İrəvanda qış çox “soyuq” keçəcək
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ermənistan Respublikasının 2027-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsi hökumətin oktyabrın 1-də keçirlən iclasında təsdiqlənib.
Bundan sonra qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunacaq. Layihəyə əsasən, 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri 3,603,8 milyard dram və ya (9,91 milyard ABŞ dolları) xərclər hissəsi isə 4,72 trilyon dram və ya 12,98 milyard dollar təşkil edib. Büdcə kəsiri 468,2 milyard dram və ya 1,29 milyard dollar səviyyəsində proqnozlaşdırılır.
Gəlirlərin təxminən 3 trilyon 462,7 milyard dramının vergilərdən və dövlət rüsumlarından əldə edilməsi planlaşdırılır. Rəsmi qrantlar təxminən 14,2 milyard dram, digər gəlirlər isə 126,9 milyard dram təşkil edəcək. Layihəyə əsasən, dövlət büdcəsi kəsirinin təxminən 187,5 milyard dram daxili mənbələrdən, təxminən 280,7 milyard dram xarici mənbələrdən maliyyələşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, Ermənistanın büdcə kəsiri ümumi daxili məhsulun 4,5 faizi səviyyəsində proqnozlaşdırılsa da bu göstərici aşağı olub. Hökumət bunu vergi gəlirlərinin artması ilə izah edir. Asiya İnkişaf Bankının hesabatına görə, 2026-cı ilin birinci yarısında Ermənistanın büdcə gəlirləri vergilər hesabına 14,7 faiz artıb. Pensiya, sosial müavinət və səhiyyə xərclərinin artması öz növbəsində, cari xərclərin də 7 faiz artması ilə müşahidə olunub. Kapital xərclərinin aşağı olması səbəbindən 2027-ci ilin dövlət büdcəsində təxminən 1,4 faiz profisit qeydə alınıb.
Ermənistan hökumətinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında 2 trilyon 27,1 milyard dram (5 milyard 573 milyon 304 min ABŞ dolları) vergi və rüsum toplanıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 257,8 milyard dram və ya təxminən 14,6 faiz çoxdur. Eyni dövrdə vergi ödəyicilərinə 218,4 milyard dram geri qaytarılıb ki, bu da əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 24,6 milyard dram və ya 12,7 faiz artım deməkdir.
Əvvəlki ilin 7 ayı ilə müqayisədə demək olar ki, bütün vergi növləri üzrə əhəmiyyətli artım qeydə alınıb. Bura əlavə dəyər vergisi, gəlir vergisi, mənfəət vergisi, aksiz vergisi, ətraf mühit vergisi və təbiətdən istifadə haqqı aiddir. Hökumət də daxili mənbələr dedikdə, məhz vergi ödənişlərini nəzərdə tutur.
Lakin Rusiyanın Ermənistanın kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına qadağan qoymasından sonra erməni sahibkarlar ziyanla üzləşib.
Ona görə də meyvə, tərəvəz və müxtəlif növ içkilərin istehsalı ilə məşğul olan şəxslər vergi ödəməkdə çətinlik çəkəcək. Nikol Paşinyan hökuməti Ermənistan məhsullarının Avropa bazarlarında satışına nail olmaqla bu problemi həll etməyə çalışır. Avropa İttifaqı Şurasının Ermənistanın kənd təsərrüfatı və ərzaq məhsullarının satışını iki il müddətinə rüsumdan azad etməsi İrəvana kömək baxımdan mühüm qərardır. Lakin Rusiya və Ermənistan arasındakı gərginliyin artan temp üzrə davamı erməni sahibkarları Avropa İttifaqına məhsul ixracından məhrum edə bilər.
Belə ki, noyabrın 1-dən etibarən Rusiya Ermənistana ixrac edilən təbii qazın qiymətini qaldırmaq qərarı verərsə, istixanalarda məhsul becərmək mümkün olmayacaq. Əslində, qarşılıqlı razılaşmaya görə, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qaldığı müddətdə Rusiya bu ölkəyə ixrac etdiyi təbii qazı 177,4 dollara satmaqda davam etməlidir. Lakin Kreml Paşinyan hakimiyyətinin qış aylarında Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı refrendum keçirənə və “Avropa İttifaqına Üzvlüyün Başlanılması haqqında” 2025-ci ilin mart ayında qəbul edilmiş qanuna hüquqi xitam verməsinə qədər Ermənistanı cəzalandırmaqda israrlı görünür.
Paşinyanın isə Rusiya ilə münasibətləri Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyətə uyğun qurmaq və Avrointeqrasiya siyasətindən imtina etməməsi qarşıdakı ayların tərəflər arasında kifayət qədər “soyuq” keçəcəyindən xəbər verir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Açar sözlər: Ermənistan büdcə
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:81
Bu xəbər 01 Oktyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















