Icma.az
close
up
RU
İrəvandakı Fransa səfirindən təxribat cəhdi

İrəvandakı Fransa səfirindən təxribat cəhdi

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Özünün sıradışı gedişləri ilə Güney Qafqazda xalqlar arasında anlaşma və sülhü əngəlləyən Fransanın davranışları heç kimi təəccübləndirmir. Bu dövlətin Prezidenti Emmanuel Makron başda olmaqla yüksək vəzifəli rəsmilər bir qayda olaraq guya ermənilərə yardım etmək üçün Azərbaycana “sataşmağı” özlərinə adət ediblər.

Turkustan.az bayraqdar.info-ya istinadla xəbər verir ki, indi də Fransanın İrəvandakı səfiri Olivye Dekotini (Olivier Decottignies) öz ağlınca Azərbaycana dil uzadıb. O, sosial media hesabında hazırda İranın nəzarətində olan və rəsmən “Qərbi Azərbaycan” adlandırılan ostanın xəritəsini paylaşaraq ingilis dilində “The one and only” (Tək və yalnız) qeydli paylaşım edib.

Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət deyib ki, “səfir bununla Azərbaycan Respublikasında və dünya Azərbaycanlıları arasında geniş müzakirə mövzusu olan və hazırda Ermənistan adlanan ərazinin əsl Qərbi Azərbaycan olmasından diqqəti yayındırmağa çalışdığını zənn edir. Halbuki bu adam özü də bilmədən Qərbi Azərbaycanın həm də İranın nəzarətindəki hissəsinə diqqət çəkib. Nə deyirik ki, sağ olsun. Olivye Dekotini kimi “diplomatları” maarifləndirmək bizim işimizdir. Ona izah edirik ki, Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil. Tarixi Qərbi Azərbaycan Quzeydə Ermənistandan başlayaraq Güneydə onun xəritəsini dərc etdiyi sözügedən ostanı da öz içinə alır. Yəni o, öz fransızsayağı gedişi ilə Qərbi Azərbaycanı bölməyə çalışıb, amma bilmədən Azərbaycanın bu böyük bölgəsinin də bütövlüyünə diqqət cəlb edib. Bunda da bir xeyir var əlbəttə”.

Onu da əlavə edək ki, Azər Həsrət səfirin paylaşımına cavab da verib və Qərbi Azərbaycanın Güneyini xatırlatdığına görə ona təşəkkür edib: “Səfir, sadəcə sizi maarifləndirmək üçün, bu, Qərbi Azərbaycanın Güney kəsimidir. Qərbi Azərbaycanın bütün ərazisi bugünkü Ermənistanı və o ostanı birlikdə əhatə edir. Ona görə də biz sizə Qərbi Azərbaycanın Güney kəsimini xatırlatdığınız üçün minnətdarıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Noyabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri