Icma.az
close
up
RU
İrəvanda ilk Azərbaycan səfiri “Böyük məsuliyyət daşıyacaq”

İrəvanda ilk Azərbaycan səfiri “Böyük məsuliyyət daşıyacaq”

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanla Ermənistan arasında paraflanan sülh müqaviləsi qüvvəyə mindikdən sonra uzun illərdən sonra iki ölkə arasında diplomatik əlaqələrin qurulması və düşmənçilk səhifəsinin birdəfəlik olaraq bağlanması nəzərdə tutulur. Diplomatik əlaqələrin qurulması həm də səfirliklərin açılması ilə həyata keçiriləcək. Belə ki, Azərbaycanın səfirliyi İrəvanda, Ermənistanın səfirliyi isə Bakıda fəaliyyətə başlayacaq.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Modern.az-a açıqlamasında bildirib ki, uzun illər düşmən olmuş ölkədə ilk səfir  kimi fəaliyyət göstərmək böyük məsuliyyət və təcrübə tələb edir. Onun sözlərinə görə, hər şey sıfırdan başlanacaq:

“İctimaiyyət arasında düşmənçilk meylləri bir müddət davam edəcəyi də gözləniləndir və belə bir vəziyyətdə səfir işləmək həm də çətin olacaqdır. Bununla yanaşı İrəvanda ilk səfir işləmək həm də qürurdur. Çünki, İrəvan tarixi Azərbaycan şəhəridir və səfirimiz Qərbi Azərbaycana dinc yolla  qayıdan  ilk şəxs olacaqdır”.

Millət vəkili əlavə edib ki, İrəvanda fəaliyyət göstərəcək səfir iki ölkə arasında hərtəfli münasibətlərin qurulmasına töhfə verməlidir:

“Bu baxımdan ilk səfirmizin böyük təcrübəli şəxs olmalı olduğunu hesab edirəm. Bizim təcrübəli və uzun illər səfirlik fəaliyyəti olan diplomatlarımız var. Hesab edirəm ki, bu işi də uğurla qura biləcəyik.   İndiki məqamda əsas məsələ isə Ermənistanın konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının çıxarılmasıdır. Düşünürəm ki, bu məsələ həll olandan sonra digər məsələlər də qısa zaman kəsiyində yoluna düşəcək”,- deyə A.Badamov qeyd edib.

Milli Məclisin deputatı Rizvan Nəbiyev isə saytımıza öz təəssüratlarını bölüşən zaman deyib ki, Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması məsələsi  "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Haqqında Saziş"in  əsasında tənzimlənəcək. “Bunun üçün əvvəlcə Saziş hər iki ölkənin parlamentlərində ratifikasiya edilməli və ratifikasiya sənədləri mübadilə olunmalıdır:

"Sözügedən Sazişin 5-ci maddəsində məhz iki dövlət arasında diplomatik münasibətlərin qurulması məsələsi əksini tapır. Həmin maddəyə əsasən, saziş ratifikasiya olunduqdan  və ratifikasiya sənədlərinin mübadiləsindən sonra, Sazişdə müəyyən edilmiş müddət ərzindən sonra tərəflər diplomatik münasibətlər quracaq. Qeyd olunan müddət paraflanmış saziş layihəsində hələki təsbit edilməmişdir. Saziş imzalananda həmin müddət konkret olaraq mətndə göstəriləcəkdir”.

R.Nəbiyev bildirib ki, bu müddət başa çatdıqdan sonra tərəflər qarşılıqlı olaraq Bakıda və İrəvanda öz diplomatik nümayəndəliklərini təsis edəcəklər:

“Diplomatik nümayəndəliklərin yaradılması, səfirliklərin açılması isə 1961-ci il tarixli “Diplomatik Münasibətlər Haqqında Vyana Konvensiyası” əsasında tənzimlənir. Bu kontekstdə əsas məsələlərdən biri səfirliklərin heyət tərkibinin müəyyənləşdirilməsi və onların təhlükəsizliyinin təmin olunmasıdır. Bu tələblər beynəlxalq hüquqi çərçivədə - məhz Vyana Konvensiyası ilə təsbit olunub və qarşılıqlı razılaşma əsasında həyata keçiriləcəkdir”.

Millət vəkilinin sözlərinə görə, burada digər mühüm məsələlərdən biri səfir təyinatıdır:

“Bu o deməkdir ki, Ermənistan Azərbaycana, Azərbaycan isə Ermənistana təyin edəcəyi səfir üçün əvvəlcədən razılıq (aqreman) almalıdır. Xüsusi olaraq qeyd edilməlidir ki, Ermənistanın Azərbaycana qarşı apardığı aqressiv siyasət, təcavüzkar fəaliyyət və siyasi separatizmin təşkili prosesində iştirak etmiş şəxslərin Azərbaycanda diplomatik fəaliyyətinə icazə verilməyəcəkdir. Bu həm Səfirə, həm də diplomatik missiyanın digər üzvlərinə aiddir”.

Deputat qeyd edib ki, İrəvandan Azərbaycana təyin olunacaq səfir, indiyədək heç bir beynəlxalq hüquq normalarına və ikitərəfli münasibətlərin ruhuna zidd addım atmamış, qeyri-dost hərəkətlərə yol verməmiş bir şəxs olmalıdır:

“Azərbaycan tərəfinin belə hallarda səfirə razılıq verməməsi halında bunu əsaslandırmaq öhdəliyi yoxdur. Vyana Konvensiyası qəbul edən dövlətlərə belə bir məcburiyyət qoymur. Bu səbəbdən də Azərbaycan tərəfinin bu qərarını ictimaiyyətə izah etməsinə ehtiyac yoxdur.

Ermənistan tərəfi də bu şərtləri və beynəlxalq hüquq normalarını yaxşı bilir və onlara əməl etməyə məcburdur”.

Rizvan Nəbiyev əlavə edib ki, digər mühüm məsələ isə səfirliklərin təhlükəsizliyinin təmin edilməsidir:

“Bu məsuliyyət 1961-ci il Vyana Konvensiyasına əsasən, ev sahibi dövlətin üzərinə düşür. Məsələn, Ermənistanın Azərbaycandakı səfirliyinin təhlükəsizliyi Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları tərəfindən təmin olunacaq. Eyni qaydada, Azərbaycanın Ermənistandakı səfirliyinin təhlükəsizliyinə də Ermənistanın hüquq-mühafizə orqanları cavabdeh olacaq. Bu, tərəflərin beynəlxalq hüquqdan irəli gələn öhdəliyidir.

Bu proseslər müəyyən zaman tələb edir, lakin post-münaqişə dövründə iki dövlət arasında dövlətlərarası münasibətlərin normallaşması çərçivəsində mühüm və vacib mərhələ hesab olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri