Icma.az
close
up
RU
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”

“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Akşin Kərimov: “İrəvanın bu planının uğur qazanacağı ehtimalı yoxdur”

Ermənistan hələ də Azərbaycan qarşısında məntiqsiz şərtlər irəli sürməklə sülh prosesini yubatmaqla məşğuldur. Əlbəttə sülh danışıqları prosesləri fonunda İrəvanın sürətlə silahlanması da diqqətdən qaçmamalıdır. Rəsmi İrəvanın yanaşmaları bölgədə eskalasiya risklərini artırır.

Əlbəttə, bölgə üçün daha bir mühüm məsələ Gürcüstandakı vəziyyətdir. Seçkidə uduzan Qərb çalışır ki, Gürcüstanda xaos yaransın və beləliklə də yalnız onun maraqlarını həyata keçirən marionet hakimiyyət fomalaşdırsın.

Eyni zamanda bölgə üçün daha bir önəmli hadisə son zamanlar daha da kəskinləşən İran-İsrail qarşıdurmasıdır.

Bu proseslər fonunda real hərbi-siyasi mənzərə və bölgəni təhdid edən faktorlarla bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov “Xalq Cəbhəsi”nə müsahibəsinə maraqlı nüanslara toxunub.

- Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyini necə qiymətləndirirsiz?

- Azərbaycanla Ermənistan arasında sülh gündəmini asanlaşdırmaq üçün tərəflərin səylərini yüksəltdiyi görünür. Ancaq Ermənistanın ziddiyyətli mövqeləri, o cümlədən sülh proqramına uyğun olmayan silahlanmaya getməsi prosesə xələl gətirir. Azərbaycan maksimum çalışır ki, Zəngəzur dəhlizi layihəsindən tutmuş Qərbi azərbaycanlıların qayıdışına qədər genişmiqyaslı sülh planı ağrısız şəkildə, danışıqlar və razılıqlar yolu ilə yüksələn dinamika qazansın. Ancaq Azərbaycanın regional sabitlik və təhlükəsizlik üçün vacib bir tələbi də gündəmdə aktuallıq dərəcəsini artırır. Bu, Ermənistanın regional dönüş yaratmaq cəhdlərinin qarşısını almaq üçün İrəvanı hərbisizləşdirməyə vadar etmək məramıdır. Bu, forpost Ermənistan vasitəsilə regionda təsir qurmaq istəyən Fransanın, Hindisanın qarşısını almaq üçün həlledici hesab edilir. Çünki Ermənistan silahlandırmanın məhdudlaşdırılmasına dair öhdəliklər götürsə, avtomatik olaraq regionu silahlı münaqişələrə cəlb etmək istəyən qüvvələr ambisiyalarını regiona inteqrasiya etməkdə maneə ilə üzləşəcəklər.

Azərbaycan üçün sülh gündəliyi üzrə başqa riskli məqamlar Ermənistanın Rusiyaya dönüş etmək istəkləri ilə əlaqədar izah oluna bilər. Ermənistan Qərbə inteqrasiya yolunu tutsa da, paralel olaraq Rusiyanın regionda “arxa qapısı” olmaq üçün yeni səylərə girişmiş kimi görünür. Böyük ehtimal ki, İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır və Ermənistan bunu Qərb məntiqli sülh proqramına inteqrasiya etdirməyi hədəf kimi seçir.

Bununla belə, İrəvanın bu planının uğur qazanacağı ehtimalı yoxdur, çünki Azərbaycan qlobal və regional güclər arasında qurduğu strateji oyunu İrəvana qarşı nəticələndirmək qabiliyyətinə malikdir.

- Qərbin regional maraqları sülh müqaviləsi üçün nə vəd edir?

- Qərbi iki kateqoriyada təsnifatlandırmaq lazımdır: Məsələn, NATO Azərbaycanla təhlükəsizlik əlaqələrinin, enerji təhlükəsizliyinin dərinləşməsində maraqlıdır. ABŞ-nin mövqeləri ziddiyyətli görünsə də, o, “X” anında Ermənistanı tamamilə Azərbaycanın strateji maraqlarına qurban verə biləcək siyasi xətti diqqətdə saxlayır. Çünki Azərbaycan ABŞ üçün Cənubi Qafqaz və Mərkəzi siyasətinin komplektləşdirilməsində açar rola sahibdir.

Bununla belə, ABŞ hələlik öz siyasi bətnində hazırladığı sülh müqaviləsi layihəsinə Azərbaycanı razı salmaq üçün təzyiq metodlarına əl atır ki, bu da Bakı üçün qəbuledilməzdir. Ona görə ki, ABŞ sülh gündəliyini Bakının tərəzisindəki hərtərəfli komponent kimi dəstəkləmir və onu məhdudlaşdırmaq alternativini təqdim edir. Qərbin digər qanadında Azərbaycana qarşı Avropa Parlamenti, Fransa cəbhəsi var, bunlar isə ümumiyyətlə Bakı ilə NATO, Avropa İttifaqı arasındakı strateji tərəfdaşlıq əlaqələrinə qarşıdırlar.

- Gürcüstanda parlament seçkiləri keçirildi, “Gürcü arzusu” qalib gəldi. Tbilisi Qərblə münasibətlər sistemini Rusiyanın xeyrinə yeniləyəcəkmi?

- Gürcüstandakı seçkilərin nəticələri Tbilisinin Rusiya ilə əlaqələri bərpa etmək baxımından izah olunsa da, o, Qərblə də tərəfdaşlığı davam etdirəcək. Gürcüstanın enerji təhlükəsizliyində və Azərbaycandan çıxan qazın Avropaya çatdırılmasında oynadığı tranzit rol onun ABŞ, NATO ilə əlaqələrinin arxa fonunu inkişaf etdirə bilər. Ancaq Qərbdən Gürcüstan hakimiyyətinə olan siyasi və iqtisadi dəstəklərin axsayacağı istisna olunmur. Üstəlik, Qərbin dəstəyi ilə Gürcüstanda keçirilən aksiyaların seçki nəticələrini dəyişdirə biləcək şəkil alacağını düşünmürəm. Ona görə ki, aksiyaların idarə edilməsində və geniş kütlələrin bir araya toplanmasında problemlər görünür və bu o deməkdir ki, etirazlar xalq iradəsini tamamilə əks etdirmir. Postseçki dövründə Gürcüstanda müxalifətin aksiyaları davamlı olsa, bu, parlament binasını blokadaya almaqla deputatların işinə maneələr yaratmaq cəhdlərindən o yana keçəcək forma qazanmayacaq.

- İran-İsrail münasibətləri iki tərəfi bir-birləri ilə müharibə başlamağa təhrik edirmi?

- İran-İsrail münasibətlərini birbaşa müharibə tərəflərinin ritorikası kimi şərh etməzdim. Çünki düşmənçilik bir-birlərinin strateji fəaliyyətlərini azaltmaq, hətta onu sıfıra endirməkdir. İranla İsrail isə rəqib olsalar da, strateji trayektoriyalarını inkişaf etdirirlər və bu, genişmiqyaslı eskalasiya ssenarisi üçün ən pis müharibə nümunəsini ortaya çıxara bilər. Bununla belə, tərəflərdən heç biri hələ kollektiv güc müqavimətini qıra bilmirlər. İran onsuz da İsrailin qarşısında kəşfiyyat baxımından çox geridədir, lakin Tehranın müqavimət oxu proksi qüvvələrin təşkilati strukturlarını genişləndirmək, onları döyüşlər üçün hazırlamaqla inkişaf edir. İsrail hazırda proksi qüvvələrin fəaliyyətində problemlər yaratmaqla İranın həmin qruplara inteqrasiya edilmiş maraqlarını dağıtmaqdan çox yönləndirmək istəyir. Çünki İsrail İranın öz coğrafiyasından kənarda formalaşdırdığı əhatə dairəsinə zərbələri İranın daxili siyasi həyatında qarşıdurma yaratmaq üçün çoxqütblü baza kimi nəzərdən keçirir. Lakin nə İranın, nə də İsrailin optikası regionda bu iki dövlətin strateji qabiliyyətlərinin zəifləməsi təəssüratını yaratmır.

- İranın Yaxın Şərqdə üzləşdiyi problemlər onun Cənubi Qafqaz siyasətinə necə təsir edir?

- Hesab edirəm ki, İranın Yaxın Şərqdə düçar olduğu texniki-taktiki məğlubiyyətlər onun Cənubi Qafqazdakı mövqelərini zəiflədir. Bu, Azərbaycan üçün daha uğurlu strateji həmlə qabiliyyəti həyata keçirmək imkanlarını tanıyır. Birincisi ona görə ki, İranın xarici siyasət matrisasının mühüm hissəsi olan proksi qüvvə oxu Azərbaycanda iflasa uğradı. İkincisi, İran Yaxın Şərqdə üzləşdiyi risklərdən dolayı Cənubi Qafqazda genişlənmə xətləri qura bilməkdə çətinliklər çəkir. Bu, Azərbaycanın özünü Zəngəzur dəhlizi layihəsinə münasibətdə daha yaxşı işıqlandırması imkanlarını genişləndirir. İranın Azərbaycanın maraqlarına nisbətdə inam formalaşdırmaq üçün irəli sürdüyü bəyanatlar əslində Bakının genişlənən zolağını qəbul etmək səyləridir. Bu, Azərbaycanla İranın müştərək maraqlarına dərinlik qata biləcək strateji aktiv kimi qiymətləndirilə bilər.

İbrahim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri