Icma.az
close
up
RU
İrəvanda “siyasi hərarət” aşağı düşür

İrəvanda “siyasi hərarət” aşağı düşür

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Kütləvi etirazlar olmadı, Karapetyan isə II tur tələb edir

İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra əksər siyasi dairələrin gözlədikləri gərginlik baş vermədi. Seçki kampaniyası dövründə hakimiyyətlə müxalifət arasında sərt qarşıdurma müşahidə olunsa da, səsvermədən sonrakı mərhələdə ölkədə ümumi sabitlik qorunur. Küçə və prospektlərdə kütləvi etiraz aksiyaları keçirilmir, siyasi vəziyyət nəzarətdən çıxmayıb və ictimai həyat adi axarında davam edir.

Şübhəsiz, müxalifət seçkilərin nəticələrinə dair müxtəlif iradlar səsləndirib və onları Konstitusiya Məhkəməsində (KM) mübahisələndirib. Lakin prosesin hüquqi müstəvidə aparılması, etirazların məhkəmə yolu ilə həllinə üstünlük verilməsi diqqətçəkən məqamlardandır. Əgər müxalif qüvvələr nəticələri tamamilə saxtalaşdırılmış hesab etsə və onların dəyişdirilməsinə real ümid bəsləsəydi, bunun fonunda İrəvanda genişmiqyaslı küçə etirazlarının, vətəndaş itaətsizliyi çağırışlarının və daha sərt siyasi bəyanatların şahidi olmaq mümkün idi. Hazırda isə belə bir vəziyyət müşahidə edilmir. Bu amil seçkilərdə parlamentə düşən iki müxalif siyasi qüvvənin – “Ermənistan” və “Güclü Ermənistan” bloklarının da siyasi davranışında özünü göstərir. Hər iki qüvvə hələlik nəticələrin ləğvi ilə bağlı hüquqi prosedurun yekununu gözləsə də, onların fəaliyyətində parlamentdən kənar mübarizəyə üstünlük verilməsi əlamətləri görünmür. Əksinə, proseslərin gedişi belə deməyə əsas verir ki, tərəflər yaranmış siyasi reallığı nəzərə alır və hüquqi prosedur başa çatdıqdan sonra parlament fəaliyyətinə qoşulmaq variantını da istisna etmirlər.

Hazırda əsas diqqət KM-in iyulun 4-dək açıqlamalı olduğu qərara yönəlib. Məhkəmənin qərarı seçki prosesi ilə bağlı hüquqi mübahisələrə yekun nöqtəni qoyacaq. Bununla yanaşı, indiki mərhələdə müşahidə olunan sakit siyasi mühit onu deməyə əsas verir ki, Ermənistanda seçkisonrası proseslər kəskin qarşıdurma deyil, daha çox hüquqi-siyasi müstəvidə davam edir. Mövcud vəziyyət, həmçinin parlamentə düşən müxalif qüvvələrin nəticələri, faktiki olaraq, qəbul edərək mandatlarını götürəcəkləri ehtimalını da artırır.

Bu arada KM-in parlament seçkilərinin nəticələrinin mübahisələndirilməsi ilə bağlı “Güclü Ermənistan”ın verdiyi vəsatəti qismən təmin etdiyi məlum olub. Məhkəmənin hakimi Arman Dilanyan bildirib ki, sosioloq Mariam Mxitaryanın rəyi sübut kimi iş materiallarına əlavə ediləcək. Lakin M.Mxitaryanın şahid qismində dindirilməsi ilə bağlı vəsatət təmin edilməyib. Hakimin sözlərinə görə, “Çiçəklənən Ermənistan” partiyasının vəsatəti rədd edilib. Bununla belə, bu məsələnin məhkəmənin yekun qərarında öz əksini tapacağı ehtimal olunur. A.Dilanyan bildirib ki, vəsatətlərdə tələb olunan sübutlar artıq KM-ə təqdim edilib. Xatırladaq ki, KM daha əvvəl bu materialları MSK-dan tələb etsə də, ekspertiza təyin edilməsi barədə vəsatəti rədd edib və sübutların məhkəmə iclası zamanı araşdırılacağını bildirib. Məhkəmə, həmçinin “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsinə materialların araşdırılması prosesində əməkdaşlıq göstərməyi təklif edib.

* * *

Seçki prosesində iştirak edən əsas odioz fiqurlardan biri – “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan isə seçkilərin nəticələrinin ləğv edilərək səsvermənin ikinci turunun keçirilməsinə nail olmağa çalışdıqlarını açıqlayıb. Karapetyan növbəti məhkəmə prosesindən çıxdıqdan sonra ədalət mühakiməsinin binası önündə jurnalistlərə deyib ki, KM ikinci turun keçirilməsi barədə qərar qəbul edərsə, hakim “Mülki müqavilə” partiyasının və Baş nazir Nikol Paşinyanın qalib gəlmək şansı olmayacaq. Karapetyanın sözlərinə görə, iyunun 7-də keçirilən parlament seçkilərində də Paşinyan “rəqəmlər şişirdilmədən” (?) qələbə qazana bilməzdi.

“Güclü Ermənistan”ın lideri qeyd edib ki, blokun bundan sonrakı addımları KM-in qərarından asılı olacaq. Onun sözlərinə görə, hazırda müxalifət qanun çərçivəsində hərəkət edir və buna görə də seçkilərin nəticələrinin mübahisələndirilməsi üçün məhkəməyə müraciət edib.

Karapetyan onu da bildirib ki, parlament mandatlarının qəbul edilməsi və ya küçə mübarizəsinə başlanması barədə hələlik yekun qərar verilməyib. “Konstitusiya Məhkəməsinin hansı qərarı qəbul edəcəyini gözləyirik. Ondan sonra növbəti addımlarımızı planlaşdıracağıq. Hazırda seçkilərin nəticələrinin ləğvi və yeni seçkilərin təyin edilməsi ilə bağlı təkliflərimizin qəbul olunacağına, az da olsa, ümid var. Buna görə də indidən başqa ssenariləri müzakirə etmək istəmirik”, – deyə o bildirib. Samvel, həmçinin N.Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb. Onun sözlərinə görə, müxalifətin birlik çağırışına bir sıra siyasi qüvvələr cavab verib və yaxın vaxtlarda ilk ümumi toplantı keçiriləcək: “Bir çox siyasi qüvvə artıq bizimlə əlaqə saxlayıb. İlk toplantı baş tutanda bunu hamı görəcək. Bu, təkcə siyasi partiyalarla məhdudlaşmayacaq, tanınmış ictimai şəxslər də bizə qoşulacaqlar. Hazırda Konstitusiya Məhkəməsinin qərarını gözləyirik. Keçiriləcək görüşün formatı da həmin qərardan asılı olacaq”.

O, müxalifətin seçkilərin nəticələrini mübahisələndirdiyi halda hakim partiyanın artıq parlament rəhbərliyinə namizədlər müəyyənləşdirməsinə münasibət bildirərək deyib ki, hər kəs öz işi ilə məşğuldur. “Onlar öz işlərini görürlər, biz də öz işimizi görürük. Müxalifətçi Samvel Karapetyan Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması uğrunda mübarizə aparacaq. Bizim yol xəritəmizin olmadığını haradan bilirsiniz? Onu niyə indidən açıqlamalıyıq? Vaxtı gələndə hər şey məlum olacaq”, – deyə o qeyd edib.

Karapetyan KM-in müstəqilliyinin də bu prosesdə sınaqdan keçəcəyini bildirib: “Bu, keçməli olduğumuz hüquqi prosedurdur. Məhkəmənin hakimiyyətdən nə dərəcədə asılı olduğunu görəcəyik. Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin seçkilərin ikinci turunu təyin etmək imkanı var və biz məhz bunu gözləyirik”.

Deputat mandatlarının qəbul edilib-edilməyəcəyi məsələsinə toxunan Karapetyan bildirib ki, bununla bağlı qərar iyulun sonunadək veriləcək. “Komandamızdan parlamentə getməli olan gedəcək, getməməli olan isə getməyəcək”, – deyə o bildirib. O, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı planlarının olduğunu desə də, bu planı açıqlamaq niyyətində olmadığını bildirib: “Bizim öz planımız var, amma onu indi açıqlamayacağam. Heç nə etməsək belə, Nikol Paşinyan hər gün yol verdiyi uğursuzluqlarla özünü hakimiyyətdən uzaqlaşdıracaq. Erməni xalqı bunu görəcək və öz qiymətini verəcək”.

Karapetyanın açıqlamaları seçkilərin hüquqi qiymətləndirilməsindən daha çox siyasi təzyiq yaratmağa hesablanmış ritorikanı xatırladır. Bir tərəfdən KM-in qərarını gözlədiyini və qanun çərçivəsində hərəkət etdiyini desə də, digər tərəfdən məhkəmənin müstəqilliyini əvvəlcədən şübhə altına alması, paralel olaraq küçə mübarizəsi, hakimiyyət dəyişikliyi və hansısa “gizli plan” barədə danışması onun ziddiyyətli mövqe tutduğunu göstərir. Bu cür bəyanatlar hüquqi prosesi gözləməkdən daha çox tərəfdarlarını siyasi qarşıdurmaya hazırlamaq cəhdi təsiri bağışlayır.

Karapetyanın seçkilərin ikinci turunun qaçılmaz olduğu barədə iddiaları da hüquqi arqumentlərdən deyil, siyasi istəklərdən qaynaqlanır. Halbuki seçkilərin nəticələrinin dəyişdirilməsi yalnız konkret hüquqi əsaslar və sübutlar əsasında mümkündür. Onun səsləndirdiyi iddialar isə faktlardan çox populist şüarlar təsiri bağışlayır. Seçkidə məğlub olan siyasi qüvvənin cəmiyyəti qeyri-müəyyən və emosional çağırışlarla səfərbər etməyə çalışması Ermənistanın siyasi sabitliyinə xidmət etmir. Bu yanaşma müxalifətin konstruktiv alternativ formalaşdırmaq əvəzinə, revanşist gündəmi canlı saxlamaq niyyətindən əl çəkmədiyini bir daha nümayiş etdirir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri