Icma.az
close
up
RU
İrəvan həlledici qərar astanasında: Aİ, yoxsa Aİİ?

İrəvan həlledici qərar astanasında: Aİ, yoxsa Aİİ?

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın “çoxvektorlu siyasəti”nin İFLASI


Rusiya Ermənistanın Avropa İttifaqı ilə inkişaf edən münasibətlərinə qarşı sakitdir, lakin İrəvan eyni anda iki gömrük ittifaqında ola bilməyəcək. Musavat.com-un məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bunu Kremldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə belə deyib. “Görürük ki, Ermənistan Avropa İttifaqı ilə münasibətlərin inkişafını müzakirə edir. Biz bu barədə tamamilə rahatıq. Hər hansı bir ölkənin üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışdığını başa düşürük. Amma bu, aydın olmalıdır, dürüst, açıq şəkildə, belə desək, bildirilməlidir: həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqı ilə gömrük ittifaqında olmaq mümkün deyil. hətta siyasi məsələ deyil, sırf iqtisadi məsələdir”, - deyə Rusiya lideri qeyd edib.

N.Paşinyan isə öz növbəsində qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına və Aİ-yə üzvlüyün bir-birinə uyğun olmadığını başa düşür, lakin bu proseslər hələ seçim edilməli olan nöqtəyə çatmayıb: “Biz başa düşürük ki, Aİ və Avrasiya İqtisadi İttifaqına üzvlük bir-birinə uyğun deyil”. “Vaxtı çatanda erməni xalqı öz qərarını verəcək. Əlbəttə ki, bu, Ermənistan-Rusiya münasibətlərinə zərər verməməlidir”. Rusiya prezidentinin bu açıqlaması Ermənistanın “çoxvektorlu siyasət” imkanlarının artıq daraldığını göstərir. Moskva hələlik sərt təzyiq dilinə keçməsə də, iqtisadi arqumentlərlə İrəvana açıq mesaj verir: Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim qaçılmazdır. Paşinyanın mövqeyi isə klassik balans siyasətidir - həm Qərblə yaxınlaşmaq, həm də Rusiyanı itirməmək. Lakin bu yanaşma getdikcə daha çətinləşir. Çünki söhbət sadəcə siyasi münasibətlərdən yox, fərqli gömrük, tarif və bazar qaydalarına malik iki iqtisadi sistemdən gedir. Hazırkı mərhələdə Ermənistan vaxt qazanmağa çalışır. Amma proseslərin məntiqi göstərir ki, İrəvan gec-tez strateji seçim qarşısında qalacaq. Bu seçim isə yalnız iqtisadi deyil, həm də regiondakı qüvvələr balansına təsir edən ciddi geosiyasi qərar olacaq. Bütün bunlarla və ümumiyyətlə, Rusiyanın Ermənistan planları, münasibətlərin perspektivləri barədə ekspertlərimizin maraqlı fikirləri var.

Hüquqşünas Sahib Məmmədov bu barədə Musavat.com-a xatırladıb ki, əvvəlki açıqlamaları zamanı dəfələrlə Ermənistanın “şaxlələnmiş” siyasətinin əvvəl-axır Ermənistan üçün problemlər yaradacağını söyləyib: “Mən ona görə “şaxələnmiş” deyirəm ki, əslində bu, Azərbaycanın xarici siyasətindən tamamilə fərqli bir siyasətdir. Azərbaycanın xarici siyasətdəki mövqeyinin sabitliyi ola bilsin hansısa dövlətlərin xoşuna gəlmir, amma bu, aydın siyasətdir. Paşınyan hökuməti isə eyni vaxtda bir-biri ilə düşmən olan dövlətlərlə strateji müttəfiqlik münasibətləri qurmaqla yanaşı, həmin dövlətlərin iştirak etdiyi müxtəlif ittifaqlarda olmaq və hamısından bəhrələnmək istəyir. Hazırda Ermənistan Avrasiya İqtisadi İttifaqında olmaqla iqtisadi baxımdan uduşdadır, parallel olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında formal da olsa, qalmadadır. Eyni zamanda Avropa İttifaqı ilə assossiasiya sazişi imzalamlaqla, bu quruma qoşulmaq istiqamətində ciddi planlar həyata keçirir, həmçinin Avropa İttifaqından maddi yardımlar alır”. 

S.Məmmədov qeyd etdi ki, Rusiya Ermənistan iqtisadiyyatında əhəmiyyətli rola malikdir: “Prezident Putin yanacağı, o cümlədən təbii qazı Ermənistana güzəştli qiymətlərlə satdıqlarını xatırlatdı. Ermənistanda keçirləcək seçkilər həlledici seçkilərdir. Paşınyanın yenidən mandat alması o deməkdir ki, Rusiya ilə bağlılıqlar daha da azalacaq. Əslində Paşinyan da bunu açıq söylədi. Paşınyan bildiridi ki, “vaxt çatadanda erməni xalqı seçim edəcək”. Bu, o deməkdir ki, Ermənistan hələlik Rusiya ilə iqtisadi münasibətləri qoruyub-saxlamaq, o cümlədən vahid gömrük məkanında qalmaq niyyətindədir, çünki bu, Ermənistan iqtisadiyyatı üçün sərfəlidir, amma gələcəkdə Avropa İttifaqı ilə münasibətlər dərinləşərsə, o zaman seçim ediləcək”.

Ekspertin fikrincə, əslində Ermənistanın belə mövqeyi Avropa İttifaqı üçün də uyğun deyil: “Onlar Ermənistanın Rusiyadan bütün münasibətlərdə uzaqlaşmasını istəyir. Beləliklə, Ermənistanın seçim etmək vaxtı yaxınlaşır, amma bu seçimi etmək o qədər də asan deyil. Bu halda Paşinyan tərəflərin heç birini qıcıqlandırmadan seçkiləri keçirmək istəyir. Seçkilərdə qalib gələcəyi təqdirdə, əvvəlki “şaxələnmiş” və ya “çoxvektorlu” siyasəti davam etdirmək mümkün olmayacaq”. S.Məmədov yeri gəlmişkən, bir məqamı da xüsusi vurğuladı: “Ermənistanın Azərbaycanla sülh prosesi istiqamətindki siyasəti də əsasən, imitasiya üzərində qurulub. Bir tərəfdən sülh prosesinin dərinləşməsinə tövhə verəcək açıqlamalar verir, digər tərəfdən çox ciddi şəkildə ordu quruculuğu və silahlanma ilə məşğuldur. Ermənistanın xüsusən “intellektual” silahlar sahəsində həyata keçirdiyi fəaliyyətlər onun sülh prosesində axıra qədər səmimi olmadığını göstərir. 2026-cı ilin birinci rübü başa çatdı, amma Zəngəzur dəhlizi ilə bağlı da ciddi irəliləyiş yoxdur. Paşınyan bütün məsələləri seçkidən sonraya saxlamaqla vaxt udamağa cəhd edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Aprel 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri