Icma.az
close
up
RU
İrəvandan Qərb istiqamətinə ilk addımlar: Moskvadan təhdid gecikmədi

İrəvandan Qərb istiqamətinə ilk addımlar: Moskvadan təhdid gecikmədi

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sergey Lavrov: "2013-cü ildə Yanukoviç başa düşdü ki...”

Əziz Əlibəyli: “Bu, Cənubi Qafqazın tarixində böyük geosiyasi dəyişikliyə çevrilə bilər”

Bu gün Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcək. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd olunub ki, Mirzoyan və Blinken strateji əməkdaşlığa dair sənəd imzalayacaqlar.

“Bu gün Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antoni Blinken Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar”, - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Facebook”da yazıb.

İmzalanma mərasimi İrəvan vaxtı ilə saat 22:00-a (Bakı vaxtı ilə üst-üstə düşür) planlaşdırılıb. Ermənistan XİN-dən bildirilib ki, Mirzoyanın Vaşinqtona rəsmi səfəri yanvarın 14-15-ni əhatə edəcək. Nazirin Amerika tərəfinin nümayəndələri ilə bir sıra görüşlər nəzərdə tutulub.

Nazirlikdən o da qeyd olunub ki, 2024-cü il aprelin 5-də Ermənistan, ABŞ və Avropa İttifaqı (Aİ) arasında üçtərəfli görüş, iyunun 11-də isə İrəvanda Ermənistan və ABŞ arasında “Strateji Dialoq”un yekun iclası keçirilib: “İclasda ikitərəfli münasibətlərin möhkəmləndirilməsində irəliləyişlər nəzərdən keçirilib və ikitərəfli dialoqun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi planlarına dair birgə bəyanat qəbul edilib”.

Xatırladaq ki, ötən cümə axşamı Ermənistan hökuməti ölkənin Aİ-yə daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Nazirlər Kabinetinin əsaslandırmasına görə, təşəbbüsün təsdiqlənməsi “Ermənistan Respublikası vətəndaşlarının onun Avropa İttifaqına tamhüquqlu üzv olması ilə bağlı gözləntilərini daha reallaşdıracaq”, həm də bu məsələnin müzakirəsi üçün iş mühiti yaradacaq.

İrəvanın bu addımına Moskvadan reaksiya gecikməyib. Rusiyanın XİN başçısı Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın ünvanına təhdid dolu mesajlar ünvanlayıb.

Ermənistan XİN rəhbəri Mirzoyanın Moskvaya səfərə dəvət olunduğunu deyən Lavrov deyib ki, “Rusiya ilə Ermənistan arasında dialoq” davam edir: “Mirzoyan Moskvaya səfərə dəvət olunub. O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik", - Lavrov qeyd edib.

“Rusiya ilə Ermənistan arasında rəsmi səviyyədə münasibətlər sadə deyil. Mən Baş nazirin müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı ilə üzvlük prosesi ilə bağlı müzakirələrə başlaması haqqında şərhini xatırlatmaq istərdim. Overçukun da vurğuladığı kimi, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil. Bu, iki fərqli sistemdir, iki fərqli azad ticarət zonasıdır", deyə Lavrov vurğulayıb.

Lavrov Aİ-yə üzvlüklə bağlı müzakirənin başlanmasını Ermənistanın legitim rəhbərliyinin suveren qərarı adlandırıb. Bununla yanaşı, Rusiyanın baş diplomatı Paşinyan hakimiyyətinə Ukraynanın Avropa İttifaqı ilə assosiasiya təcrübəsini xatırladıb: "2013-cü ildə Yanukoviç başa düşdü ki, Ukraynanın Aİ ilə assosiasiyası ilə bağlı danışıqlar daxili tariflərin olmadığı MDB azad ticarət zonası çərçivəsində öhdəliklərə zidd olan parametrlərə çıxır". Ekspertlər bunu Lavrovun dili ilə Moskvanın İrəvana təhdidi sayırlar.

Azərbaycanlı siyasi şərhçi Əziz Əlibəyli hesab edir ki, “İrəvan bu gün saat 22:00-da Rusiyaya tarixi xəyanət edəcək”. Analitikin qənaətincə, “bu, əslində İrəvan üçün, təəssüf ki, tarixi hadisədir”.

“Ermənistan və ABŞ hərbi-siyasi ittifaqın imzalanması imkanının əsasını qoyur. Şübhəsiz ki, erməni-amerikan münasibətlərinin böyük potensialı var. Bunun ən vacib məqamı Ermənistanın ABŞ-ın NATO-dan kənar mühüm müttəfiqi statusunu almasıdır. Ermənistan hökuməti həmçinin Donald Tramp administrasiyası ilə də strateji tərəfdaşlıq sazişinin həyata keçirilməsi və Ermənistanın NATO-dan kənar mühüm müttəfiq statusunu təmin etməsini gözləyir”.

“Ermənistanda bəyan edirlər ki, hazırda Ermənistanın hərbi-siyasi müttəfiqi yoxdur və ABŞ-Fransa strateji əməkdaşlığının inkişafı təhlükəsizlik təminatlarının təmin edilməsinə töhfə verə bilər. Ermənistanın Co Bayden administrasiyası ilə işi onu strateji tərəfdaşlıq sazişinin imzalanması mərhələsinə gətirib. Əmindirlər ki, Donald Tramp və respublikaçılar administrasiyası da Ermənistanla münasibətlərin dərinləşməsində maraqlı olacaq. Ermənistan həmçinin Aİ-yə üzvlük prosesinə başlamaq niyyətini açıqlayıb. Yaxın vaxtlarda parlament müvafiq qanun qəbul edəcək və Ermənistan Aİ-yə üzvlük prosesinə rəsmən başlayacaq. Əslində Paşinyan hesab edir ki, Ermənistan Rusiyadan Qərbə doğru strateji dönüş edir. Belə olduğu halda yaxın gələcəkdə Ermənistanın KTMT və Aİİ-dən çıxmasını da gözləmək olar”, - Əlibəyli vurğulayıb.

Ekspert bildirir ki, bütün bunlar o anlamı verir ki, Rusiya Cənubi Qafqazda mövqelərini itirir: “Daha doğrusu, mövqelərini Qərbə verir. Bu, Cənubi Qafqazın tarixində böyük geosiyasi dəyişikliyə çevrilə bilər. İrəvandakılara görə, “əsrlər boyu bu bölgə Rusiya, Türkiyə və İranın təsiri altında olmuşdur. Ermənistanın sayəsində regionda qərbləşmə prosesi başlayır. Ermənistanın Aİ-yə daxil olma ehtimalı yüksəkdir ki, bu da Cənubi Qafqazın avropalaşmasının başlanğıcı deməkdir”. Sual olunur: Ermənistan doğrudanmı bu addımları ata biləcək və dediyi kimidir? Axı Cənubi Qafqaz adına danışmaq təkcə Ermənistanın "başı üçün" deyil. Bundan əlavə, Trampın bu gedişata reaksiyası maraqlıdır. Bəs Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstan necə reaksiya verəcək?”, - deyə siyasi şərhçi qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://ayna.az
archiveBu xəbər 14 Yanvar 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see354

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see338

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see266

Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir

15 Oktyabr 2025 13:27see205

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see183

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see139

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see136

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see136

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see135

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see133

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see133

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see133

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see129

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see128

İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi

15 Oktyabr 2025 15:56see127

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see124

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see124

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see122

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri