Icma.az
close
up
RU
İRİA: Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

İRİA: Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkədə dövlət informasiya sistemləri arasında məlumat mübadiləsini təmin edən Milli Məlumat Mübadiləsi Sistemi – digital.bridge üzərindən həyata keçirilən tranzaksiyaların ümumi sayı 2 milyardı ötüb.

Bu barədə "APA-Economics"ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

İRİA tərəfindən təqdim edilən sistemə hazırda 80 dövlət qurumu və 180 informasiya sistemi qoşulub.

digital.bridge 2021-ci ilin aprel ayından fəaliyyət göstərir və dövlət orqanları arasında təhlükəsiz, sürətli və standartlaşdırılmış məlumat axınını təmin edən mərkəzi platformadır. Sistem dövlətin rəqəmsallaşma siyasətinin əsas infrastruktur komponentlərindən biri olmaqla, məlumatların etibarlı şəkildə ötürülməsi və paylaşılmasına şərait yaradır. Bu platforma dövlət orqanları arasında inteqrasiyanı gücləndirir, “bir dəfə təqdim et” prinsipini reallaşdırmaqla vətəndaş və biznes subyektlərinin dövlətlə münasibətlərini sadələşdirir və idarəetmədə çevikliyi artırır. Sistem rəqəmsal xidmətlərin inteqrasiyasını və sabit fəaliyyətini təmin etməklə, dövlət orqanları arasında vahid və fasiləsiz xidmət modelinin formalaşmasını sürətləndirir. Eyni zamanda, milli məlumat infrastrukturunun təhlükəsizliyini qoruyan əsas platforma rolunu oynayır.

Cari ilin yanvar-oktyabr ayları ərzində sistem üzərindən 786 milyondan çox məlumat mübadiləsi həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 89 faiz artım deməkdir. Beləliklə, 2025-ci ildə digital.bridge üzərindən həyata keçirilən məlumat mübadilələrinin həcmi əvvəlki illərlə müqayisədə 2-3 dəfə çox olub.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından fəaliyyət göstərən Milli Məlumat Mübadiləsi Sisteminin (digital.bridge) fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2018-ci il tarixli 263 nömrəli “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Fərmanı ilə tənzimlənir. Eyni zamanda, sistem Prezident İlham Əliyevin 12 avqust 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi ilə də fəaliyyət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Noyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri