Icma.az
close
up
RU
İRƏVAN ZİYALILARINDAN ƏLİ QƏMƏRLİNSKİ

İRƏVAN ZİYALILARINDAN ƏLİ QƏMƏRLİNSKİ

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Milləti millət edən xalqın tarixini yazan, zamanın, dövrün ən çətin sınaqlarında ona dayaq olan böyük şəxsiyyətlərdir. Qüdrətli nəsillərin yetişdirdiyi böyük şəxsiyyətlər həm də millətin çırağıdır. Millət bu çıraqların işığı ilə qaranlıqlardan adlayıb, aydınlığa çıxa bilib. Qüdrətli nəsillərin yetişdirdiyi o böyük şəxsiyyətlər kimisi qələmi ilə millətin gözünü açıb, kimisi sözü ilə maarifin çırağını yandırıb, milləti və yurdu yüksəldiblər. Neçə-neçə ziyalı nəsillərin nümayəndələri elmdə, təhsildə, dövlətçilikdə və bir çox sahədə əvəzsiz izlər qoymuş və gələcək nəsillərə nəfəs verməklə həm də örnək olmuşlar. Tariximizdə fəxr ediləsi, şərəfli nəsillər sırasında Qəmərlinskilərin də ayrıca yeri vardır.

Ümumiyyətlə, bu şəcərə haqqında hələ orta məktəbdə oxuduğum illərdə müəllimlərimdən eşitmişdim. Soyun zəngin tarixi vardır. Onu vərəqləmək fikrində deyiləm, sadəcə, böyük bir nəslin parlaq simalarından biri Əli Qəmərlinskinin ömür yolu, onun elmi, pedaqoji fəaliyyəti haqqında danışmaq istəyirəm.

Ömrünü elmə, təhsilə həsr etmiş Əli Məmmədvəli oğlu Qəmərlinski 1896-cı il yanvarın 15-də İrəvanda anadan olmusdur. Məmədvəli oğluna çar ordusunun generalı olmuş atası Əlinin adını qoymusdur. Məmmədvəli dövrünün seçilən maarifçilərindən, ziyalılarından idi. Əli ilk təhsilini evdə atası Məmmədvəlidən almışdı. 1901-ci ildə atası Məmmədvəlinin dərs dediyi İrəvan ikisinifli rus-tatar (türk) məktəbinə daxil olmus və buranı uğurla bitirmişdir. 3 iyun 1907-ci ildə Ə.Qəmərlinskiyə məktəbin himayəçisi Abbasqulu xan İrəvanskinin, məktəbin müdiri Həşim bəy Nərimanbəyovun, ilahiyyat müəllimi Axund Abdulla Qazıyevin, Azərbaycan dili müəllimi atası Məmmədvəli Qəmərlinskinin, Hüseyn Şadlinski və Anatoli Rusalovun imzası ilə verilən “şəhadətnamə”də müxtəlif fənlərdən aldığı aşağıdakı qiymətlər yazılmışdır: İlahiyyat - 5, Rus dili - 5, Azərbaycan dili - 5, Tarix - 5, Coğrafiya - 4, Təbiət - 4, geometriya - 4, hüsnxətt - 5, rəsmxətt - 5. Bu qiymətlər həm də onun istedad və bacarığının göstəricisidir. Sonra isə İrəvanda Puşkin adına şəhər ibtidai məktəbinə daxil olmuş və 1912-ci ildə buranı da uğurla bitirmişdir. Bəzi mənbələrdə Əli Qəmərlinskinin İrəvan oğlanlar gimnaziyasını bitirməsi haqqında verilən məlumatlar yanlışdır. XIX əsrin ortalarından Cənubi Qafqazda başlayıb getdikcə inkişaf edən maarifçilik hərəkatının ideyaları gənc Əlidə öz təsirini buraxırdı.

Əli Qəmərlinski 1912-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olmuşdur. Burada dövrün qabaqcıl fikirli gəncləri ilə birlikdə təhsil almışdı. Seminariyada oxuduğu dövrdə ən yüksək nizam-intizamlı tələbələrdən biri olub. Burada görkəmli maarif xadimi F.Köçərlinin tələbəsi olmuş Əlinin ana dilinə, ədəbiyyata və yaradıcılığa olan marağının qüvvətlənməsində müəlliminin böyük təsiri olmuşdur. Əli Qəmərlinski Qori Müəllimlər Seminariyasının hazırlıq sinfində təhsil alan tanınmış pedaqoq, professor Əhməd Seyidovla eyni vaxtda oxumusdur. Ə.Qəmərlinski seminariyanı bitirdikdən sonra təyinatla öz doğma Qəmərli kəndindəki ikisinifli məktəbə müəllim göndərilmiş, Zaqafqaziya məktəbləri direktorluğunun 1916-cı il oktyabrın 1-də 5822 nömrəli əmri ilə ilk dəfə olaraq pedaqoji fəaliyyətə başlamışdır. Bir ildən sonra İrəvan məktəbləri direktorluğunun 1 oktyabr 1917-ci il tarixli 1333 nömrəli əmri ilə vaxtilə təhsil aldığı İrəvan ikisinifli rus-tatar məktəbinə müəllim göndərilmişdir. O burada 1918-ci ilin yanvarın 9-dək çalışmışdır. 1918-ci il yanvar ayının 10-dan etibarən İrəvan maarif idarəsinin 220 nömrəli əmrilə Qəmərlidə açılan ibtidai məktəbdə fəaliyyətə başlamış, 1919-cu ilin may ayına kimi burada işləmişdir. Həmin dövrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı aksiyalar zamanı Əli müəllim də 1919-cu il may ayının 11-də Gəncə şəhərinə köçməyə məcbur olmuşdur. O burada Cavad bəy Rəfibəylinin müdiri olduğu 17 nömrəli məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. Gəncə şəhərinə köçən Əli Qəmərlinski Qafqaz canişinliyində mülki müşavir vəzifəsində çalışan Həsən bəy Əlixanovun qızı Münəvvər xanımla ailə həyatı qurur. Əli müəllim həyat yoldaşı Münəvvər xanımla birlikdə ömürlərini azərbaycanlı gənclərin təlim-tərbiyəsinə həsr etmişlər. Əli Qəmərlinskinin İrəvan dövrünü onun pedaqoji fəaliyyətinin birinci mərhələsi kimi xarakterizə etmək olar. Bu dövrdə onun pedaqoji fəaliyyəti böyük canlanma ilə müşayiət olunur. Gəncə dövrü isə onun pedaqoji təcrübəsini daha da zənginləşdirmiş, müəllimlik ustalığını artırmışdır. 12 iyul 1920-ci il tarixdə Gəncə şəhər maarif idarəsinin 1158 nömrəli əmrilə şəhərin 8 nömrəli məktəbinə müdir təyin edilmisdir. 1 may 1921-ci il tarixdə Gəncə maarif şöbəsinin 32 nömrəli əmri ilə Şəmkir (Şamxor) qəza maarif şöbəsində məktəblər müdiri təyin olunmusdur. O 1928-ci ilə kimi Şəmkir (Şamxor) qəza maarif şöbəsində məktəblər müdiri vəzifəsində çalışmaqla yanaşı, eyni zamanda 1922-ci il oktyabr ayının 17-dən Gəncə Xalq Maarif Komissarlığında müfəttiş vəzifəsini yerinə yetirmişdir. Əli müəllim 1925-ci ildə Gəncə Dəmiryol məktəbinin müdiri təyin olunmuş, eyni zamanda burada Azərbaycan və rus dilindən dərs demişdir.

1929-cu ildə Gəncə şəhər sovetinin deputatı, 1939-cu ildə isə şəhər icraiyyə komitəsinin üzvü olmuşdur. 1931-ci ildə isə Kənd təsərrüfatı İnstitutunun Azərbaycan dili kafedrasına assistent təyin edilmişdir. 1931-ci ildə öz ərizəsinə əsasən Kənd təsərrüfatı İnstitutundan çıxdıqdan sonra müxtəlif təhsil ocaqlarında çalışmış, 1937-ci ildən 1943-cü ilin aprelinədək 6 nömrəli məktəbdə və eyni zamanda Gəncə İkiillik Müəllimlər İnstitutunda rus dili üzrə assistent işləmişdir. 1943-cü il sentyabr ayının 1-dən etibarən Gəncə pedaqoji məktəbində Rus dili fənnini tədris etmişdir. 1944-cü il sentyabr ayının 1-dən Həsən bəy Zərdabi adına pedaqoji institutuna baş müəllim təyin edilmişdir. O, dərin biliyə malik, öz peşəsinin vurğunu olan hərtərəfli bir şəxs idi. Həmişə şagirdlərinə, tələbələrinə qarşı qayğı ilə yanaşar, onlarla davranışında nəzakətli olarmış. Əli müəllimin şagirdlərindən olan, uzun müddət Gəncə Dövlət Arxiv İdarəsində işləmiş Cəmilə xanım Heydərova müəllimini ehtiramla xatırlayaraq yazır: “Əli Qəmərlinski gözəl insan idi. O, mülayim, savadlı, təvazökar, şirindil, gülərüz bir müəllim kimi yadımda qalıbdır. Onu atamız qədər sevirdik”.

Əli Qəmərlinskinin çox zəngin avtobioqrafiyası vardır. Onun yaradıcılığı, pedaqoji fəaliyyəti, həyatı ilə yaxından tanış olduqca gözlərin önündə, təsəvvüründə həyatın nə qədər keşməkeşli, dolanbac yollarından keçib fəaliyyətini uğurla davam etdirən böyük və bütöv bir şəxsiyətin portreti canlanır, qəlbində böyük, əvəzsiz hüsn rəğbətlə. Əli Qəmərlinski “Əmək əlaçısı”, “Böyük Vətən müharibəsində igidliyinə görə (1941-1945)” medalları ilə təltif edilmişdir. Əli müəllim 18 iyun 1956-cı ildə Azərbaycanın Əməkdar müəllimi adına layiq görülmüşdür. Əli müəllim müəllimliklə yanaşı həm də yaradıcılıqla məsğul olub. O, ədəbiyyatın dram janrında da qələmini sınayıb “Bəhlul Danəndə” adlı pyes yazmışdır. Təəssüflər olsun ki, Əli müəllimin yaradıcılıq nümunələrinin çoxu bir yerə toplanıb çap edilməmiş və onların sonrakı taleyi məlum deyildir. Fədakar maarif xadimi, pedaqoq Əli Qəmərlinski çox da uzun ömür yaşamamış, 1959-cu ildə vəfat etmiş, Gəncə şəhərinin Səbzkar qəbiristanlığında dəfn edilmişdir.

Cəlal Zəngi

filologiya üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyun 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri