İş yerində güllələnən Çavuşoğlunun qardaşının son durumu... Təfərrüat
Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı, tanınmış iş adamı Aydın Çavuşoğlu Antalyanın Alanya rayonunda öz ofisində silahla vurulmuş halda tapılıb.
Son məlumatlara görə, əməliyyatdan sonra xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilib. Xəstəxananın ətrafında böyük bir izdiham toplaşıb, qohumları və çox sayda vətəndaş hadisələri izləmək üçün əraziyə axın edib. Antalya valisi Hulusi Şahin də xəstəxanada Çavuşoğlunu ziyarət edib.
Xəstəxanadan alınan son məlumata görə, Aydın Çavuşoğlunun səhhətinin vəziyyəti kritik olaraq qalır. Təhlükəsizlik qüvvələri hadisənin baş verdiyi ofisdə və yanacaqdoldurma məntəqəsində araşdırma aparıb. Hadisədən sonra Antalya valisi Hulusi Şahin də Çavuşoğlunun sağlamlıq vəziyyəti ilə maraqlanmaq üçün xəstəxanaya gedib.
Bildirilib ki, keçmiş xarici işlər naziri və AK Partiyasının Antalya millət vəkili Mövlud Çavuşoğlu xaricdədir, ona məlumat verilib və şəhərə qayıdacaq. Hadisə ilə bağlı araşdırma davam edir.
Tehran
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 May 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















