Icma.az
close
up
RU
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ehtiyat hissələrinin talanı davam edir

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ehtiyat hissələrinin talanı davam edir

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi nəqliyyat və xüsusi texnikaların (avtokran və çəngəlli yükləyici) satın alınması üzrə açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 279.460 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 17.09.2025-ci ildə dərc edilib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Nəqliyyat və Xüsusi Texnika idarəsinin balansında olan traktorlar üçün lazım olan ehtiyat hissələrinin satın alınması üzrə 12.05.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “A+H TƏMİR TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 170.000,24 manat dəyərində satınalma müqaviləsinin bağlanılıb. Məlumat satınalmaların portalında 15.07.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınmasına dair keçirilmiş açıq tendrdə ehtimal olunan qiyməti 437.692,80 manat müəyyən edilmişdir.

Elə həmin gün “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Nəqliyyat və Xüsusi Texnika idarəsinin balansında olan ağır texnika üçün lazım olan ehtiyat hissələrinin satın alınması üzrə 12.05.2025-ci ildə başladığı açıq tenderə də yekun vurduğunu açıqlayıb. Bu müsabiqənin qalibi “İRON AVTO” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 285.332,26 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınmasına dair keçirilmiş bu açıq tenderdə isə ehtimal olunan qiyməti 716.766,10 manat müəyyən edilmişdir.

Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əvvəlcədən müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı şirkətlərin təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə, hətta 50 faizdən də aşağı qiymət təqdim etmiş şirkətlərlə satınalma müqaviləsi bağlamışdır.

Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti işçi çarxlar və valların satın alınması üzrə keçirdiyi açıq tenderi 11.06.2025-cü ildə yekunlaşdırıb. Bu müsabiqənin də qalibi “A+H TƏMİR TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.059.050 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Bu müsabiqədə də nəzərdə tutulmuş malların satın alınmasına dair keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.972.656,46 manat müəyyən edilmişdir.

Amma İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərini pozaraq açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə, hətta 50 faizdən də aşağı qiymət təqdim etmiş şirkətlə satınalma müqaviləsi bağlamışdır.

Qeydedək ki, Aktualinfo.org hələ ötən Nəqliyyat və Xüsusi Texnika İdarəsinə baş verən qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara müraciət etmişdi. Amma çox maraqlıdır ki, Dövlət Su Ehtiyatları Agentliyindən məqalədə göstərilənlərə heç bir münasibət bildirilmədi. Odur ki, 1 nömrəli avtoparkın müdiri vəzifəsindən zorla çıxarılmış Elçin Süleymanovun avtopark müdiri işlədiyi dövrdə şahidi olduğu cinayət əməllərini bir daha diqqətinizə çatdırırıq.

1. Külli miqdarda (100 000 tonlarla) yanacağın talan edilməsi. (Hələ iyul ayında Nəqliyyat və Xüsusi Texnika İdarəsində işçilərlə rəhbərlik arasında qalmaqal yaşandığını, İdarədə “yox” olmuş 150 ton benzin və dizel yanacağının pulunu işçilərin ayağına yazmaq istəyərkən işçilər buna etiraz etdikdə ciddi narazılıq yaranması barədə yazmışdıq – red.)

2. Təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələrinin qanunsuz çıxarılması və digər nəqliyyat vasitələrinə quraşdırılması.

3. Uzun müddətdə təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının ehtiyyat hissələrinin talan edilməsi.

4. Silinməyə gedən nəqliyyat və xüsusi texnikaların talan edilməsi.

5. Müxtəlif ehtiiyat hissələrini satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələrinin digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilməsi.

6. Sürücülərə məcburi ehtiyyat hissələrinin aldırılması.

7. Nəqliyyat və xüsusi texnikaların mühərriklərinin yağ dəyişməsi müddətlərinin uzadılaması və bununla dövlət əmlakına qəsdən ziyan vurulmasi.

8. 70 % nəqliyyat və xüsusi texnikalarının səs boğucularının daxilində olan katalizatorların çıxarılması və satılması.

9. Ford Trasit markalı nəqliyyat vasıtələrinin üzərindən olan Turboların çıxarılması və yoxa çıxması.

10.Müxtəlif səbələrdən icazə alan işçilərin işdə olmadığı müddət barəsində ərizələrin alınmaması və tabellərdə qanunsuz olaraq günlərin hesablanması.

11. Avtomobilləri yuyub təmizləyən ştatında olan Rüstəm Xəlilov adında işçinin illərlə işə gəlmədiyi halda əmək haqqının veriməsi.

12.Ezamiyyətə gedən sürücülərin ezmiyyət məvaciblərinin günlərlə geciktirilməsi.

13.Əlavə saata qalan və qeyri iş günləirndə işə cəlb olunan sürücülərin və çilingərlərin əmək haqqına əlavələrin kəsilməsi və geciktirilməsi.

14. Bir sıra nəqliyyat vasitələrinin mühərrik nömrələrinin texniki pasportda mövcud olan nömrələrə uyğun olmaması.15.Təmirə gələn nəqliyyat və xüsusi texnikaların təmir kitabında qeydiyyata alınmaması, qüsur və quraşdırma aktlarının tərtib edilməməsi.

16.Bir sıra mühəndis və fəhlələrin vəzifələrinə təyin olunması barəsində əmrlərin olmasına baxmayaraq, elektron müqavilələrin olmaması.

17.Ehtiyyat hissələri və bütün növ yağların qaima-faktura ilə verilməsi əvəzinə müvəqqəti buraxılış vərəqəsi ilə verilməsi. Qaima-faktura isə 2 aydan sonra təqdim olunması.

Burada xüsusilə qeyd olunası məqam nəqliyyat vasitələrinə ayrılan yanacağın sənədləşdirilməsində aparılan maxinasiyalardır. Nəqliyyat və Xüsusi Texnika İdarəsində texnikalara iş qrafikindən asılı olmayaraq artıq yanacaq yazılır ki, bunların da ciddi yoxlamalara ehtiyacı var.

Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” hələ ötən il yaydığımız bu məlumatları,təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələrinin qanunsuz çıxarılaraq digər nəqliyyat vasitələrinə quraşdırılması, uzun müddət təmirə dayanan nəqliyyat və xüsusi texnikaların ehtiyyat hissələri talan edilməsi, silinməyə gedən nəqliyyat və xüsusi texnikaların talan edilməsi, müxtəlif ehtiiyat hissələri satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələri digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilməsi faktlarını təkzib etməmişdi.

Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilovdur. O, bu vəzifəyə İdarə Heyətinin sədri olmuş Köçərli Həsənovun vəfat etməsindən sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə ötən ilin noyabrında təyin edilib. Daha əvvəl Kürdəmir və Şəmkir rayonlarının Su Meliorasiya Sistemlərinin İstismarı İdarələrinin rəisi vəzifəsində çalışıb. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun yaxın adamlarından hesab olunur.

Aktualinfo.org

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri