Icma.az
close
up
RU
İrəvanın bu addımı Bakı üçün məhdudiyyət və risk yaradacaq: Sübhaninin təxribatçı açıqlamasının PƏRDƏARXASI KONKRET

İrəvanın bu addımı Bakı üçün məhdudiyyət və risk yaradacaq: Sübhaninin təxribatçı açıqlamasının PƏRDƏARXASI KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Ermənistanda diplomatik fəaliyyətini başa vuran İran səfiri Mehdi Sübhani bildirib ki, İrəvan marşrutlar üzərində pasport, gömrük və təhlükəsizlik baxımından tam nəzarəti saxlayacaq. Maraqlıdır, Bu nəzarət Azərbaycan üçün hansı məhdudiyyətləri yarada və Bakı-İrəvan münasibətlərində gələcəkdə hansı diplomatik gərginliklərə səbəb ola bilər?

Mövzunu KONKRET.az-a politoloq  Züriyyə Qarayeva şərh edib:

“İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin “marşrutlara tam nəzarət Ermənistanın əlində qalacaq” bəyanatı, regionun həssas siyasi reallıqlarını bir daha gündəmə gətirir. Bu mövqe əslində Bakı üçün bir sıra məhdudiyyətlər və risklər yaradır. Əvvəla, əgər sərhəd-keçid, gömrük və təhlükəsizlik tam şəkildə Ermənistanın nəzarətində qalırsa, bu, Azərbaycanın Naxçıvanla birbaşa, nəzarətsiz və maneəsiz dəhliz yaratmaq planlarına ziddir. Azərbaycanın hədəfi Zəngəzur vasitəsilə sərbəst tranzit yolunun açılmasıdır. Ermənistanın gömrük və pasport nəzarətində israrı isə bu yolun “dəhliz” deyil, sadəcə “marşrut” statusu daşıması deməkdir. Bu, Bakının suveren hüquqlarına uyğun gəlmir və tranzit imkanlarını məhdudlaşdırır. İkincisi, belə vəziyyət gələcəkdə iki ölkə arasında diplomatik gərginliyi artıracaq. Azərbaycan Ermənistanın bu yanaşmasını razılaşdırılmış sənədlərin ruhuna zidd kimi təqdim edə bilər. Xüsusilə, sərhəd-buraxılış məntəqələrindəki potensial insidentlər, süni maneələr və yaxud yük və sərnişin axınında gecikmələr tərəflər arasında qarşılıqlı ittihamlara səbəb olacaq. Üçüncüsü, bu məsələ regionda böyük güclərin də maraqlarını hərəkətə gətirir. İran və Rusiya Ermənistanın bu mövqeyini dəstəkləməklə, Azərbaycanın Türkiyə və Orta Asiyaya çıxış imkanlarını məhdudlaşdırmağa çalışa bilər. Qərb isə əksinə, Azərbaycanın mövqeyinə müəyyən qədər anlayış göstərərək, iqtisadi inteqrasiyanı sürətləndirməyə maraqlı ola bilər. Nəticə etibarilə, Ermənistanın marşrutlara tam nəzarəti saxlaması Azərbaycan üçün həm siyasi, həm də iqtisadi məhdudiyyətlər deməkdir. Bu, gələcəkdə Bakı-İrəvan danışıqlarında əsas mübahisə mövzularından biri olaraq qalacaq və kompromis əldə olunmadıqca, diplomatik gərginliyin davam etməsi qaçılmaz görünür”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see271

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see122

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri