Icma.az
close
up
RU
İrina Tsukerman: “Bu qəza Moskvanın son illərdə törətdiyi digər vəhşiliklər fonunda təəccüb doğurmamalıdır” Yeni Çağ Media

İrina Tsukerman: “Bu qəza Moskvanın son illərdə törətdiyi digər vəhşiliklər fonunda təəccüb doğurmamalıdır” Yeni Çağ Media

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İlk növbədə, bu faciəvi aviaqəza nəticəsində həlak olanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə tam sağalmağı arzulayıram”.

Bu sözləri amerikalı milli təhlükəsizlik üzrə ekspert, The “Washington Outsider” nəşrinin baş redaktoru İrina Tsukerman “Yeni Çağ”ın rus bölməsinə verdiyi açıqlamada bildirib.

Analitik sözügedən təyyarə qəzasında Rusiyanın yanaşmasını şərh edib:

“İkincisi, Azərbaycanın qəzanın səbəblərinin aydınlaşdırılması və bu məsələdə Rusiyanın tamamilə şəffaf, məsuliyyətli davranışı ilə bağlı gözləntilərini tam dəstəkləyirəm.

Üçüncüsü, indiyə qədər mövcud olan məlumatlar yalnız Rusiyanın sarsıdıcı səhvlərini deyil, həm də həmin səhvləri ört-basdır etmək məqsədilə atılan cinayətkar addımları ortaya qoyur. Bu, qəzanın baş verməsinə gətirib çıxarmış və yalnız Azərbaycan pilotlarının qəhrəmanlığı və fədakarlığı ilə ağır nəticələr qismən yumşaldılmışdır”.

Onun sözlərinə görə, təəssüf ki, Kremlin insan həyatına laqeyd yanaşması və mülki təyyarələrə qarşı səhv hücumlarla bağlı uzun müddətə əsaslanan qorxunc insidentlərin tarixi mövcuddur.

“Bu cür hadisələrin məsuliyyətindən qaçmaq üçün günahın başqalarının üzərinə atılması adət halını alıb.

Bu epizod nə qədər amansız olsa da, Moskvanın son illərdə törətdiyi digər vəhşiliklər və yalanlar fonunda təəccüb doğurmamalıdır. Bu faciədən çıxarıla biləcək müsbət cəhət beynəlxalq ictimaiyyətin qanunsuzluğun, təcavüzün və nifrətin heç vaxt bəraət qazandırıla bilməyəcəyini anlamasıdır”, – deyə İrina Tsukerman qeyd edib.

Xatırladaq ki, 25 dekabr səhəri “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Bakıdan Qroznıya uçan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə qəzanın səbəblərini araşdırmaq üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, ekspertlər və analitiklər qəzanın səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürsələr də, rəsmi araşdırmanın nəticələrini gözləməyi və emosional addımlardan çəkinməyi tövsiyə edirlər.

Cəmilə Çebotaryova

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 01 Yanvar 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri