Icma.az
close
up
RU
İrəvanda gərginlik artdı Katalikos Paşinyanı HƏDƏLƏDİ

İrəvanda gərginlik artdı Katalikos Paşinyanı HƏDƏLƏDİ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan Baş naziri Nikol Paşinyanın kilsə əleyhinə ard-arda açıqlamalar verməsi, subaylıq andını pozan din xadimlərini suçlaması, xüsusilə də bütün ermənilərin katalikosu II Qareginin adını çəkərək, onun ünvanına ittiham səsləndirməsi keşişləri hərəkətə gəritib.
Modern.az xəbər verir ki, iyunun 2-də Erməni Qriqorian Kilsəsinin baş kafedralının yerləşdiyi Eçmiədzində Ali Ruhani Şuranın növbədənkənar iclası çağırılıb. İclasa bütün ermənilərin katalikosu II Qaregin sədrlik edib. Toplantıya Ermənistandan olan və diasporu təmsil edən yepiskop və yeparxiya rəhbərləri də qatılıb.
İclasın yekunu olaraq din xadimləri adından bəyanat yayılıb.
Bəyanatda bildirilib ki, iclasda kilsə-dövlət münasibətləri, cəmiyyəti narahat edən bir sıra məsələlər müzakirə olunub.

Din xadimləri Baş nazir Nikol Paşinyanı son günlərdə anti-kilsə kampaniyası aparmaqda suçlayaraq, ona hədələyici tonda xəbərdarlıq ediblər.

“Ermənistanın Baş naziri özünü qanundan üstün tutaraq, dövlət xadiminə yaraşmayan söz ehtiyatı, təhqir və ittihamlarla Erməni Apostol Kilsəsinə qarşı növbəti kampaniyaya başlayıb.
Küfr və nalayiq ifadələrlə dolu kampaniya elementar ədəb normalarından məhrumdur, fundamental insan hüquqlarını pozur, dindarların dini hisslərini kobud şəkildə təhqir edir və saxta mərhəmət bəhanələri arxasında gizlənir”, - deyə Ali Ruhani Şuranın bəyanatında vurğulanıb.
Qeyd edilib ki, kilsəyə qarşı olan bu mövqe açıq şəkildə siyasi məqsədlərlə diktə olunur və erməni ruhanilərinin nüfuzunu aşağı salmaq, kilsənin səsini susdurmaq və onun ictimai təsirini azaltmaq cəhdidir.

“Hökumət başçısının kilsə əleyhinə davranışı, milli dəyərlərə və kilsəyə qarşı başladılan proseslər dağıdıcı nəticələrlə zəngindir və erməni dövlətçiliyinə, diasporun birliyinə təhlükə yaradır”, - bəyanatda bildirilib.
Erməni keşişlər Baş nazir Paşinyanı bu kampaniya ilə Azərbaycan təbliğat maşınına xidmət etməkdə günahlandırıblar.
“Biz səlahiyyətli dövlət orqanlarını Baş nazirin bu qanunsuz siyasətinə son qoymağa çağırırıq”, - deyə II Qareginin rəhbərlik etdiyi iclas iştirakçılarının bəyanatında vurğulanıb.
Xatırladaq ki, Ali Ruhani Şura Erməni Apostol Kilsəsinin ali icraedici orqanıdır. Onun sədri bütün ermənilərin katolikosu II Qaregindir.

Ali Ruhani Şuranın iclasları ildə ən azı iki dəfə, zərurət yarandıqda isə bəzən daha tez-tez keçirilir.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan mayın 29-dan başlayaraq erməni kilsəsi və ruhanilərə qarşı bir neçə qalmaqallı bəyanatlar verib. Paşinyan bildirib ki, subaylıq andını pozan bütün ruhanilər öz mənəvi xidmətlərindən getməli, kilsələrdən rədd olmalıdırlar.
“Əgər məlum olarsa ki, II Qaregin həqiqətən də subaylıq andını pozub, övladı var, deməli o, bütün ermənilərin katolikosu ola bilməz!”, - deyə Baş nazir vurğulayıb.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyun 2025 01:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri