Icma.az
close
up
RU
İrəvan Qazılığının bərpa edilməsi Qərbi Azərbaycandakı tarixi varlığımızın təsdiqidir

İrəvan Qazılığının bərpa edilməsi Qərbi Azərbaycandakı tarixi varlığımızın təsdiqidir

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının mayın 22-də Bakıda keçirilmiş əlahiddə toplantısında İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi barədə qəbul etdiyi qərarlar və Bəxtiyar Nəcəfovun İrəvan qazısı seçilməsi sözün bütün mənalarında tarixi hadisədir. Bu o deməkdir ki, Qərbi Azərbaycana qayıdış hədəfimiz sadəcə deklarativ konsepsiya xarakteri daşımır, Azərbaycan dövləti deportasiyaya məruz qalmış azərbaycanlıların hüquqlarının müdafiəsi və tarixi-coğrafi keçmişinə sahib çıxmaq istiqamətində real, əməli addımlar atır, sözügedən tarixi ərazilərimizdə mövcud olmuş, lakin çar Rusiyası və sovetlər dönəmində ləğv edilmiş milli-mədəni institutlarımızın hüquqi cəhətdən bərpası prosesinə start verir.
Rəsmi Bakının bu addımını mükəmməl düşünülmüş strateji təşəbbüs kimi dəyərləndirməli və alqışlamalıyıq. Bu addım Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması üçün siyasi, hüquqi əsaslarla yanaşı, həm də ideoloji baxımdan əhəmiyyətlidir.
Çünki Qərbi Azərbaycan icması dini inanc baxımından müsəlmandır, ona görə də qayıdışdan sonra orada qazının, axundun fəaliyyəti də zəruridir. Bu, tarixən də belə olub. Zəngəzurda, Göyçədə, illah da ki İrəvanda məscid və mədrəsələrimiz mövcud olub, din xadimlərimiz fəaliyyət göstərib. İrəvan Qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin bərpası deməkdir, beynəlxalq hüququn təmin edilməsi deməkdir, insan hüquqları və dini etiqad azadlığının əməli ifadəsi deməkdir. Çünki vaxtilə Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısı Ermənistan tərəfindən məhv edilib (İrəvandakı Göy Məsciddən başqa), qəbiristanlıq və ziyarətgahlarımız tamamilə dağıdılıb. Bir sözlə, azərbaycanlıların Qərbi Azərbaycandakı (hazırkı Ermənistan) milli, mədəni və dini mövcudluğunu isbatlayan maddi irs nümunələri, humanitar resurslar, tarixi artefaktlar hamısı qəsdən məhv edilib, o cümlədən dini institutlar da tamamən aradan qaldırılıb. Qazılıq institutu da bu siyasətin güdazına gedib.
Lakin bütün bu tarixi ədalətsizlikləri aradan qaldırmaq üçün indi əlverişli məqam yetişib. 44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni reallıqlar formalaşdıran Azərbaycan bu gün Qafqaz Müsəlmanları İdarəsinin İrəvan üzrə Qazılığının yenidən bərpa edilməsini də özünün təbii-tarixi, mənəvi haqqı hesab edir. Beləliklə, Azərbaycan bu taktikii, diplomatik addımı atmaqla öz əzəli torpaqlarımıza qayıtmaq haqqımızın siyasi tərəfi ilə yanaşı, mənəvi və tarixi əsaslarını da ortaya qoymuş oldu. Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə vurğuladığı kimi Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. İrəvan Qazılığının bərpa edilməsi də Qərbi Azərbaycandakı tarixi varlığımızın təsdiqidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 May 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri