İrqçi davranışına görə Real la oyunu buraxacaq
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Benfika"nın hücummeyilli yarımmüdafiəçisi Cankuja Prestyanni Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Real"a qarşı keçiriləcək cavab oyununda iştirak etməyəcək.
QOL.az xəbər verir ki, UEFA futbolçunun bir oyunluq müvəqqəti kənarlaşdırılması barədə qərar qəbul edib. Futbolçunun cəzalandırılması qurumun Lissabondakı ilk matçla bağlı apardığı araşdırmanın aralıq hesabatına əsasən gerçəkləşib.
Xatırladaq ki, həmin görüşdə Vinisius Junior Prestyannini irqçi davranışlarda ittiham edib. "Benfika"nın oyunçusu isə braziliyalının onu səhv başa düşdüyünü iddia edib.
UEFA-dan bildirilib ki, ilkin araşdırmalar zamanı Prestyanni tərəfindən diskriminasiya xarakterli davranışın əlamətləri müəyyən edilib. Bu qərar həm də o deməkdir ki, araşdırmanın sonunda futbolçu daha uzunmüddətli diskvalifikasiya edilə bilər.
Qeyd edək ki, "Real" - "Benfika" qarşılaşması fevralın 25-də Madriddə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 23 Fevral 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















