Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir

İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan İctimai Televiziyaya bildirib ki, ölkəsi Azərbaycandan sülh müqaviləsi ilə bağlı cavab alıb. 

Badalyanın sözlərinə görə, İrəvanın kommunikasiyaların blokdan çıxarılması, silahlara qarşılıqlı nəzarət mexanizmi və yoxlanılması ilə bağlı təklifləri cavabsız qalıb. Qeyd edək ki, Ermənistanın hər üç təklifi Azərbaycan üçün qəbuledilməz sayılır. Ermənistan XİN-in sülh müqaviləsi üzrə Bakıya göndərdiyi sonuncu variantın da cavabsız buraxılması həmin bəndlərin Azərbaycanın maraqlarına cavab vermədiyini göstərir. Çünki hər üç təklifin hüquqi əsası yoxdur. 

Azərbaycan kommunikasiyaların 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatı əsasında blokdan açılmasını vacib hesab edir. Nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutan yeganə hüquqi sənəd 10 noyabr Bəyanatının 9-cu bəndidir. Sözügedən razılaşmaya uyğun olaraq, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat vasitələrinin, malların və vətəndaşların təhlükəsiz hərəkətini təmin etməlidir. Lakin indiyə qədər Ermənistan bu öhdəlikdən yayınır. 

Sonuncu dəfə, yəni fevralın 20-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlama verərək bildirib ki, 10 noyabr Bəyanatının 8 bəndi icra edilmədiyi halda 9-cu bəndə görə həmin sənədə qayıtmaq təəccüb doğurur: “İrəvan öz imzasından ona görə imtina etmir ki, hazırda sənədin kənarda qalan hər hansı müddəası mövcud deyil və bu reallıqdır”. 

Bu isə Ermənistanın 2020-ci ildə əldə edilmiş razılaşma üzrə Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu təsdiq edir. İlk növbədə, Nikol Paşinyan hakimiyyəti 9-cu bəndin icrası halında Zəngəzurdan keçəcək yolların təhlükəsizliyinin təminatını Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına həvalə etməlidir. İndiyə qədər rəsmi İrəvanın həmin bəyanatdan imtina etməsinin əsas səbəblərindən biri məhz bununla bağlıdır. Çünki Ermənistan tərəfi Zəngəzur ərazisində eksterritorial dəhlizin yaranmasından ehtiyat edir. 

Bu baxımdan, Paşinyan hökuməti bölgəyə nəzarəti əlində saxlamaq üçün alternativ təkliflər irəli sürür. Ermənistanın Baş naziri tez-tez “Sülh kəsişməsi” layihəsini gündəmə gətirməklə Zəngəzur dəhlizinin açılması məsələsini arxa plana keçirmək istəyir. Azərbaycana isə Ermənistanla kommunikasiya əlaqələrindən əvvəl Naxçıvan MR ilə birbaşa dəmir və avtomobil yolunun açılması lazımdır. Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələri isə yalnız sülh müqaviləsi imzalandıqdan sonra mümkün ola bilər.

Son vaxtlar Ermənistan rəhbərliyi Azərbaycan tərəfinə yeni bir variant təqdim edib. Baş nazir Nikol Paşinyan bu barədə yanvarın 31-də keçirdiyi mətbuat konfransında açıqlama vermişdi: 

“Biz təklif edirik ki, Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə yük daşımaları üçün dəmir yolu əlaqəsi olsun. Lakin eyni prinsipə əsasən, Yerasxdan (Arazdəyən) Naxçıvan vasitəsilə Mehriyə, həmçinin beynəlxalq ticarət və yükdaşımaları üçün Azərbaycan ərazisindən keçməklə, Azərbaycanın da Ermənistan vasitəsilə əlaqəsi olmalıdır. 

Bu təklifin mühüm nüanslarından biri də ondan ibarətdir ki, atmosferi və münasibətlərdəki gərginliyi nəzərə alaraq, indiki mərhələdə biz bir müddət yükdaşımalarına başlaya bilərik. Sonra vəziyyət daha uyğun olanda sərnişindaşıma haqqında düşünəcəyik. İndi açığını desəm, Azərbaycandan müsbət cavab gözləyirik. Mən onların bundan niyə imtina etməsini təsəvvür edə bilmirəm. Çünki biz hər iki tərəfin qaldırdığı məsələləri həll edən yolu tapmışıq”. 

Onun sözlərinə görə, bu təklif “Sülhün kəsişməsi” proqramı çərçivəsində müəyyən edilmiş prinsiplərə tam uyğundur. Ana Badalyanın açıqlaması Azərbaycan XİN-in bu təklifə müsbət cavab vermədiyini göstərir. Əslində, rəsmi Bakı kommunikasiyaların blokdan açılacağı təqdirdə Ermənistanın Azərbaycan vasitəsilə üçüncü ölkələrə çıxışına qarşı deyil. 

Bu prosesi “3+3” platforması çərçivəsində həyata keçirmək mümkündür. Lakin Ermənistan “3+3” ölkələrinin toplantılarında formal olaraq iştirak edir və həmin iclaslarda hər dəfə “Sülh kəsişməsi” layihəsini irəli sürməklə regional nəqliyyat şəbəkəsinin blokdan açılmasını əngəlləyir. 

Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında Paşinyanın təklif etdiyi təklif üzrə hüquqi müqavilə mövcud deyil. Ermənistan Azərbaycan ərazisindən keçməklə başqa ölkələrə çıxış əldə etmək istəyirsə, o zaman 10 noyabr Bəyanatı ən əlverişli sənəddir. 

Artıq Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən keçən hissəsi üzrə tikinti işləri yekunlaşıb. Yalnız Ermənistan ərazisindəki 43 kilometrlik ərazidən keçən köhnə dəmir yolu infrasturkturunu bərpa etməklə Şimal-Cənub və Şin-Mərkəzi Asiya-Avropa nəqliyyat-tranzit dəhlizlərinin həyata keçməsinə şərait yarada bilər. Bundan isə ən böyük fayda götürən dövlətlərdən biri Ermənistan olacaq. 

Ermənistanın təklif etdiyi digər təklifə, yəni silahlara qarşılıqlı nəzarət mexanizmi və yoxlanılmasına gəlincə, bu, kifayət qədər absurddur. Çünki iki ölkə arasında sülh müqaviləsi olmadığına görə Ermənistan düşmən dövlət sayılır. Belə bir ölkənin Azərbaycanın cəbhə xətti sayılan sərhəd zonasındakı silahlarına və ya hərbi arsenalına təcavüzkar Ermənistanın nəzarət etməsi milli təhlükəsizliyə ziddir. 

Ermənistan silahlara birgə nəzarət mexanizmi yaratmağı təklif etməklə, Azərbaycanın silahlanma fəaliyyətinə kvota tətbiq etməyə, ağır artilleriyanın və zirehli texnikanın simmetyrik şəkildə şərti sərhəddən geri çəkilməsinə nail olmaq istəyir. Bununla da Nikol Paşinyan sərhədlərin “güzgü” prinsipi əsasında delimitasiya və demarkasiya olunması şərtinin reallaşmasına nail olmaq istəyir. 

Qeyd edək ki, Paşinyanın bu təklifi Ermənistanın Hərbi Doktrinasından irəli gəlir. Rəsmi İrəvan öz maraqlarına cavab verən bir müddəanı Azərbaycana qəbul etdirmək istəyir. Ermənistanın Hərbi Doktrinasının 3.3-cü maddəsinə görə, nəzarətsiz silahlanma və yenidən silahlanma prosesi, silahlanma yarışı, Ermənistan Respublikasının sərhədləri yaxınlığında qoşun qruplarının yaradılması və yerləşdirilməsi, o cümlədən təlimlər adı altında onların genişmiqyaslı cəmləşməsi və yerdəyişməsi xarici hərbi təhlükə sayılır. 

Deməli, Ermənistanın müqaviləyə daxil etmək istədiyi bənd əslində, sülhə deyil, Azərbaycanın silahlanma prosesinə hüquqi nəzarət əldə etmək məqsədi daşıyır. Ermənistanın təklifi Azərbaycan Hərbi Doktrinasına da ziddir. 

Azərbaycan Hərbi Doktrinasının 35.5-ci maddəsinə görə, ikitərəfli və çoxtərəfli hərbi-siyasi əməkdaşlıq yalnız tərəfdaş dövlətlərlə quqla bilər.

Ermənistan isə tərəfdaş deyil, düşmən dövlətdir. Həmin sənədin 21-ci maddəsi Azərbaycan Respublikasına qarşı qonşu dövlət tərəfindən ərazi iddialarının irəli sürülməsi hərbi təhlükəsizliyinə təhdid hesab olunur. 

Ermənistan isə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Azərbaycanın 4 anklav kəndi hələ də Ermənistanın işğalı altındadır. Bundan başqa, Ermənistanın Müstəqillik Bəyannaməsində və konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yer alıb. Ona görə də Ermənistanın silahlara birgə nəzarət mexanizmindən danışması qəbul edilə bilməz. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Fevral 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri