İrəvanın öpüşü Rusiya Xarici Kəşfiyyat Xidmətinin Ermənistanla bağlı qeyri adi bəyanatı
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hurriyyet.az xəbər verir ki Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) Ermənistanla bağlı qeyri-adi bəyanat yayıb. Xidmətin "İrəvanın öpüşü" adı alında yaydığı bəyanatdaiddia olunur ki, Ermənistan siyasi səbəblərə görə Moskvadan "qopmaq" və Rusiya məhsulu əvəzinə, daha bahalı Ukrayna taxılını almaqla Kiyevə kömək etmək niyyətindədir.
RF XKX-nin məlumatına görə, İrəvan "dostluq dostluqdur, pul isə ayrıdır" prinsipini əsas gətirərək Avropa Birliyinə qiymət fərqini kompensasiya etməyi təklif edib. Lakin bəyanatda qeyd edildiyi kimi, Brüssel belə bir öhdəlik götürməkdən çəkinir, çünki Ermənistan bunun üçün "daimi əsasda" pul ödəməsini tələb edəcək.
Sənəddə həmçinin, Belçikanın bu xərcləri ödəmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə cəhdini blokladığı qeyd olunur.
Kəşfiyyat Xidmətinin bəyanatında deyilir: "Avropa İttifaqı düşünür: məşhur Əhdi-Cədid hekayəsindəki kimi, ödəyib unutmaq yaxşı olardı. Lakin İrəvana davamlı ödəniş gərək olacaq.
Bax, İrəvanın öpüşü belədir".
İronik ifadəli və publisistik üslublu mətbuat açıqlamasının qeyri-adi tonu mütəxəssislər arasında çaşqınlığa səbəb olub, çünki Rusiya kəşfiyyatının rəsmi hesabatlarında əvvəllər bu cür ritorikadan istifadə olunmayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə İrəvanın Rusiya taxılından imtina etmək niyyətində olmadığını bəyan edib.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 12 Noyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















