Icma.az
close
up
RU
İş həftəsi üç günə endirilə bilər: bundan hamı faydalanmayacaqmı?

İş həftəsi üç günə endirilə bilər: bundan hamı faydalanmayacaqmı?

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın aparıcı şirkətlərinin rəhbərləri süni intellektin inkişafının bəşəriyyətə dörd, hətta üç günlük iş həftəsinə nail olmağa imkan verəcəyini proqnozlaşdırırlar.

Lent.az bu barədə xarici KİV-ə istinadla biznes liderlərinin müsahibələrinə və ictimaiyyətə açıqlamalarına istinadən xəbər verir.

"Zoom"un təsisçisi və baş icraçı direktoru Erik Yuan bu yaxınlarda verdiyi müsahibədə süni intellektlə işləyən chatbotların və rəqəmsal agentlərin geniş şəkildə mənimsənilməsinin şirkətlərə ənənəvi beş günlük iş həftəsindən imtina etməyə imkan verəcəyini bildirib. Süni intellekt işçilərin məsuliyyətlərinin əhəmiyyətli bir hissəsini öz üzərinə götürəcək.

Süni intellekt əməkdaşların öhdəliklərinin əhəmiyyətli hissəsini öz üzərinə götürəcək. “Əgər süni intellekt həyatımızı daha yaxşı edə bilirsə, niyə həftədə beş gün işləməliyik? Hər bir şirkət üç və ya dörd günlük iş həftəsini dəstəkləyəcək. Nəticədə bu, hər kəs üçün vaxt azad edəcək”, – Yuan qeyd edib.

Bu fikir Bill Qeytsin, Nvidia rəhbəri Censen Xuanqın və "JPMorgan Chase"in CEO-su Ceymi Daymonun proqnozları ilə üst-üstə düşür. Qeyts daha əvvəl deyib ki, 10 ildən sonra insanlara “bu qədər çox işləməyə ehtiyac qalmayacaq”, Xuanq isə süni intellektin kütləvi tətbiqinin “ehtimal ki” dörd günlük həftəyə gətirib çıxaracağını, amma insanların indi olduğundan daha da “məşğul” olacağını qeyd edib. Daymon isə hələ 2023-cü ildə gələcək nəsillərin 100 ilə qədər yaşayacağını və həftədə 3 gün işləyəcəyini demişdi.

Bununla yanaşı, Zoom rəhbəri etiraf edib ki, bu dəyişikliklərdən hamı fayda görməyəcək. Sənaye inqilabı və ya internetin yaranması dövründə olduğu kimi, bəzi peşələr xüsusilə başlanğıc səviyyəsində olanlar yox olacaq, lakin süni intellektlə işləmə bacarığı tələb edən yeni peşələr ortaya çıxacaq. Qısaldılmış iş həftəsi təcrübəsi artıq mövcuddur.

Amerikanın Exos şirkəti müəyyən edib ki, 4 günlük qrafik əməkdaşlarda yanma sindromunu iki dəfə azaldır və məhsuldarlığı 24 faiz artırır. Buna baxmayaraq, ekspertlər xəbərdarlıq edirlər: radikal dəyişikliklər bütün sahələrə aid olmayacaq və yeni iş yerləri uğrunda rəqabət güclənə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Sentyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri