Icma.az
close
up
RU
İrəvan xanlığının Rusiya işğalına dair onlayn kitab 9 dildə...

İrəvan xanlığının Rusiya işğalına dair onlayn kitab 9 dildə...

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının onlayn versiyası 9 dildə - Azərbaycan, türk, ingilis, rus, rumın, italyan, ərəb, ispan və alman dillərində Azərbaycan Tarixi Elektron Kitabxanasında və Milli Kitabxananın elektron kataloqunda yerləşdirilib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılan bu əsərin müəllifləri AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov (elmi redaktor və naşir), professor Tofiq Mustafazadə (elmi redaktorun müavini), dosent Güntəkin Nəcəfli (məsul redaktor) və başqalarıdır.

Kitab “İrəvan xanlığı Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsidir”, “Xanlığın əhalisi”, “Sosial-iqtisadi həyat”, “Xanlığın sərhədləri, inzibati bölgüsü və idarəçilik sistemi”, “Mədəniyyət”, “Xarici siyasət”, “Rusiya imperiyasının və Qacarlar dövlətinin işğalçılıq planları”, “İrəvan xanlığının Rusiya imperiyası tərəfindən işğalı”, “İşğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi surətdə köçürülməsi” və “İrəvan xanlığı ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi surətdə dəyişdirilməsi. Müasir vandalizm: tarixi adlara qarşı soyqırım” bölmələrindən ibarətdir.

Yaqub Mahmudov kitaba yazdığı “Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir” adlı geniş “Ön söz”də bu fikirləri bildirib:

“Çar Rusiyası tərəfindən işğal olunmuş Azərbaycan torpağında - İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni vilayətinin yaradılmasından dərhal sonra Azərbaycan tarixinin amansızcasına saxtalaşdırılmasına başlanıldı. Erməni millətçiləri öz havadarları olan Rusiya işğalçılarının yaxından iştirakı və köməyi ilə saxta erməni tarixi yaratmağa başladılar. Bütün arxiv sənədləri, hətta Rusiya imperiyasının Azərbaycan xanlıqları, Qacarlar və Osmanlı dövlətləri ilə bağladığı müqavilələrin adları və mətnləri belə saxtalaşdırıldı. Rusiya və Sovet İttifaqının ali rəhbərliyində, dövlət və hökumət strukturlarında mühüm mövqelər ələ keçirmiş ermənilər öz məqsədlərinə asanlıqla nail oldular. Nəticədə XIX əsrin 20-30-cu illərindən başlayaraq Rusiya tərəfindən Cənubi Qafqaza kütləvi surətdə köçürülüb gətirilmiş gəlmə ermənilər bu regionun “ən qədim yerli əhalisi”, ata-baba torpaqları əllərindən alınıb ermənilərə paylanmış yerli azərbaycanlılar isə “gəlmə”, “köçəri yırtıcılar” kimi qələmə verilməyə başlandı”.

Xatırladaq ki, işğalçı Rusiya qoşunlarının İrəvanda törətdikləri dağıntılar və şəhərə vurduqları zərərlə bağlı rus hərb tarixçisi V.Potto belə yazırdı: “Rus mühasirə artilleriyasının dörd gündə etdiyini çərxi-fələk dörd əsrdə belə edə bilməzdi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyul 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri