Icma.az
close
up
RU
İRƏVAN ZİYALILARINDAN MEHDİ KAZIMOV

İRƏVAN ZİYALILARINDAN MEHDİ KAZIMOV

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Fəxrlə vurğulaya bilərik ki, İrəvan mühiti təhsil tariximizə xeyli sayda maarif xadimi bəxş etmişdir. Təhsil tariximizdə maarif işığı yandıran pedaqoqlardan biri də haqqında ehtiramla danışdığımız Mehdi Kazımov olmuşdur. Tanınmış maarif xadimi, yazıçı, publisist, jurnalist, pedaqoq, Qərbi Azərbaycanda maarifçilik mühitinin inkişafında müstəsna xidmətləri olan Mehdi Kazımov haqqında ilk dəfə olaraq 2010-cu ildə nəşr olunmuş “İrəvan ədəbi mühiti” adlı kitabımda və sonrakı illərdə İrəvanla bağlı işıq üzü görən əsərlərimdə, yazılarımda kifayət qədər məlumat vermişəm. Sonradan həmin məlumatlardan çoxları, o cümlədən “?məkdar elm xadimi” də geniş şəkildə istifadə etmişdi. Amma nədənsə İrəvan mühitinin yetişdirdiyi bu maarif xadimləri, müəllimlər barədə ətraflı məlumatlar verilməmiş, onlar diqqətdən kənarda qalmışlar.  

Qərbi Azərbaycan təhsil tarixində müstəsna xidməti olmuş Mehdi Kazımov 1890-cı ildə İrəvan şəhərində anadan olmusdur. İlk təhsilini İrəvan şəhər ibtidai məktəbində almışdır. Azərbaycan təhsil tarixinin görkəmli tədqiqatçısı, professor Ədalət Tahirzadənin araşdırmalarından aydın olur ki, Mehdi Kazımov 4 iyun 1910-cu ildə İrəvan Müəllimlər Seminariyasını bitirib. Ədalət Tahirzadə araşdırmalarında Mehdi Kazımovun 1918-ci ilə kimi olan dövrdəki təhsili və pedaqoji fəaliyyəti haqqında kifayət qədər məlumat vermişdir. Həmin araşdırmalardan məlum olur ki, Mehdi Kazımova verilən şəhadətnamədə 11 fənnin ikisindən 5, ikisindən 4, ikisindən isə 3 qiymət alıb. Bu fənlərdən başqa o, nəğmə, gimnasitika, əl əməyi dərslərini keçsə də, ona verilən şəhadətnamədə bu haqda qeydlərə rast gəlinmir. Şəhadətnaməni imzalayanlar arasında seminariyanın ilahiyyat müəllimi, İrəvan Quberniyası Müsəlmanları Ruhani İdarəsinin sədri Axund Məhəmmədbağır Qazızadə və Azərbaycan dili müəllimi Mirzə Cabbar Məhəmmədzadənin də imzaları vardır. Mehdi Kazımov təyinatla 1 sentyabr 1910-cu ildən 1 sentyabr 1916-cı ilədək İrəvan xalq məktəbləri direktorluğunun tabeliyində olan ibtidai məktəblərdə müəllim işləyib. Sonralar Aralıq Başkənd və Vənənd məktəbinin müdiri vəzifəsində çalışmışdır. Sonralar İrəvandakı müsəlman oğlan məktəbinin müdiri və qızlar məktəbində isə rus dili müəllimi kimi fəaliyyət göstərmişdir. Mehdi Kazımov seminariyada mükəmməl təhsil alıb, Azərbaycan və rus ədəbiyyatını da mənimsəmişdir. Ədalət Tahirzadənin verdiyi məlumatlarda göstərilir ki, Mehdi Kazımov 4 iyul 1917-ci ildə Tiflis Aleksandrovski Müəllimlər İnstitutunun direktoruna ərizə yazaraq bu təhsil ocağında oxumaq istəyində olduğunu bildirir. Rus dilini mükəmməl bildiyindən 10 iyul 1917-ci ildə Mehdi Kazımov həmin instituta daxil olur. Lakin müəyyən səbəblərdən o, buranı bitirməyə nail ola bilmir. Mehdi müəllim həmin dövrdə İrəvanda fəaliyyət göstərən ikinci rus-tatar məktəbinin müdiri vəzifəsində çalışıb. Mehdi Kazımovun 1920-ci ildən sonrakı dövr fəaliyyəti haqqında məlumatlar elmi-ictimai dövriyyəyə ilk dəfə mənim təqdimatımda daxil olmuşdur.

O, İrəvanda yerli aktyorlar sırasında Azərbaycan teatrının inkişafında da yaxından iştirak etmiş və teatrın səhnəsində bir sıra rolları ifa etmişdir. 1918-ci ildə İrəvanda erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər və qətliamlar zamanı qəddarcasına qətlə yetirilməkdən xilas olmaq üçün İrəvanı tərk edərək Gəncə şəhərinə köçməyə məcbur olmuşdur. Gəncədə məskunlaşdığı müddətdə burada Cavad bəy Çuvarlının təşkil etdiyi üçaylıq pedaqoji kursda oxuyub biliyini daha da təkmilləşdirmişdir. Sonra tale onu Gədəbəyə çəkib aparmış, 1920-ci ildə orada oğlan məktəbinin direktoru, 1921-ci ilin ortalarına qədər isə Dəllərdə maarif şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ilin sonlarında öz doğma vətəni İrəvana qayıtmışdır. 1922-ci ildə Ermənistan Xalq Maarif Komissarlığı nəzdində təşkil olunmuş “Azlıqda qalan millətlər bürosu”nun müdiri təyin edilmişdir. Mehdi Kazımov Qərbi Azərbaycanın ictimai-siyasi həyatında da fəallıq göstərmiş, bu şöbənin müdiri kimi soydaşlarımızın mədəni-maarif problemlərinin həllinə çalışmışdır. Məhz onun səyi və fədakarlığı sayəsində Qərbi Azərbaycandakı anadilli məktəblərdə mövcud olan bir sıra problemlər aradan qaldırılmış, məktəblərimiz tədris proqramları, dərsliklərlə təmin edilmişdir. Həmin dövrdə ən başlıca çətinlik müəllim kadrlarının çatışmazlığında idi. Bu problem azərbaycanlı məktəblərində daha ağrılı idi. Onun təşəbbüsü və təşkilatçılığı sayəsində İrəvanda və bölgələrdə pedaqoji kadrlar hazırlamaq üçün qısamüddətli kurslar təşkil edilmişdi. Həmin kurslarda o həm də müəllimlik etmişdir. Mehdi müəllim maarif sahəsində vicdanla “külüng vurmuşdur”. 1923-cü ilin yanvar ayında Moskvada keçirilən “azsaylı xalqlar”ın I Ümumrusiya qurultayında nümayəndə qismində iştirak etmişdir. O, 1925-ci ildə İrəvan Yeni Türk Əlifba Komitəsinin sədr əvəzi, 1928-ci ilin sonlarına qədər isə büro üzvü kimi fəaliyyət göstərmişdir. Mehdi Kazımov böyük istedada, yüksək təşkilatçılıq qabiliyyətinə malik şəxs idi. O həm də yaradıcı müəllimlərdən idi. O, 1920-1930-cu illərdə “Rəncbər”, “Zəngi”, “Qızıl şəfəq” qəzeti səhifələrində Azərbaycan dilinin qrammatikasına, tədrisinə, yeni türk əlifbasının əhəmiyyəti, təbliği və tətbiqinə dair bir sıra dəyərli məqalələrin, məktəb dərsliklərinin müəllifi olmuşdur. O həmin dövrlərdə min bir əziyyət, böyük çətinliklər hesabına 1926-cı ildə Qərbi Azərbaycandakı müəllim soydaşlarımız üçün “Xalq maarifi” jurnalı nəşr etdirmişdi. 1924-cü ildə Qərbi Azərbaycanda azərbaycanlı məktəblərinin pedaqoji kadrlarla təmin olunması üçün İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin təşkilində və bir sıra uğurlara nail olmasında onun müstəsna xidməti olmuşdur. Texnikumun keçmiş İttifaq miqyasında böyük nüfuz qazanmasında Mehdi Kazımovun müstəsna xidmətləri danılmazdır. 1924-cü ildən 1932-ci ilin otralarına qədər, sonrakı dövrlərdə isə müxtəlif vaxtlarda İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun direktoru vəzifəsində işləmişdir. 1932-1933-cü illərdə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin azərbaycanlı bölməsinin məsul katibi vəzifəsində çalışmışdır. Azərbaycanlı Yazıçılar Birliyinin təşkilində və formalaşmasında Mehdi müəllimin böyük əməyi olmuşdur. Onun fədakarlığı sayəsində İrəvanda və bölgələrdə ədəbi dərnəklər təşkil edilərək fəaliyyət göstərmiş, Azərbaycan ədəbi mühiti canlanmışdır. Məhz onun qayğısı nəticəsində onlarla istedadlı gənc İrəvan ədəbi mühitinin aparıcı simalarına çevrilmişdi. M.Kazımov ömrünün çoxunu, bütün qüvvəsini, bilik və bacarığını yorulmadan, fədakarcasına İrəvanda Azərbaycan maarifinin və mədəniyyətinin inkişafına həsr etmişdir. 1948-ci ilin noyabr ayında İrəvan Pedaqoji Məktəbinin Azərbaycanın Xanlar rayonuna köçürülməsi ilə əlaqədar Mehdi Kazımov da ailəsi ilə birlikdə həmin rayona deportasiya edilmişdir. O, 1949-1950-ci illərdə Xanlar Pedaqoji Məktəbində rus dili fənnini tədris etmişdir. 1951-1953-cü illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində rus dili müəllimi vəzifəsində çalışmışdır. Mehdi Kazımovun keçdiyi şərəfli həyat yolu bugünkü və gələcək nəsillər üçün ən parlaq nümunədir. Maarif mücahidlərindən olan Mehdi Kazımov 1954-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Cəlal Zəngi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 İyul 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see344

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see299

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see285

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see277

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see241

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see236

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see234

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see229

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see216

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see215

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see214

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see207

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see205

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see203

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see202

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see200

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see199

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see199

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see193

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri