İş saatından artıq çalışdığına görə şirkəti məhkəməyə verdi
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çində kişi iş saatları xaricində iş mesajlarına cavab verməli olduğu üçün qeyri-adi bir yola addım atıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Li adlı şəxsin iş vaxtından artıq çalışdığına görə təzminat tələb edərək şirkəti məhkəməyə verib.
Şikayətçinin sözlərinə görə, o, iş günü başa çatdıqdan sonra da həmkarları ilə iş məsələləri ilə bağlı əlaqə saxlamağa davam edib, lakin işəgötürən bu vaxtı artıq iş vaxtı hesab etməyib.
Məhkəmə işi nəzərdən keçirdikdən sonra qənaətə gəlib ki, Linin işdən kənarda iş məsələlərini müzakirə etmək üçün sərf etdiyi vaxt hesab edilməlidir. Nəticədə məhkəmənin qərarına əsasən, Li 500 dollar məbləğində təzminat alıb.
Yerli mediaya görə, bu iş Çində rəqəmsal dövrdə dəyişən əmək nümunələrini əks etdirən “görünməz iş vaxtı” məsələsini həll edən ilk hadisədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















