İrəvanda səfirlik işçiləri ilə vətəndaşlar arasında dava düşdü
Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın paytaxtı İrəvanda Almaniya səfirliyinin əməkdaşları ilə mübahisə edən vətəndaşlar polislər tərəfindən döyülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülən 62 yaşlı E.Q. xəstəxanaya yerləşdirilib. Hadisə zamanı habelə 60 və 48 yaşlı şəxslər xəsarət alıblar. Onların İrəvan sakinləri olduqları bildirilir.
Zərərçəkənlərdən biri polisə bildirib ki, növbətçilik qaydasının pozulması ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən səfirlik əməkdaşları onlara qarşı hörmətsizlik edib. Onlar bundan sonra polisə zəng ediblər. Əraziyə gələn post-patrul əməkdaşları isə sakinlərə qarşı güc tətbiq ediblər və əlləri qandallı vəziyyətdə polis şöbəsinə aparıblar.
Baxış sayı:214
Bu xəbər 31 Dekabr 2024 01:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















