İrəvanda etirazlar başladı: Azərbaycanla sərhəd KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanda fermerlər pomidor məhsulunun emal müəssisələri tərəfindən qəbul edilməməsinə etiraz olaraq İrəvan–Arazdəyən (Yerask) avtomobil yolunu qısa müddətə bağlayıblar.
KONKRET.az-ın Globalinfo.az-a istinadən xəbərinə görə, Ararat vilayətinin sakini Artak Arutyunyan bildirib ki, hazırda tarlasında 60 ton pomidor qalıb, lakin zavodlar məhsulu almaqdan imtina edir.
Onun sözlərinə görə, bu problem hər il təkrarlanır: “2025-ci ildə söz verdilər ki, bu il vəziyyət yaxşı olacaq. Amma bu il daha da pisdir. Deyirlər ki, məhsulu ixrac edə bilməyəcəkləri üçün alış həyata keçirmirlər. Hazırda 60 ton pomidorum var və nə edəcəyimi bilmirəm”.
Fermerlər bildiriblər ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan pomidor və xiyarla bağlı problemi həll edəcəyini vəd versə də, indiyədək heç bir nəticə əldə olunmayıb. Onların sözlərinə görə, emal zavodlarının heç biri məhsulu qəbul etmir.
Etiraz aksiyası zamanı yol təxminən 15 dəqiqə bağlı qalıb. Daha sonra fermerlər yolu nəqliyyatın hərəkəti üçün yenidən açıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 20 İyul 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















