Icma.az
close
up
RU
“İrəvanda xal qalmadı”nın ilk təqdimatı baş tutdu

“İrəvanda xal qalmadı”nın ilk təqdimatı baş tutdu

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İrəvanda xal qalmadı” – kitab və 3 dildə e-kitabla daxili və xarici platformalarda təbliğat layihəsi çərçivəsində yazıçı Varisin müəllifi olduğu “İrəvanda xal qalmadı” kitabının ilk təqdimat mərasimi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı YAP Sumqayıt şəhər təşkilatına istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təqdimat mərasimində çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, bu cür ədəbi layihələr milli yaddaşın qorunması, tarixi həqiqətlərin cəmiyyətə çatdırılması və ideoloji mövqenin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, Qərbi Azərbaycan mövzusu müdrik liderimiz İlham Əliyevin bu gün apardığı dövlət siyasətinin və milli ideologiyanın mühüm istiqamətlərindən biridir və Varisin əsəri bu baxımdan aktual və dəyərli mənbədir.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında qeyd edib ki, “İrəvanda xal qalmadı” kitabı yalnız ədəbi əsər kimi deyil, eyni zamanda tarixi yaddaşın qorunmasına xidmət edən ictimai-siyasi məzmunlu nəşr kimi böyük əhəmiyyət daşıyır. O bildirib ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyinin ədəbiyyat vasitəsilə gündəmdə saxlanılması gələcək nəsillərin milli kimlik şüurunun formalaşmasında mühüm rol oynayır.

Çıxış edənlər professor Astan Bayramov, professor Avtandel Ağbabalı, Ramiz İsmayılov və Elvin Əlizadə kitabın ideya məzmunundan, tarixi faktlara söykənən bədii-publisistik üslubundan və milli yaddaşın möhkəmləndirilməsində oynadığı roldan bəhs ediblər. Qeyd olunub ki, Varis əsərdə bir xalqın doğma yurd yerlərindən zorla didərgin salınmasının mənəvi və tarixi ağrılarını dolğun şəkildə əks etdirib. Bildirilib ki, kitabın üç dildə elektron formatda hazırlanması onun beynəlxalq auditoriyaya çıxış imkanlarını genişləndirir, Azərbaycan həqiqətlərinin xarici platformalarda yayılmasına və obyektiv beynəlxalq ictimai rəyin formalaşmasına xidmət edir. Bu da müasir informasiya müharibəsi şəraitində mədəniyyət və ədəbiyyatın strateji rolunu bir daha nümayiş etdirir.

Tədbirdə kitabın müəllifi, yazıçı Varis də çıxış edərək “İrəvanda xal qalmadı” əsərinin ərsəyə gəlmə səbəbləri, ideya qaynaqları və əsas məqsədi barədə ətraflı məlumat verib. O bildirib ki, kitab Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların taleyinə, itirilmiş yurd yerlərinə və tarixi yaddaşın bərpası zərurətinə həsr olunub. Yazıçı vurğulayıb ki, əsərin yazılmasında əsas niyyət tarixi faktları bədii-publisistik üslubda təqdim etməklə milli yaddaşı diri saxlamaq və bu həqiqətləri gələcək nəsillərə ötürməkdir. Varis qeyd edib ki, “İrəvanda xal qalmadı” təkcə keçmişin təsviri deyil, eyni zamanda Azərbaycan xalqının haqlı tarixi mövqeyinin ədəbi ifadəsidir. Müəllif kitabın üç dildə elektron formatda hazırlanmasını Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm addım kimi dəyərləndirib və layihəyə meydan açan Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Tədbirin yekununda kitabın müəllifi tərəfindən iştirakçılara “İrəvanda xal qalmadı” kitabının imzalanmış nüsxələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Dekabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri