“İrəvan Qazılığının tarixi” kitabı təqdim olunub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 2 noyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı “İrəvan Qazılığının tarixi” kitabının Qərbi Azərbaycan İcması ilə birgə təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Qurani-Kərimdən ayələr tilavət olunub.
Daha sonra İrəvan Qazılığının tarixinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra mədəni-mənəvi suverenliyin təmin edilməsinin, dini-mənəvi müstəvidə ədalətin bərqərar olmasının mühüm əhəmiyyət daşıdığını bildirib. O, İrəvan qazılığının bərpasını tarixi zərurət və zamanın tələbi kimi qiymətləndirərək, kitabın nəşrinin Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılmasına, soydaşlarımızın dini-mənəvi hüquqlarının bərpasına xidmət etdiyini vurğulayıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “İrəvan Qazılığının tarixi” kitabının İrəvan bölgəsinin tarixi keçmişinin və Azərbaycan xalqının dini-mədəni irsinin öyrənilməsi baxımından mühüm elmi mənbə olduğunu bildirib. O, əsərin tarixi arxiv sənədləri əsasında bölgədə qazılıq institutunun fəaliyyətini araşdırdığını, eyni zamanda, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli kitabın hazırlanmasını Qərbi Azərbaycana qayıdış istiqamətində mühüm töhfə kimi qiymətləndirib. O, İcmanın bölgədəki Azərbaycan xalqına məxsus dini-mədəni irsin öyrənilməsi və monitorinqi istiqamətində fəaliyyətindən danışaraq, kitabın QMİ ilə əməkdaşlığın nəticəsi olan əhəmiyyətli addımlardan biri olduğunu vurğulayıb.
QMİ sədrinin müavini, İrəvan qazisi Bəxtiyar Nəcəfov kitabın tarixi sənədlər və arxiv materialları əsasında hazırlandığını, İrəvan qazılığının bölgənin dini və ictimai-siyasi həyatında mühüm rol oynadığını bildirib. O, əsərin tarixi irsin öyrənilməsi və Azərbaycan xalqının dini-mədəni həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra Milli Məclisin deputatları, din xadimləri və alimlər çıxış edərək kitabın tarixi, elmi və dini əhəmiyyətindən danışıblar. Çıxışlarda İrəvan qazılığının Azərbaycan xalqının dini-mənəvi irsində tutduğu yer, tarixi sənədlərin araşdırılması və bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində kitab ətrafında fikir mübadiləsi aparılıb, nəşrin Qərbi Azərbaycan tarixi və mədəni irsinin öyrənilməsinə töhfəsi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 02 Noyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















