Icma.az
close
up
RU
“İRS” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görmüşdür

“İRS” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görmüşdür

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 10 iyun, AZƏRTAC

“İRS-Erbe” jurnalının yeni buraxılışı Azərbaycanda baş verən aktual hadisələrdən geniş söhbət açır.

AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlının bu nömrəyə yazdığı və alman oxucusuna ünvanlandığı “Ön söz”də Azərbaycanın dinamik şəkildə inkişaf etməkdə olan bir ölkəyə çevrilməsindən, onun Almaniya və bütövlükdə Avropa üçün getdikcə artmaqda olan əhəmiyyətindən, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, o cümlədən Qarabağın hələ də tam sağalmamış yaraları haqqında Almaniya ictimaiyyətinin məlumatlandırılmasının mühümlüyündən bəhs edilir.

Budəfəki buraxılışın mərkəzi mövzusu ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə Bakıda müvəffəqiyyətlə keçirilmiş COP-29 ekoloji konfransıdır. Məqalədə deyilir ki, Azərbaycanın iki yüzə qədər dövlətin nümayəndələrinin iştirak etdiyi COP29 ekoloji konfransına ev sahibliyi etməsi dünyada

ölkəmiz haqqında yeni əks-səda doğurmuşdur. Dubaydan sonra növbəti ekoloji konfransın keçirilməsi üçün məhz Bakının seçilməsi təsadüf deyil. Azərbaycan, neft-qaz sənayesinin inkişaf etmiş olduğu bir ölkə olmaqla yanaşı, həm də müstəqilliyinin ilk günlərindən ətraf mühitin qorunması üzrə normaları və üzərinə götürdüyü digər öhdəlikləri dönmədən yerinə yetirən bir ölkə kimi tanınır. Bununla yanaşı Azərbaycan öz ərazisində, ilk növbədə isə azad edilmiş torpaqlarında - Qarabağda və Şərqi Zəngəzurda - günəş, su və havanın gücünə əsaslanan “yaşıl enerji” istehsal edən xeyli sayda elektrik stansiyaları tikmişdir və onlardan daha çox tikməyi planlaşdırır.

İraq əsilli olub, Britaniya memarı və dizayneri kimi dünyada şöhrət tapmış Zaha Hədidin verdiyi quruluş əsasında ərsəyə gəlmiş Heydər Əliyev mərkəzi bu gün dünyanın ən gözəl və ecazkar tikililərindən biri sayılır. Heydər Əliyev Mərkəzinə həsr edilmiş məqalə oxucuların diqqətini belə bir fakta yönəldir: təsadüfi deyil ki, Böyük Britaniyanın “Discovery” və “Science Channel” kanalları bu binaya ayrıca veriliş həsr etmiş, verilişin aparıcıları onu dövrümüzün ən cəsarətli mühəndis layihələrindən və arxitektura şedevrlərindən biri adlandırmışlar. Onların verdiyi qiyməyə görə bu yalnız bir mədəniyyət mərkəzi deyil, həm də dünyada öz yerini təsdiq etmək deməkdir.

Azərbaycanda teatr rəssamlığının inkişafından bəhs edən məqalə tanınmış sənətkar Bədurə Əfqanlının həyat və yaradıcılıq yoluna işıq salır. Avropa teatr tərtibatının incəliklərini öyrənəndən sonra, Bədurə xanım bu bilik və bacarıqlarını Azərbaycan həyatının xüsusiyyətləri, azərbaycanlıların həyat tərzi ilə müvəffəqiyyətlə uyğunlaşdıra bilmiş, çoxlu sayda tamaşalar, sonradan isə bir sıra filmlər üçün geyim eskizləri və dekorasiyalar hazırlamışdır.

Başqa bir məqalənin mövzusu Bakının Müasir İncəsənət Muzeyidir. 2009-cu ildə açılsa da, o, tez bir zamanda Bakının ən gözəl və zəngin muzeylərindən birinə çevrilmiş, həm bakılıların, həm də paytaxtımızın qonaqlarının rəğbətini qazanmışdır.

Jurnalın bu buraxılışında həm də Azərbaycanın ən faydalı və sevilən meyvələrindən olan xurma haqqında məlumat verilir. Baxmayaraq ki xurma-xirnik bizim ölkəmizə öz yolunu iki yüz il əvvəl Çindən tapmışdır, az bir vaxtda onun Azərbaycanda bir çox sortları yetişdirilmiş və yerli meyvə ticarəti aləmini bəzəməklə yanaşı, bu meyvə ölkəmizdən kənarda da bir çox bazarlara yol tapmışdır.

Jurnal həm də özgəyə münasibət və onunla rəftar sahəsində alman oxucusunun diqqətini Azərbaycan xalqının çox mühüm bir xüsusiyyətinə çəkir. Bildirilir ki, tolerantlıq və qonaqpərvərlik Azərbaycan xalqının əsrlərdən bəri inkişaf etdirdiyi və böyük, mühüm bir ənənə kimi qoruduğu məziyyət olaraq insanlarımızın dünyagörüşündə mühüm yer tutur. Dünyada ikinci bir ölkə tapmaq çətindir ki, orada özgə dinə, mədəniyyətə, özgə xalqın adət və ənənələrinə Azərbaycanda olduğu qədər hörmət və diqqətlə yanaşılsın, onun abidələri və mədəniyyət nümunələri belə qayğı ilə qorunsun.

Berlindən olan alman publisisti və fotoqrafı xanım Heike Maria Johenning isə Bakı arxitekturası haqqında (son iki yüz ilə aid) “İRS” jurnalı üçün ayrıca məqalə hazırlamış, paytaxtımızın memarlıq nümunələrinin gözəlliyindən, özünəməxsusluqlarından, onları Avropa ilə birləşdirən tarixi və mədəni əlaqələrdən geniş bəhs etmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri