Icma.az
close
up
RU
İrəvana gedən jurnalist: İnsanların arasına çıxıb gəzdik, muzeyi ziyarət etdik

İrəvana gedən jurnalist: İnsanların arasına çıxıb gəzdik, muzeyi ziyarət etdik

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin İrəvanda görüşündə ümumi məsələlər sülh gündəliyinə yönəlmişdi. Vaşinqtonda qəbul olunan birgə bəyannamənin ruhuna uyğun olaraq, sülh gündəliyinin təşviq edilməsi əsas müzakirə mövzusu oldu”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşü barədə deyib. 
O bildirib ki, səfər çox konstruktiv formada keçib:
"Hər iki cəmiyyəti narahat edən bir sıra müxtəlif mövzular qaldırıldı. Humanitar və loqistik məsələlər müzakirə olundu. Əsasən sülh məsələsinin perspektivləri masaya yatırıldı, hər iki tərəfdən bəzi təşəbbüslər irəli sürüldü. Ümumi söhbət çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşdük. Onunla da konstruktiv danışıq baş tutdu. Armen Qriqoryan bizim suallarımıza cavab verdi. O, səfəri yüksək qiymətləndirdi”.
Jurnalist qeyd edib ki, ermənilər tərəfindən bizə heç bir neqativ hala rast gəlməyib:
"Biz insanların arasına çıxıb gəzdik, muzeyi ziyarət etdik. Onlar tərəfindən heç bir provokasiya olmadı. Baxmayaraq ki, tədbirin harada keçiriləcəyi sosial mediada və mətbuatda yayılmışdı. Bizim təhlükəsizliyimiz yüksək səviyyədə təmin olunmuşdu”.
K.Məmmədova vurğulayıb ki, prosesin davamlı olacağına ümidvarıq:
"Biz prosesin davamlı olacağına ümidvarıq. Səfərimiz də birdəfəlik deyil. Yaxın gələcəkdə erməni tərəfinin Azərbaycana səfəri nəzərdə tutulub, lakin tarixi bəlli deyil”.
Xatırladaq ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin İrəvanda ikitərəfli dəyirmi masası baş tutub.
Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri