Icma.az
close
up
RU
İrəvan Rusiya bazası ilə bağlı məsələdə Bakının dəstəyinə ümid edir?

İrəvan Rusiya bazası ilə bağlı məsələdə Bakının dəstəyinə ümid edir?

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az erməni mediasına istinadən xəbər verir ki, İrəvan və Bakı Rusiyanın Gümrüdəki hərbi bazası ilə bağlı vəziyyətin həlli üçün mümkün ssenariləri müzakirə edirlər. Son məlumata görə, tərəflər dialoqa və güzəştlərə prinsipial hazır olduqlarını sərgiləyirlər ki, bu da Rusiya qüvvələrinin regiondan çıxarılması məsələsində kompromisin əldə edilməsinə gətirib çıxara bilər.
“Hər şeydən əvvəl, iki ölkənin hökumətləri münaqişənin genişlənməsinin qarşısını almaq üçün Cənubi Qafqazda gərginliyin azaldılmasında və sabitliyin möhkəmləndirilməsində maraqlıdırlar. Ermənistan hakimiyyəti bütün tərəflərin çeviklik nümayiş etdirməsi və milli maraqlara hörmət göstərməsi şərti ilə razılaşmaların əldə olunmasını mümkün sayır”, - məlumatda deyilir.
Eyni zamanda, ekspertlər mürəkkəb olan danışıqlar prosesinin ehtiyatlı yanaşma tələb etdiyini vurğulayırlar. Çünki Rusiya bazası məsələsi həssasdır və tərəflərin təhlükəsizlik zəmanətləri və strateji maraqları ilə bağlı fərqli mövqeləri var.
- Bu gün əsas səylər yeni toqquşmaların riskini azaldacaq və regionda uzunmüddətli sabitliyi təmin edəcək qarşılıqlı faydalı həll yollarının tapılmasına yönəlib. Mövcud təşəbbüslər göstərir ki, dialoq üçün şəraitin yaradılması və konsensusun tapılması hər iki tərəf üçün prioritet olaraq qalır ki, bu da tərəfdaşlığın inkişafı və Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi üçün vacibdir”, - analitiklər bildirirlər.
Son beynəlxalq təşəbbüslər ədalət və qarşılıqlı hörmət məsələsinin müasir geosiyasi gündəmin əsas aspektlərindən biri kimi qaldığını sübuta edir. Belə ki, Gürcüstanın Müdafiə naziri ABŞ-nin prezidenti Trampdan Gürcüstana ədalətli münasibətə nail olunmasının zəruriliyinə diqqət çəkərək, tarixi səhvlərin tanınmasının və ölkənin suverenliyinin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Maraqlıdır ki, Rusiyanın Gümrüdəki hərbi bazasının çıarılması barədə çağırışlar Ermənistandan səsləndirilsə də, Rusiyanın bəzi media orqanları və telegram-kanalları guya bu tələbin Azərbaycan tərəfindən şərt kimi irəli sürüldüyünü iddia edirlər. Halbuki, hələ indiyədək rəsmi Bakı heç bir paltformalarda belə bəyanatlar verməyib.

Amma hazırda Ermənistanı Moskvanın təsir zonasından öz nəzarəti altına keçirməyə çalışan Qərbin bəzi dövlətləri və siyasi qüvvələri Paşinyan hökumətinə bu ideyanı mütəmadi şəklidə təlqin edirlər. Görünür, Rusiyadakı ermənipərəst qüvvələr isə, bunu rəsmi Bakının tələbi kimi qələmə verməklə, “ağrımayan başa dəsmal” bağlamağa və son vaxtlar Azərbaycan-Rusiya münasibətlərində nəzərə çarpan narazılıqları daha da dərinləşdirməyə can atırlar.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 May 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri