyasətində yeni mərhələnin başladığını göstərir. Bu, sadəcə, iqtisadi dividend axtarışı deyil, Moskvanın onilliklər boyu formalaşdırdığı “təhlükəsizlik və infrastruktur çətiri”ndən çıxmaq cəhdidir.

Şübhəsiz ki, yürüdülən siyasət olduqca riskli, eyni zamanda, hesablanmış bir gediş təsiri bağışlayır. Məqsəd Rusiya ilə birbaşa konfrontasiyadan qaçaraq, alternativ güc mərkəzləri ilə əməkdaşlıq imkanlarını genişləndirməkdir”.

Onun sözlərinə görə, Ermənistanın bu strategiyası regionda yeni siyasi reallıq yaradır: “Əgər İrəvan nəqliyyat qovşaqları üzərində real suverenlik əldə edə bilsə, bu, Rusiyanın regiondakı hərbi-siyasi iştirakının iqtisadi bazisini sarsıdacaq. Proseslər göstərir ki, Ermənistan artıq, sadəcə, “istifadəçi” deyil, həm də müstəqil oyunçuya çevrilmək niyyətindədir. İrəvanın bu gedişatının uğuru Rusiyanın ehtimal olunan “asimetrik” cavab tədbirlərinə qarşı nə dərəcədə dayanıqlılığından asılı olacaq. Lakin birmənalıdır ki, dəmir yolları artıq sadəcə relslərdən ibarət deyil, onlar həm də yeni geosiyasi koordinat oxlarıdır”.

İstənilən halda, Ermənistan tərəfi danışıqları davam etdirir və görünür, İrəvan açıq qarşıdurmaya getmədən alternativləri yoxlamağa çalışır. Bu manevrlər arasında ABŞ və Türkiyənin maliyyə maraqlarını nəzərdən keçirmək, Qazaxıstan, BƏƏ və Qətər kimi ölkələrlə danışıqlar aparmaq, həmçinin Rusiya ilə mövcud müqavilənin yenilənməsi mexanizmlərini işlətmək var. Belə bir strategiya İrəvanın Kremlin “arxasından iş çevirməklə” həm iqtisadi, həm də siyasi üstünlük əldə etmək cəhdidir. Bu ölkə açıq qarşıdurmaya getmədən, Rusiyadan asılılığı minimuma endirməyə çalışır, eyni zamanda, regional təsir dairələrində mövqeyini gücləndirmək istəyir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2026 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri