Icma.az
close
up
RU
Rusiyanın Ermənistan peyki İrəvanın yadına düşən strateji müttəfiqlik TƏHLİL

Rusiyanın Ermənistan peyki İrəvanın yadına düşən strateji müttəfiqlik TƏHLİL

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan məhvərindən çıxmaq istəyən peykə oxşayır. O, yarandığı gündən keçmiş SSRİ-nin, sonralar isə Rusiyanın başına dolanan peyk olub. Erməni cəmiyyəti isə bir qayda olaraq böyük dövlətlərin, imperiyaların himayəsində yaşayıb, mövcud olub.

Son zamanlar Ermənistanın özünü müstəqil dövlət kimi göstərməyə cəhdi yersiz, gülünc görünür. Hadisələr sübut edir ki, o, hələ də Moskvanın peykidir.

Yanvarın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirozyan Rusiyaya səfər edib. Rusiyanın XİN başçısı görüşlə bağlı jurnalistlərə açıqlamasında bildirib: “Münasibətlərimizə dair, demək olar ki, bütün məsələləri, regional və beynəlxalq müstəvidəki hadisələri açıq şəkildə müzakirə etdik”.

Sergey Lavrovun sözlərinə görə, Moskva İrəvanla bütün kompleks müqavilələrə, o cümlədən hərbi-siyasi sahədə razılaşmalara sadiqdir.

İki ölkə arasında müxtəlif sahələrə dair sənədlər imzalanıb. Bura Ermənistanın hava hücumundan müdafiə sisteminin Rusiyanın nəzarəti altına keçməsi, regional əməkdaşlıq və iqtisadi əlaqələrə aid başqa istiqamətlər daxildir.

2000-ci il sentyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın ovaxtkı dövlət başçısı Robert Koçaryan Moskvada “Rusiya Federasiyası və Ermənistan Respublikası arasında 21-ci əsrə yönəlmiş qarşılıqlı müttəfiqlik haqqında bəyannamə” imzalayıb. Həmin sənəddə vurğulanıb ki, tərəflər 1997-ci il avqustun 29-u tarixli “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı yardım Müqaviləsi”nə əsaslanan iki ölkə xalqları arasında çoxəsrlik qardaşlıq və qarşılıqlı fəaliyyət tellərinə arxalanaraq, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında strateji tərəfdaşlıq, müttəfiqlik və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin hər iki ölkənin xalqlarının əsas maraqlarına cavab verdiyinə əmin olaraq və başqa məsələlər əsas götürərək razılığa gədiklərinin bəyan ediblər.

Həmin bəyannamənin 14-cü bəndində bildirilib: “Rusiya Federasiyası və Ermənistan Respublikası iki ölkə xalqlarının mənəvi, mədəni yaxınlığının qorunub-saxlanmasına hər cür töhfə verəcək, mədəniyyət, elm, səhiyyə, təhsil, informasiya sahələrində qarşılıqlı əlaqələri dərinləşdirəcəklər”.

Sonuncu maddə isə təxminən belədir: “Rusiya Federasiyası və Ermənistan Respublikasının prezidentləri əmindirlər ki, XXI əsr hər iki ölkənin xalqları üçün müttəfiqlik əməkdaşlığı üçün geniş perspektivlər açır, milli münasibətlərin hərtərəfli inkişafı maraqları naminə bütün sahələrdə əlaqələrin intensiv şəkildə dərinləşməsinə xidmət edir”.

15 bəndlik bu sənəddə Rusiya ilə Ermənistan arasında əməkdaşlığın genişlənib, güclənməsinə dair əməkdaşlıq məsələləri öz əksini tapıb. Bu sənəd də daxil olmaqla, Rusiya ilə Ermənistan arasında ötən 25 il ərzində qəbul olunmuş heç bir razılaşma, müqavilə və saziş ləğv olunmayıb.

Başqa sözlə, qərbyönlü sayılan baş nazir Nikol Paşinyan və komandası bu anlaşmaların bir hərfini belə dəyişməyib. Moskvanın sponsorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından isə çıxmağa rəsmi İrəvan hələ ki cürət edə bilmir. MDB-nin, Avrasiya İqtisadi İttifaqının tədbirlərində də iştirak edir.

A.Mirzоyan S.Lavrovla birgə mətbuat konfransında Ermənistanla Rusiyanın müttəfiq olduğunu və ölkələr arasında ciddi ikitərəfli müqavilələrin mövcudluğunu etiraf edib.

Yanvarın 14-də ABŞ-nin dövlət katibi Antoni Blinkenlə Ermənistanın XİN başçısı iki ölkə arasında strateji müttəfiqliyə dair xartiya imzalayıb. Bu sənəd Vaşinqton-İrəvan əməkdaşlığı üçün elə ciddi sayılmasa da, tərəflər arasında münasibətlər səviyyəsinin göstəricisi hesab edilə bilər.

Mirzoyanın Vaşinqton səfərindən sonra Nikol Paşinyanla Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı əlaqələri və ikitərəfli münaqişələrə dair məsələləri müzakirə ediblər.

ABŞ ilə xartiya imzalayıb, Rusiya ilə müttəfiq olan Ermənistan kimə daha çox yaxındır?

Sergey Lavorv vurğulayıb ki, 2024-cü ildə Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi 12 milyard dollar olub.

Sergey Lavrov

O, daha sonra qeyd edib: “Biz erməni xalqı, təbii strateji tərəfdaşımız və müttəfiqimiz olan Ermənistanla qardaşlıq əlaqələrini həmişə yüksək qiymətləndirmişik və dəyərləndirməkdə davam edirik. Çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinin möhkəmlənməsində və inkişafında maraqlıyıq”.

Ararat Mirzoyan rusiyalı həmkarını İrəvana dəvət edib, Lavrov Ermənistana gedəcəyini bildirib. Tərəflər iki ölkənin Xarici İşlər nazirlikləri arasında ikiillik planın hazırlanmasını da razılaşdırıblar.

Əməkdaşlığın inkişafına dair daha bir nümunə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana nəzərdə tutulan səfəridir. Həmin səfər çərçivəsində Rusiya-Ermənistan regionlararası forumun keçirilməsi də planlaşdırılır.

Ermənistanın Rusiyaya belə dönüşü, müttəfiq olduqlarını yada salması və s. məsələlər nə ilə bağlıdır? Düzdür, rəsmi İrəvanın Moskvaya istənilən formada, o cümlədən siyasi, iqtisadi, mədəni, hərbi, sosial sahədə hətta - Fransa bütün varlığı ilə arxasında dursa belə - müharibə etməyə, ona qarşı çıxmağa gücü, imkanı və cürəti yoxdur.

Erməni lobbisindən daim faydalanan eks ABŞ prezidenti Cozef Baydenin hakimiyyətinin başa çatması ilə bu görüşün eyni vaxta düşməsini də təsadüfi saymamaq olar. Ştatların 46-cı prezidenti hakimiyyətdə olduğu dövrdə Ermənistana bacardığı xidməti göstərib, məsələn, bu ölkə ilə hərbi sahədə əməkdaşlıq çərçivəsində müşavirlərin göndərilməsi, maliyyə yardımlarının edilməsi, saxta erməni soyqırımı iddiasını fərd olaraq prezident postunda tanıması və başqaları.

Bayden Paşinyanı “Demokratiya uğrunda” foruma belə dəvət etmişdi. Strateji müttəfiqlik haqqında xartiya da onun erməni lobbisinə prezident kimi sonuncu xidməti sayıla bilər.

O, senator olduğu dövrdə Azərbaycana qarşı fəaliyyət göstərib. “907-ci düzəliş” erməni lobbisinin təkidi və istəyi ilə qəbul olunub. Onun müəlliflərindən biri Bayden olub. ABŞ-nin müasir tarixində o, Ermənistana əlindən gələn yardımları etməklə lobbini qane etməyə çalışıb.

ABŞ-nin yeni Prezidenti Donald Trampın rəsmi İrəvanın nazı ilə oynayacağı ehtimalı azdır. Çünki prezidentliyinin birinci dönəmində Ermənistan hakimiyyəti və erməni lobbisinin çoxsaylı istək və cəhdlərinə baxmayaraq, Tramp Paşinyanı qəbul etməyib. Onların ayaqüstü salamlaşması isə yazıçı Mixail Vellerin Salvador Dali ilə erməni bəstəkar Aram Xaçatryanın uydurduğu görüşünə bənzəmişdi.

Belə ehtimal etmək olar ki, Ermənistan hakimiyyəti ABŞ-də hakimiyyətə gələn yeni administrasiyadan ehtiyatlanaraq Rusiyaya sığınmağa üstünlük verib, onunla strateji müttəfiq olduğunu xatırlayıb. Mirzoyan bu günlərdə imzalanmış Rusiya-İran strateji tərəfdaşlığa dair müqavilədən də faydalana biləcəklərini deyib.

Donald Trampın prezident olaraq and içdiyi günün səhəri Ermənistan XİN başçısının Moskvaya səfər etməsi də təsadüfi sayılmır. Belə qənaətə gəlmək olar ki, İrəvan bundan sonra hadisələrə daha çox Moskvanın gözü ilə baxmağa çalışacaq. Bunu siyasi hiyləgərlik də saymaq olar. Çünki ya bu, ya da gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu siyasi kampaniyaya isə Rusiyanın təsir etmək imkanı bütün şərtlər daxilində çoxdur.

Gürcüstanda qərbyönlü müxalifətin yenidən seçkilərdə məğlubiyyəti bunu təsdiqləyib.

Bu baxımdan, Nikol Paşinyan Rusiyanı indidən neytrallaşdırmaqla seçkiləri udmağa hazırlaşır. Çünki o və komandası qərbyönlüdür. Paşinyan vaxtilə Avrasiya İqtisadi İttifaqına qarşı çıxırdı. İndi isə bu təşkilatı tərifləyir. Odur ki, Rusiyadan arxayın olmaq üçün rəsmi İrəvan Moskvaya “qardaşlıq, dostluq, strateji müttəfiqlik, əməkdaşlıq” və başqa belə epitetləri xatırladır.

İndi Ermənistan hakimiyyətinin taleyi daha çox Rusiyanın əlindədir. Moskva İrəvanda Tbilisini təkrarlayacaq?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://report.az
archiveBu xəbər 22 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri