Moskvadan Pentaqonun hədəsinə cavab gecikmədi
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“Pentaqon rəhbəri Pit Heqsetin Ukraynada münaqişə davam edərsə, Rusiyaya qarşı əlavə tədbirlərin görəcəyi ilə bağlı hədələri əbəsdir”.
Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Dmitri Belik deyib.
“ABŞ və müttəfiqləri Ukraynanı münaqişəni sona çatdırmaq istəmədiyinə görə hədələməlidirlər. Bizə nə edəcəyimizi söyləmək açıq-aydın mənasızdır. Bu cür bəyanatlar ABŞ tərəfinin Ukrayna böhranı ətrafında real vəziyyəti anlamadığını nümayiş etdirir. Kremlə qarşı təhdidlər adi hala çevrilib və qərarların qəbuluna heç bir təsir göstərmir”, – o bildirib.
Deputatın sözlərinə görə, sanki Pentaqon rəhbəri Ukraynadakı real vəziyyəti təhlil etmir, sadəcə olaraq hazırlanmış bəyanatları söyləyir.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 16 Oktyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















