Icma.az
close
up
RU
İrəvan parlament qarşıdurması astanasında

İrəvan parlament qarşıdurması astanasında

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Sabah keçiriləcək ilk iclas hökumət–kilsə–müxalifət gərginliyi zəminində mübarizəyə start verəcək

Avqustun 2-də İrəvanda IX çağırış Ermənistan Milli Assambleyası ilk iclasına toplaşacaq. Yeni çağırış Milli Assambleya işə hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında dərinləşən qarşıdurma, müxalifətin sərt ittihamları və hökumətdə gözlənilən dəyişikliklər fonunda başlayır. Bu səbəbdən parlamentin ilk iclası Ermənistanın növbəti siyasi mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

Kilsə qarşıdurmanın mərkəzindədir

Yeni parlamentin ilk iclası öncəsi ən çox müzakirə olunan məsələlərdən biri bütün ermənilərin katolikosu II Qareginin iclasa dəvət olunub-olunmayacağıdır. Erməni mətbuatında yayılan məlumatlara görə, hakimiyyət katolikosun parlamentdə iştirakına maraq göstərmir. Onun əvəzinə hökumətə yaxın mövqeyi ilə seçilən başqa din xadiminin dəvət olunması ehtimalı müzakirə edilir. Bu isə müxalifətin ciddi narazılığına səbəb olub.

Hakim “Mülki müqavilə” Partiyasının deputatı Sarkis Xandanyan bildirib ki, katolikosun parlamentə dəvət olunması parlament rəhbərliyinin səlahiyyətidir. O, II Qaregini dünyəvi adı – Ktriç Nersisyan kimi təqdim edərək onun iclasda iştirakının gözlənilmədiyini söyləyib. Müxalifət isə bunu hakimiyyətin kilsəyə qarşı apardığı siyasətin davamı hesab edir.

“Ermənistan” fraksiyasının nümayəndələri bildirirlər ki, katolikosun parlamentin ilk iclasında xeyir-dua verməməsi ölkənin müstəqillik tarixində ilk belə hadisə olacaq. “Güclü Ermənistan” blokundan Ayk Farmanyan isə xatırladıb ki, qanun katolikosun ilk iclasda iştirakını nəzərdə tutur və onun başqa din xadimi ilə əvəzlənməsi hüquqi baxımdan mübahisəli addımdır. Bu səbəbdən müxalifət II Qaregini parlamentə dəvət etmək təşəbbüsünü özü irəli sürməyə hazırlaşır.

Yeni parlament, köhnə hakimiyyət

Ermənistan Konstitusiyasına uyğun olaraq, yeni parlamentin fəaliyyətə başlaması ilə mövcud hökumət texniki istefaya gedir. Baş nazir Nikol Paşinyan kabinetin iyulun 30-da keçirilən iclasında bildirib ki, bu, hökumətin indiki tərkibdə son toplantısıdır. Onun sözlərinə görə, hökumət parlamentin ilk iclası ərəfəsində istefa verəcək, bundan sonra Prezident Vaaqn Xaçaturyan parlament çoxluğunun təqdim etdiyi namizədi yenidən baş nazir təyin edəcək. Yeni hökumətin tərkibini isə artıq IX çağırış Milli Assambleya formalaşdıracaq.

Paşinyan artıq yeni siyasi komandasının əsas konturlarını da açıqlayıb. Onun qərarına əsasən, Ermənistanın ABŞ-dakı keçmiş səfiri Lilit Makunts Baş nazir aparatının rəhbəri təyin ediləcək. Baş nazir eyni zamanda müdafiə naziri Suren Papikyanın və daxili işlər naziri Arpine Sarkisyanın da vəzifələrini qoruyacaqlarını bəyan edib. Paşinyan hesab edir ki, orduda qeyri-döyüş itkilərinin qarşısının alınması təkcə hərbi rəhbərliyin fəaliyyəti ilə deyil, cəmiyyətdəki münasibətlərin dəyişməsi ilə bağlıdır. Digər kadr dəyişikliyi Baş nazir aparatında baş verib. Nikol mətbuat katibi vəzifəsinə hakim partiyanın gənclər təşkilatının katibi, seçki kampaniyasında fəal iştirak etmiş 26 yaşlı Melanya Arutyunyanı təyin edib. O, bu vəzifədə Nazeli Bağdasaryanı əvəzləyib.

Hakim partiya parlament komitələrinin rəhbərliyi üçün də namizədlərini müəyyənləşdirib. Nazeli Bağdasaryan əmək və sosial məsələlər, Lusine Badalyan səhiyyə, Sarkis Xandanyan xarici əlaqələr, Sisak Qabrielyan elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman, Zarui Batoyan insan hüquqları və ictimai məsələlər, Vilen Qabrielyan müdafiə və təhlükəsizlik, Arusyak Culakyan dövlət-hüquq, Vahe Qalumyan ərazi idarəçiliyi, yerli özünüidarəetmə, kənd təsərrüfatı və ətraf mühit, Babken Tunyan iqtisadi, Sovinar Vardanyan isə maliyyə-kredit və büdcə komissiyalarına rəhbərlik üçün irəli sürülüblər. Bununla yanaşı, hansı komitələrin müxalifətə veriləcəyi onların kvota seçimindən asılı olacaq.

Müxalifətdə ikinci böyük siyasi qüvvə olan “Güclü Ermənistan” blokunun parlament sədrinin müavini postuna hüquqşünas Aram Vardevanyanı irəli sürəcəyi bildirilir. Fraksiyaya Narek Karapetyanın rəhbərlik edəcəyi, katib vəzifəsini isə Tiqran Abramyanın tutacağı gözlənilir. Blok həmçinin xarici əlaqələr, dövlət-hüquq, eləcə də ərazi idarəçiliyi və kənd təsərrüfatı komitələrinə rəhbərlik etmək niyyətini açıqlayıb.

Parlament dəyişdi, siyasi mübarizə isə qalır

IX çağırış parlamentin fəaliyyətə başlaması Ermənistanda seçki mərhələsinin başa çatması demək olsa da, ölkədə siyasi gərginliyin səngidiyini söyləmək çətindir. Əksinə, son həftələrdə baş verən hadisələr göstərir ki, seçkilərdən sonra yaranan yeni siyasi mənzərə hakimiyyətlə müxalifət arasında mübarizəni daha da sərtləşdirib. Buna hakimiyyət–kilsə qarşıdurmasının dərinləşməsi də əlavə olunub. Hakim partiyanın hökuməti yenidən formalaşdırmaq imkanı qazanması Paşinyanın qarşıdakı dövrdə rahat fəaliyyət göstərəcəyi anlamına gəlmir. Çünki seçkilərdə ikinci siyasi qüvvəyə çevrilən “Güclü Ermənistan” bloku parlamentdə kifayət qədər fəal müxalifət aparacağını indidən nümayiş etdirir. Digər tərəfdən, “Ermənistan” blokunun da yeni parlamentdə sərt mövqe tutacağı gözlənilir.

Diqqətçəkən məqamlardan biri də odur ki, parlament formalaşsa da, hakim komandanın daxilində müəyyən narazılıq əlamətləri hiss olunur. “Joxovurd” qəzetinin yaydığı məlumata görə, indiyədək hakim fraksiyanın katibi olmuş Artur Ovannisyan artıq əvvəlki təsir imkanlarını itirir. O, nə parlament komissiyası sədrliyinə, nə də fraksiya rəhbərliyinə namizəd kimi dəstək qazana bilib və bundan sonra sıravi deputat kimi fəaliyyət göstərəcək. Hakim partiya daxilində bu cür dəyişikliklər Paşinyanın yeni siyasi komanda formalaşdırmağa çalışdığını göstərir.

Mərhələ yeni, problemlər köhnə

Onu da qeyd edək ki, Paşinyan seçkilərdə qələbə qazanmaqla hakimiyyətini qorusa da, ölkənin əsas problemləri dəyişməyib. Ermənistan hələ də iqtisadi çətinliklər, demoqrafik geriləmə, təhlükəsizlik narahatlıqları və xarici siyasətdə mürəkkəb seçimlərlə üz-üzədir. Bu məsələlərin fonunda daxili siyasi qarşıdurmaların daha da kəskinləşməsi hökumətin fəaliyyətini çətinləşdirə bilər. Üstəlik, seçkilərdən sonra parlamentdə təmsil olunan qisasçı qüvvələrin yenidən fəallaşması da diqqətdən yayınmır. Onların parlament tribunasından istifadə edərək həm hökumətə təzyiq göstərməyə, həm də cəmiyyətdə gərginliyi artırmağa çalışacaqları istisna edilmir. Hakimiyyət isə buna cavab olaraq dövlət idarəçiliyində kadr dəyişikliklərini sürətləndirir, özünə daha sadiq komanda formalaşdırmağa çalışır.

Bütün bunlar göstərir ki, IX çağırış Ermənistan parlamenti əvvəlki parlamentlərdən fərqli olaraq fəaliyyətə nisbətən sabit siyasi şəraitdə başlamır. Əksinə, yeni qanunverici orqan ilk gündən hakimiyyət–müxalifət qarşıdurmasının, kilsə ilə hökumət arasında dərinləşən gərginliyin və hakim komanda daxilində aparılan yenilənmə prosesinin təsiri altında fəaliyyət göstərəcək. Beləliklə, avqustun 2-də işə başlayacaq yeni parlament Ermənistan üçün sadəcə növbəti qanunverici orqan deyil. Bu parlament ölkədə seçkilərdən sonrakı siyasi münasibətlərin necə formalaşacağını, hakimiyyətin daxili sabitliyi nə dərəcədə qoruya biləcəyini və kilsə ilə qarşıdurmanın hansı həddə qədər davam edəcəyini müəyyənləşdirəcək əsas siyasi meydan olacaq. Bu mənada, IX çağırış Milli Assambleyanın ilk iclası yeni siyasi dövrün başlanğıcı sayılsa da, İrəvanda siyasi hərarətin yaxın vaxtlarda aşağı düşəcəyini söyləmək hələ tezdir.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Avqust 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri