Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

İrlandiyada başlayıb İngiltərədə bitən şirin nağıl

İrlandiyada başlayıb İngiltərədə bitən şirin nağıl

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Azərbaycan çempionu "Qarabağ" bu mövsüm UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başladı və sonda bütün ölkəyə qürur yaşadan uzun bir yol qət etdi.
Bu, təkcə nəticələrlə deyil, həm də xarakter, inam və böyük səhnədə özünü təsdiqləmə hekayəsi idi.
"Qarabağ" ilk olaraq İrlandiya təmsilçisi "Şelbrun"la üz-üzə gəldi. Səfərdə 3:0 hesablı inamlı qələbə qazanan ağdamlılar Bakıda 1:0-lıq minimal üstünlüklə mərhələni rahat keçdi. Ardınca III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası sınağa çəkildi. Səfərdə 1:0, evdə isə 5:1 hesablı parlaq qələbələr "Qarabağ"ın potensialını və oyun intizamını bir daha nümayiş etdirdi.
Liqa mərhələsinə vəsiqə uğrunda son maneə Macarıstanın güclü təmsilçisi "Ferentvaroş" idi. Budapeştdə 3:1 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri Bakıda 2:3 hesabı ilə məğlub olsalar da, iki oyunun nəticəsinə əsasən istədiklərinə nail oldular. Bununla da klub tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak hüququ əldə edildi. 2017/2018 mövsümündə qazanılan ilk təcrübədən fərqli, bu dəfə komanda daha yetkin, daha təcrübəli və psixoloji baxımdan daha hazır idi. Son illər avrokuboklarda müntəzəm iştirak, hətta digər turnirlərdə pley-off mərhələlərinə yüksəliş "Qarabağ"ı Avropa arenasında söz sahibi komandaya çevirmişdi.
Liqa mərhələsi isə əsl futbol nağılına çevrildi. İlk turda Portuqaliyada nəhəng "Benfika"nın 3:2 hesabı ilə məğlub edilməsi böyük rezonans doğurdu. Ardınca Danimarka təmsilçisi Kopenhagen Bakıdan xalsız yola salındı - 2:0. İlk məğlubiyyət İspaniyada "Atletik" (Bilbao) qarşısında qeydə alınsa da (1:3), komandanın oyunu nikbinlik yaradırdı.
Noyabrda isə Bakıda İngiltərə nəhəngi "Çelsi" ilə 2:2 hesablı heç-heçə əldə olundu. Bu nəticə Azərbaycan futbolu üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki "Qarabağ" daha əvvəl İngiltərə klublarına qarşı keçirdiyi bütün görüşlərdə məğlub olmuşdu. Bu dəfə isə komanda hesabda geri düşsə də, sona qədər mübarizə apardı.
Sonrakı turlarda İtaliyada "Napoli"yə 0:2, Bakıda isə Niderlandın "Ayaks" klubuna 2:4 hesablı məğlubiyyətlər qeydə alındı. Lakin həlledici məqam 2026-cı ilin yanvarında yaşandı. Almaniyanın "Ayntraxt" komandası üzərində 3:2 hesablı qələbə pley-off qapılarını geniş açdı. Bu, təkcə üç xal deyil, həm də xarakter nümayişi idi.
Liqa mərhələsinin son turunda İngiltərədə "Liverpul"a 0:6 hesablı məğlubiyyət qaçılmaz olsa da, "Qarabağ" tarixində ilk dəfə pley-offa yüksəlməyi bacardı. Bu isə artıq Azərbaycan futbolu üçün yeni səhifə idi.
Pley-offda rəqib yenidən İngiltərə təmsilçisi – "Nyukasl" oldu. Bakıdakı 1:6 və səfərdəki 2:3 hesablı məğlubiyyətlə avrokubok macərası başa çatdı. Beləliklə, Britaniyada başlayan nağıl yenə Britaniya torpağında sona yetdi.
Lakin bu sonluq məyusluqdan çox qürur hissi yaratdı. "Qarabağ" göstərdi ki, Azərbaycan klubu da Avropanın ən mötəbər turnirində rəqabət apara, nəhəngləri məğlub edə və tarix yaza bilər. Bu cür uğurlar təsadüf deyil, illərin zəhmətinin, düzgün strategiyanın və inamın nəticəsidir. Yaxın gələcəkdə hansısa komandamızın bu uğurları təkrarlaması asan görünməsə də, "Qarabağ"ın açdığı yol Azərbaycan futbolunun üfüqlərini xeyli genişləndirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sport24.az
archiveBu xəbər 25 Fevral 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri