İrəvanda kök salmış separatçı rejimin strukturlarının taleyi necə olacaq? Paşinyan açıqladı
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının mövcudluğu həyati əhəmiyyət kəsb etmir"
Demokrat.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, baş nazir Nikol Paşinyan bu bəyanatı parlamentdəki çıxışı zamanı verib.
"Bişkekdən İrəvana qayıtdıqdan dərhal sonrakı gün Rusiya prezidentinin belə bir bəyanatını gördüm: 'Əgər Ermənistan hərbi bazanı çıxarmağımızı istəyirsə, biz onu çıxaracağıq'. Buna cavab olaraq mən aşağıdakıları bildirdim: Ermənistan heç vaxt hərbi bazanın çıxarılması məsələsini qaldırmayıb, lakin Rusiya onu çıxarmaq qərarına gəlsə, Ermənistan buna etiraz etməyəcək, çünki bazanın Ermənistanda mövcudluğu həyati əhəmiyyət kəsb etmir", - deyə Paşinyan vurğulayıb.
O qeyd edib ki, əgər Rusiya hərbi bazanın ölkədə qalmasını istəyirsə, Ermənistan bu məsələni müzakirə etməyə hazırdır.
Xatırladırıq ki, dünən sentyabrın 16-daErmənistan parlamentində keçirilən sual-cavab sessiyası zamanı müxalifətçi deputat Areqa Hovsepyan Paşinyana qondarma "Dağlıq Qarabağ"ın separatçı qurumlarının İrəvandakı fəaliyyəti, Qarabağı könüllü surətdə tərk etmiş ermənilərin mənzil problemləri və onların gələcəyi barədə suallar ünvanlayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ dövlət qurumlarının Ermənistan Respublikası ərazisində fəaliyyətini davam etdirməsinin qarşısını almaq üçün əlindən gələni edəcəyini vəd edib.
Deputatın fikirlərinə cavab olaraq Paşinyan bildirib ki, bu, erməni xalqına zərər vurur.
"Siz elə bilirsiniz ki, Ermənistanın başqa yerlərində mənzilsiz insanlar yoxdur? Niyə hansısa "nümayəndəliyə" gedirlər? Qoy sizin evinizə gəlsinlər. Bu o deməkdirmi ki, kirayə haqqını ödəməkdə çətinlik çəkən hər kəs istədiyi yerdə məskunlaşa bilər? Sizin məntiqiniz budurmu? Əgər onlar sizin evinizə gəlsələr, şikayətlənməyin", - deyə Paşinyan müxalif deputata qəzəblə cavab verib.
Qondarma separatçı rejimin İrəvanda kök salmış qurumları haqqında danışan baş nazir vurğulayıb ki, Ermənistan daxilində iki dövlət və ya hökumət ola bilməz.
"Sizin qeyd etdiyiniz struktur mövcud ola bilməz. O, Ermənistan Respublikasının idarəçiliyi altına keçməlidir. Baş nazir kimi, dövlət daxilində ikinci bir dövlətin, yaxud hökumət və ya parlamentin mövcudluğuna son qoymaq üçün ən sərt tədbirləri görəcəyəm", - deyə Paşinyan sözlərini yekunlaşdırıb.
Alparslan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“Növbəti sammit İrəvanda olacaq” Paşinyan
02 Oktyabr 2025 19:57
Paşinyan İrəvanda keçiriləcək sammitin tarixini açıqladı
02 Oktyabr 2025 22:44
Paşinyan: Ərdoğanla növbəti görüşüm İrəvanda olacaq
21 İyun 2025 17:16
Paşinyan İrəvanda Overçukla görüşdü
20 Avqust 2025 16:38
Paşinyan Ərdoğanı İrəvanda gözləyir
04 Noyabr 2025 12:53
Baxış sayı:131
Bu xəbər 17 Sentyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları