Icma.az
close
up
RU
Parklanma əslində çəkindirici alət kimi istifadə olunur

Parklanma əslində çəkindirici alət kimi istifadə olunur

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakıda son vaxtlar restoran, şadlıq sarayı, aptek və mağazaların qarşısında avtomobil saxlamaq sürücülər üçün ciddi problemə çevrilib. Xüsusilə parklanma yerlərinin azlığı və bəzi obyektlərin qarşısında tətbiq olunan məhdudiyyətlər sürücüləri çətin vəziyyətdə qoyur. Bir neçə dəqiqəlik dayanma belə bəzən cərimə ilə nəticələnir. Aprelin 21-də paytaxtdakı Millenium Şadlıq Sarayı qarşısında avtomobillərini park edən qonaqlara da cərimə tətbiq olunması məsələni yenidən gündəmə gətirib. Sürücülər iddia edirlər ki, bir çox obyektlərin qarşısında kifayət qədər parklanma sahəsi yoxdur və alternativ yer tapmaq da mümkün olmur.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında deyib ki, mobilliyin transformasiya proqramına üç əsas istiqamət üzrə baxmaq olar:
“Birinci istiqamət çəkindirici elementdir. Bu, əsasən zona üzrə saatlıq parklanma sistemidir. İkinci istiqamət alternativlərin yaradılmasıdır. Buraya müxtəlif ictimai nəqliyyat növlərinin inkişafı, onların üstünlüyünün təmin olunması və maliyyə dayanıqlığının formalaşdırılması daxildir. Üçüncü istiqamət isə ictimai nəqliyyatın üstünlüyünü təmin edən həllərdir. Yəni müəyyən küçələrdə yalnız ictimai nəqliyyatın hərəkətinə üstünlük verilməsi, bəzi hallarda isə nəqliyyat axınının əks istiqamətində belə avtobus hərəkətinin təşkili nəzərdə tutulur. Bu da ümumilikdə ictimai nəqliyyatın sürətinə və dövriyyəsinə müsbət təsir göstərir. Hazırda Bakıda bu yanaşmalar əsasən avtobus nəqliyyatı üzrə tətbiq olunur. Məsələn, Moskva şəhərində MÇD “Moskovskiy Sentralnıy Diametral” sistemi fəaliyyət göstərir. Orada dəmir yolunun ayrılmış xətləri mövcuddur və həmin xətlərdən yalnız sərnişin qatarları istifadə edir. Bu sistem faktiki olaraq yerüstü metro funksiyasını yerinə yetirir. Yəni həmin marşrutlarda yük qatarlarının hərəkəti həyata keçirilmir”.
O qeyd edib ki, məsələnin digər tərəfi parklanma siyasətidir:
“Parklanma əslində çəkindirici alət kimi istifadə olunur və zona üzrə saatlıq parkinq sisteminin tətbiqi də bunu nəzərdə tutur. Şəhər mərkəzində daha yüksək tariflərin müəyyənləşdirilməsi, digər ərazilərdə isə fərqli qiymət siyasətinin tətbiqi insanların xüsusilə qısa məsafələrdə və şəhər mərkəzinə səfərlərdə şəxsi avtomobildən istifadəsini azaltmağa hesablanıb. Digər mühüm məqam isə artıq dünyanın bir çox müasir şəhərlərində tətbiq olunan “rəqəmsal əkiz” texnologiyasıdır. Bu sistem müxtəlif məlumat bazaları əsasında formalaşdırılır. Yəni hər hansı layihə icra edilməzdən əvvəl məlumatlar toplanır, simulyasiya aparılır və iqtisadi baxımdan ən səmərəli variant müəyyənləşdirilərək tətbiq olunur. Buraya parklanma siyasəti, ayrılmış avtobus zolaqları, mikromobillik zolaqları, tunel tipli yolötürücülər, körpülər, yol hərəkətinin təşkilində təkmilləşdirmə layihələri, nəqliyyat axınlarına uyğun metro və dəmir yolu şəbəkəsinin genişləndirilməsi, dairəvi yolların tikintisi, piyada səkilərinin abadlaşdırılması, keçidlərin təşkili və qısa piyada marşrutlarının yaradılması daxildir. Yəni bütün bu qərarlar data əsaslı şəkildə qəbul olunur və bu məsələ də həmin yanaşmanın tərkib hissəsidir. Axınlar müəyyənləşdirildikdən sonra layihələr icra edilir və şəhər üçün vacib olan mobillik təmin olunur. Çünki şəhərdə insanların böyük əksəriyyəti ictimai nəqliyyatdan istifadə edir. Buna görə də ictimai nəqliyyat növləri üzrə şəraitin yaxşılaşdırılması prioritet hesab olunur. Hazırda mövcud torpaq sahəsindən daha səmərəli istifadə məqsədilə qəbul olunan əsas qərarlardan biri ayrılmış avtobus zolaqlarıdır. Bu addım həm avtobusların hərəkət sürətini artırıb, həm də ictimai nəqliyyatın dövriyyəsinə və sərnişin sayına müsbət təsir göstərib. Nəticədə daha çox insan avtobus nəqliyyatına üstünlük verməyə başlayıb. Bu dəyişikliklər bəzi ərazilərdə parklanmanın ləğvini və ya fərqli formada təşkilini, həmçinin minib-düşmə nöqtələrinin yaradılmasını zəruri edib. Bu istiqamətdə AYNA tərəfindən müəyyən işlər həyata keçirilib. Hesab edirəm ki, hazırda da təhlillər aparılır və ehtiyac yaranarsa, əlavə minib-düşmə nöqtələrinin təşkili məsələsinə yenidən baxıla bilər. Ümumilikdə vəziyyət bundan ibarətdir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 May 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri