Icma.az
close
up
RU
“IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

“IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
Apasport.az xəbər verir ki, Bakıda keçiriləcək beynəlxalq səviyyəli “Alufar IRONMAN 70.3 Baku” yarışının təhlükəsiz və mütəşəkkil keçirilməsi məqsədilə, sentyabrın 4-də və 5-də şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Belə ki, məhdudiyyətlər sentyabrın 4-də saat 21:00-dan etibarən mərhələli şəkildə tətbiq ediləcək və sentyabrın 5-də saat 16:00-dək davam edəcək.
Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun (M2) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu qovşağından, yolun 25-ci kilometrindən başlayaraq əks istiqamətdə hərəkətin təmin edilməsi məqsədilə qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün bir hərəkət zolağı nəzərdə tutulub.
Bununla yanaşı, Lökbatan dairəsi istiqamətində bir hərəkət zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılacaq.
Bakı–Ələt (M3) avtomobil yolunun Lökbatan dairəsi istiqamətində 14-cü kilometrindən şəhər mərkəzinə doğru, “Sheraton Baku Intourist” hotelinin qarşısındakı dairəyədək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Sürücülər alternativ olaraq Bakı–Ələt (M3) avtomobil yolunun Lökbatan–Bayıl istiqamətindən istifadə edə biləcəklər.
Məhdudiyyətlərin tətbiqi yarışdan əvvəlki hazırlıq mərhələsində sentyabrın 4-də saat 21:00-dan sentyabrın 5-də saat 04:59-dək, yarışın keçirildiyi əsas mərhələdə isə saat 05:00-dan 14:30-dək davam edəcək.
Yarış başa çatdıqdan sonra ərazidə təmizlik və bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlərin 5 sentyabr saat 14:30-dan 16:00-dək davam etdirilməsi nəzərdə tutulur.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur. 

Qeyd edək ki, sentyabrın 5-də paytaxtımızda keçiriləcək “Alufar IRONMAN 70.3 Baku” yarışına 62 ölkədən 1500-dən çox iştirakçının qatılacağı gözlənilir. 
 

Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://apasport.az
archiveBu xəbər 04 Sentyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri