Icma.az
close
up
RU
İrqi ayrıseçkilik, dini ekstremizm və ksenofobiya bəşəriyyət üçün təhlükədir

İrqi ayrıseçkilik, dini ekstremizm və ksenofobiya bəşəriyyət üçün təhlükədir

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

İdeoloji məzmunlu mübarizə, etnik-dini zəmində münaqişələr və qütbləşmələr, irqi ayrı-seçkilik, dini ekstremizm, ksenofobiya kimi təhlükəli təzahürlər bəşəriyyətin əmin-amanlığını təhlükə altına qoyur. SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kamboca Krallığının Parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının (QTSŞ) birgə evsahibliyi etdiyi Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin (BTSP) “Sülh, Barışıq və Tolerantlıq Axtarışı” mövzusunda 11-ci plenar sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, ayrı-seçkilik və ekstremizmə qarşı mübarizədə tolerantlıq dəyərini və sülh mədəniyyətini təbliğ etmək mühüm amillər sırasındadır:

"Dərin tarixi köklərə dayanan və bu günə qədər inkişaf edərək cəmiyyətin gündəlik həyat tərzinə çevrilmiş birgəyaşayış Azərbaycanda dövlət siyasəti kimi multikulturalizmin ictimai əsasını təşkil edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan qlobal xarakterli məsələlərə dair bir sıra mötəbər tədbirlərə, dinlərarası dialoqa və multikulturalizmə həsr olunan beynəlxalq forumlara evsahibliyi edib. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır".

Dövlət Komitəsinin sədri çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammiti haqqında da məlumat verib. Bildirib ki, sammit vasitəsilə dünyanın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, ərzaq çatışmazlığı və bu kimi digər qlobal problemlərin həllində nüfuzlu dini liderlərin çağırışları əhəmiyyətli rol oynayacaq.

R.Məmmədov Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci Plenar sessiyasının sabit və dayanıqlı gələcək naminə qarşıya qoyduğu məqsədlərə çatacağına əminliyini ifadə edib.

Sessiya çərçivəsində, Dövlət Komitəsinin sədri Kamboca Krallığı Senatının prezidenti, keçmiş baş nazir Hun Senlə görüşüb. R.Məmmədov görüşdə Azərbaycandakı dialoq mühiti və çoxəsrlik tolerantlıq ənənələrindən söz açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə multikultural dəyərlərin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Kamboca Krallığı Senatının prezidenti Hun Sen Azərbaycanın dünyada tolerant imicə malik olduğunu vurğulayıb, mədəniyyətlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri kimi tanındığını qeyd edib. İki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Noyabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri