“İş yerlərində narkoloji nəzarət gücləndirilir” Musa Quliyev
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“226-cı maddəyə əlavə edilən yeni 1-1-ci hissəyə əsasən, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələrə işə qəbul zamanı işçilərin ilkin tibbi müayinədən keçməsi nəzərdə tutulur. Eyni zamanda, sonrakı dövrlərdə vaxtaşırı və zərurət yarandıqda, davranışında psixikaya təsir edən maddələrin istifadəsinə dair əsaslı şübhə olduqda dərhal tibbi yoxlama aparılması təmin edilməlidir”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Quliyev Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, təklif edilən dəyişikliklərə əsasən, bu müayinələrin işəgötürən tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur və proses “Narkoloji xidmət və nəzarət haqqında” qanuna uyğun həyata keçiriləcək.
Musa Quliyev qeyd edib ki, qanun layihəsində digər mühüm dəyişiklik də əksini tapıb: “Belə ki, ‘Narkoloji xidmət və nəzarət haqqında’ qanunun 24.3-cü maddəsinə əlavə edilən müddəaya əsasən, əmək funksiyasını yerinə yetirərkən şəxsin davranışında psixotrop maddələrin təsiri ilə bağlı əsaslı şübhə yarandıqda, dərhal tibbi müayinədən keçirilməsi mümkün olacaq”.
Deputat vurğulayıb ki, bu dəyişikliklər iş yerlərində təhlükəsizliyin artırılmasına, əmək intizamının gücləndirilməsinə və insan sağlamlığının qorunmasına xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 17 Aprel 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















