Icma.az
close
up
RU
İrqi ayrıseçkilik, dini ekstremizm və ksenofobiya bəşəriyyət üçün təhlükədir Ramin Məmmədov

İrqi ayrıseçkilik, dini ekstremizm və ksenofobiya bəşəriyyət üçün təhlükədir Ramin Məmmədov

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İdeoloji məzmunlu mübarizə, etnik-dini zəmində münaqişələr və qütbləşmələr, irqi ayrı-seçkilik, dini ekstremizm, ksenofobiya kimi təhlükəli təzahürlər bəşəriyyətin əmin-amanlığını təhlükə altına qoyur. SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kamboca Krallığının Parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının (QTSŞ) birgə evsahibliyi etdiyi Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin (BTSP) “Sülh, Barışıq və Tolerantlıq Axtarışı” mövzusunda 11-ci plenar sessiyada çıxışı zamanı deyib.O qeyd edib ki, ayrı-seçkilik və ekstremizmə qarşı mübarizədə tolerantlıq dəyərini və sülh mədəniyyətini təbliğ etmək mühüm amillər sırasındadır:"Dərin tarixi köklərə dayanan və bu günə qədər inkişaf edərək cəmiyyətin gündəlik həyat tərzinə çevrilmiş birgəyaşayış Azərbaycanda dövlət siyasəti kimi multikulturalizmin ictimai əsasını təşkil edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan qlobal xarakterli məsələlərə dair bir sıra mötəbər tədbirlərə, dinlərarası dialoqa və multikulturalizmə həsr olunan beynəlxalq forumlara evsahibliyi edib. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır".Dövlət Komitəsinin sədri çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammiti haqqında da məlumat verib. Bildirib ki, sammit vasitəsilə dünyanın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, ərzaq çatışmazlığı və bu kimi digər qlobal problemlərin həllində nüfuzlu dini liderlərin çağırışları əhəmiyyətli rol oynayacaq.R.Məmmədov Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci Plenar sessiyasının sabit və dayanıqlı gələcək naminə qarşıya qoyduğu məqsədlərə çatacağına əminliyini ifadə edib.Sessiya çərçivəsində, Dövlət Komitəsinin sədri Kamboca Krallığı Senatının prezidenti, keçmiş baş nazir Hun Senlə görüşüb. R.Məmmədov görüşdə Azərbaycandakı dialoq mühiti və çoxəsrlik tolerantlıq ənənələrindən söz açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə multikultural dəyərlərin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.Kamboca Krallığı Senatının prezidenti Hun Sen Azərbaycanın dünyada tolerant imicə malik olduğunu vurğulayıb, mədəniyyətlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri kimi tanındığını qeyd edib. İki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see159

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see112

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see112

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see112

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri