Icma.az
close
up
RU
İrəvanın yetirmələri TƏHLİL

İrəvanın yetirmələri TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Zəngin tarixə və ədəbi irsə malik şəhərlərindən olan İrəvan ədəbi-fəlsəfi fikrimizin inkişafında da böyük rol oynayıb. İrəvan Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Bura məşhur şairlər, nasirlər, elm və mədəniyyət xadimləri yetişdirmişdir. XIX əsrin əvvəlində rus qoşunlarının şəhəri işğalından sonra qiymətli əlyazmaların böyük əksəriyyəti məhv edilmişdir. Əsasən məscidlərdə və mədrəsələrdə saxlanılan qiymətli əlyazmaların əksəriyyəti yandırılmışdır. İrəvan xanlığının ərazisində yeganə işlək dil Azərbaycan türkcəsi olmuşdur. Mənbələrdə göstərilir ki, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 1829-1831-ci illərdə kameral siyahiyaalma keçirən rus tarixçi-statisti İ.Şopen "tatar dilinin" – yəni Azərbaycan dilinin yayılma arealı haqqında belə qənaətə gəlmişdir: "Bu məşhur dil haqqında bir neçə söz deməmək mümkün deyildir, hansı ki, Adriatik dənizindən tutmuş, Sakit, Hind və Atlantik okeanlarının sahillərinədək, Qədim Dünyanın üçdəbir hissəsində milyonlarla xalqlar bu dildə anlaşırlar". Böyük rus şairi M.Y.Lermontov Qafqazı gəzdikdən sonra bu qənaətə gəlmişdi: "Tatar dilini (yəni Azərbaycan dilini) öyrənməyə başlamışam, fransız dili Avropada zəruri olduğu kimi, bu dil də burada və ümumiyyətlə Asiyada zəruridir". Görkəmli alim Səməd Sərdariniyanın "İrəvan müsəlman sakinli şəhər olmuşdur" kitabında tarixi Azərbaycan torpaqlarında süni surətdə bir erməni dövləti qurulduğu, yüzilliklər boyu Azərbaycan şəhəri olan İrəvanın necə Ermənistan Respublikasının paytaxtına çevrildiyi tarixi-elmi faktlarla əksini tapır.

Elm və mədəniyyət tariximizə "İrəvani" təxəllüsü ilə daxil olmuş bir çox alim, ədəbiyyat və mədəniyyət xadimi bu xəzinəyə önəmli töhfələrini veriblər. Mirzə Qədim İrəvani, Fazil İrəvani, Balağa İrəvani, Mirzə Müslüm İrəvani, Aşub İrəvani, Mirzə Məhəmməd İrəvani, Dəlil İrəvani, Əbdülkərim İrəvani və başqaların bu sırada adlarını qeyd etmək olar. Çar Rusiyası dövründə İrəvan ədəbi-mədəni irsinin inkişafında Firudin bəy Köçərli, İsmayıl bəy Şəfibəyov, Eynəli bəy Sultanov kimi qabaqcıl fikirli ziyalıların əvəsiz rolu olmuşdur. Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər.

Bu gün İrəvan mühitinin yetirdiyi ziyalılardan söhbət açacağıq. Onlardan biri, Teymur xan Makinski haqqında. Teymur xan Məhəmmədqulu xan oğlu Makinski 1874-cü ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvanda yaşayan Maku xanlarının törəmələrindən olan Makinskilər nəsli İrəvan xanlarının nəsil davamçıları İrəvanskilərlə yaxın qohum idilər. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Teymur xan Makinski İrəvan gimnaziyasını, sonra isə Varşava Universitetinin hüquq fakültəsini 1916-cı ildə birinci dərəcəli diplomla bitirmişdir.

Teymur xan Makinski XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. İctimai-siyasi xadim Teymur xan Makinski Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur.

Milli Şuranın 19 noyabr 1918-ci il tarixli "Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanun"una əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. T.Makinski 1918 ilin iyun-oktyabr aylarında Azərbaycan hökuməti ədliyyə nazirinin müavini, oktyabrın 20-dən dekabrın sonunadək Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. O, İrəvan quberniyasında yaşayan azərbaycanlıları erməni zülmündən qorunması məqsədilə 1919-cu ilin yanvarında Bakıda təsis edilmiş İrəvan Quberniyası Həmyerliləri Cəmiyyətinin idarə heyətinin sədri seçilmişdir.

Teymur xan Makinski 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-ə qədər Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində ədliyyə naziri vəzifəsini icra etmişdir. O, 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan hərbi məhkəməsinin sədri, 1920-ci ilin martından isə yenidən Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci il mayın 15-də İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyəti Ermənistan hökuməti tərəfindən dayandırılmışdır. Diplomatik nümayəndəliyin başçısı olduğu zaman Zəngibasarda yaşayan soydaşlarımıza maddi yardım göstərdiyinə görə, T.Makinskiyə qarşı Ermənistan prokurorluğu tərəfindən cinayət işi açılmış, lakin o, Gürcüstanın İrəvandakı daimi nümayəndəliyinin yardımı ilə İrəvanı gizlicə tərk edərək mayın 28-də Tiflisə qayıda bilmişdi.

Təəssüf ki, Teymur bəy Makinskinin sonrakı taleyi haqqında məlumat yoxdur. Mənbələrdə göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra İrəvanın imkanlı və ziyalı elitasının xeyli bir qismi şəhəri tərk etmişdir. Tarixin müxtəlif dönəmlərində dövrünün tanınmış simaları soyqırıma və deportasiyaya məruz qalmış, dünyanın bir sıra ölkələrinə - Şimali Azərbaycan, Türkiyə, Orta Asiya, İran, Rusiya və digər ölkələrə üz tutmuşdular. İrəvan, dövrünün mədəniyyət mərkəzi olmuşdur.

İrəvanda yaşayıb-yaradan azərbaycanlılar öz istedadları ilə tariximizə parlaq səhifələr həkk etmişdilər.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see438

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see282

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see279

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see266

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see266

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see264

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see262

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see259

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see257

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see253

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see232

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see229

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see212

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see211

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see210

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see201

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see191

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see186

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see183

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri