Icma.az
close
up
RU
“İRS” silsiləsi çərçivəsində 2026 cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026 cı ildə nəşr edilən kitabların təqdimatı olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimat mərasimi keçirilib. Nəşrlər Mədəniyyət Nazirliyinin və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə çap edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova il ərzində ərsəyə gətirilən nəşrlərin əhəmiyyətindən danışıb. O, Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq auditoriyaya tanıdılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, şirkətin bu kimi təşəbbüslərdə tərəfdaşlığı milli-mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə vermək məqsədi daşıyır.

“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı çıxışında nəşriyyatın beynəlxalq fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib. O bildirib ki, “İRS” uzun illərdir “Azərbaycan. Dünya İrsi” devizi altında ölkəmizin tarixini, mədəniyyətini və həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyət göstərir. Jurnalın dünyanın 22 dilində nəşr olunduğunu diqqətə çatdıran Musa Mərcanlı bu il Özbəkistan, Keniya, Belçika və Lüksemburqda keçirilən təqdimatların layihənin beynəlxalq əhatəsinin genişlənməsinə töhfə verdiyini qeyd edib.

O, həmçinin 2026-cı ildə nəşr olunan beş yeni kitabın məzmunu barədə danışıb. Bildirilib ki, “Azərbaycan. Yeni dönəm” kitabı ölkəmizin yeni tarixi mərhələsini, ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda formalaşan reallıqları əks etdirir. “Ulu Mədəniyyət Ağacı” nəşri Azərbaycan xalqının ədəbiyyat, musiqi, rəssamlıq, memarlıq, teatr və kino sahələrində yaratdığı zəngin irsi əhatə edir. “Nağılın sonu” kitabı Təbriz miniatür məktəbinə həsr olunub. “Gələcəyin şəhərləri” nəşrində müasir şəhərsalma yanaşmaları, Bakının memarlıq irsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri işıqlandırılır. “Sivilizasiyaların qovşağında” kitabı isə Azərbaycanın multikulturalizm ənənələrini, tolerantlıq modelini və beynəlxalq əməkdaşlıq müstəvisindəki rolunu təqdim edir.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Azərbaycan mədəni irsinin beynəlxalq miqyasda təbliğinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, bu baxımdan xarici ölkələrdə təşkil olunan kitab təqdimatlarının, nəşrlərin müxtəlif ölkələrin kitabxanalarına və fondlarına çatdırılmasının rolunu qeyd edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov ölkəmizin müasir şəhərsalma siyasətində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işlərinin xüsusi yer tutduğunu bildirib. O, Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərdən danışaraq kitabların tarixi yaddaşın qorunması və gələcək inkişaf üçün intellektual baza yaradılması baxımından əhəmiyyətini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə nəşrlərdə yer alan materialların Azərbaycanın zəngin mədəni irsini, füsunkar təbiətini və milli sərvətlərini əks etdirdiyini bildirib. O, Azərbaycan musiqisinin, tarixinin, təbiətinin və mədəni sərvətlərinin ölkəmizin zənginliyini bütövlükdə ifadə etdiyini qeyd edib.

Tədbir çərçivəsində Azərbaycan milli musiqisinin nümunələri səsləndirilib. Opera və Balet Teatrının solistləri Mütəllim Dəmirov və Gülzar Fərəcova, eləcə də televiziya muğam müsabiqələrinin laureatları Yusif Cəfərbəyli və Ayşən Mehdiyeva çıxış ediblər. Tədbir bütün ifaçıların birgə ifasında “Mehriban olaq” mahnısı ilə yekunlaşıb.

Qeyd edək ki, “İRS” silsiləsi çərçivəsində indiyədək 40-a yaxın fundamental kitab nəşr olunub. Layihə Azərbaycan həqiqətlərinin, milli mədəniyyətimizin, tariximizin və zəngin irsimizin beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir.

Müxbir - Gülay Nəzərova

Fotomüxbir - Orxan Kərimov

Videooperator - Mirrəsul Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri